02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kremlin İrəvandan imtina səbəbi: Qarabağ klanı… – Ekspert

24 Aprel 2018, 10:08
Siyasət
A A
Kremlin İrəvandan imtina səbəbi: Qarabağ klanı… – Ekspert

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik:

– Ermənistanın baş naziri Serj Sərkisyan ona qarşı uzun sürən etirazlardan sonra istefaya getdi. Necə düşünürsünüz, Ermənistan bundan sonra Rusiyanın təsir dairəsindən uzaqlaşacaq?

– İlk növbədə onu qeyd etmək istəyirəm ki, Qarabağ klanı artıq Ermənistan hakimiyyətindən uzaqlaşıb. Levon Ter-Petrosyandan sonra Robert Köçəryan və Serj Sərkisyan Qarabağ klanını təmsil edirdi. Çox qəribə bir situasiya var idi ki, Ermənistanı idarə edənlər Qarabağdan çıxan Azərbaycan vətəndaşları idi. Təbii ki, ermənilər bunu heç vaxt qəbul etmirdilər. Ermənistan erməniləri bu və ya digər siyasi bəhanələr göstərərkən hakimiyyətdə qaldılar. Bu dəyişikliyin nə şəkildə olacağına gəlincə, istisna etmirəm ki, Ermənistanda daha qərbpərəst bir siyasətin elementlərini görəcəyik. Hesab edirəm ki, biz hər hansı illüziyadan uzaq olmalıyıq. Çünki Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən əsas işğallar Petrosyanın zamanında gerçəkləşib. Eyni zamanda, indi hakimiyyətə qayıdan erməni ziyalıları da yaxşı başa düşürlər ki, həm Türkiyə, həm də Azərbaycanla rəqabət apara bilməzlər. Onlar ciddi şəkildə öz siyasətlərini dəyişməlidilər və bu artıq onlara bəllidir.

– Sərkisyanın istefaya getməsi Dağlıq Qarabağla bağlı sülh danışıqlarını sürətləndirə bilərmi?

– Uzun müddətdir ki, Rusiyada Ermənistanı qulpu olmayan bir çamadan adlandırırlar. Bu onu göstərir ki, Ermənistan Rusiya üçün mənasız bir yükdür. Burada mənasız dedikdə, təbii ki, iqtisadiyyatdan söhbət gedir. Əslində, Ermənistanı maliyələşdirmək, bir dövlət kimi saxlamaq və müdafiə etmək üçün Rusiya tam şəkildə bütün xərcləri ödəyirdi. Ancaq Rusiya artıq maliyyə baxımından Ermənistanı mənasız bir yer hesab edir və Ermənistandan çıxmaq istəyir. Belə olan halda Ermənistan təbii olaraq hansısa ayrı bir güc mərkəzinə yaxınlaşmağa çalışacaq. Artıq o da bəllidir ki, Avropa İttifaqı ən azı Ermənistanın iqtisadi tələbatlarını ödəyəcək. Rusiyanın bu halda Qərblə bərabər Ermənistanın təhlükəsizliyini təmin edib-etməyəcəyini isə yaxın gələcək göstərəcək. Hesab edirəm ki, Rusiya öz mövqelərini saxlamaq üçün bir müddət Ermənistanın təhlükəsizlik tələbatlarını ödəyəcək. Baxaq görək, bu müddət nə qədər çəkəcək.

– Tofiq müəllim, Sərkisyanın getməsinin Dağlıq Qarabağ məsələsinin həllinə təsiri ilə bağlı yanaşmalar birmənalı deyil. Bu barədə nə düşünürsüz?

– Birincisi, Sərkisyanın qalmağı Azərbaycana ona görə sərf edirdi ki, o, Ermənistanı daxilən qatsın. Ancaq heç də güman etmək lazım deyil ki, Ermənistan bundan sonra öz siyasətini davam etdirəcək və İrəvanın parlaq gələcəyi var. Ümumiyyətlə, ölkəni istər Qarabağ klanı, istərsə də ermənilər özləri idarə etsin, Ermənistanın strategiyası kökündən səhvdir. Regionda kiçik Ermənistan güclü ölkələrin qarşısına çıxa bilməz. Yəni reallıqda onlara imkan versələr, təbii ki, Azərbaycanla sülhə razı olarlar. Çünki onlar ciddi başa düşürlər ki, Azərbaycan torpaq məsələsində güzəştə getməyəcək. İkincisi isə Azərbaycan siyasətinin əsas istiqaməti işğal olunmuş torpaqlarını azad etməkdir. Reallıq belədir və bunu başa düşməlidirlər. Üçüncü bir amil isə odur ki, Türkiyə bu məsələdə Azərbaycanın yanındadır. Nəhayət, ən əsası Ermənistan Rusiyaya bir müttəfiq kimi lazım deyil.

Əvvəlki yazı

Hüseyn Abdullayev vəkili ilə görüşdü

Sonrakı yazı

Deputatlar bu gün toplaşır – 20 məsələ müzakirə ediləcək

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.