25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kremlin ideoloqu kartı açdı – aranı qatan “boz kardinal”…

06 İyun 2018, 10:10
Siyasət
A A
Kremlin ideoloqu kartı açdı – aranı qatan “boz kardinal”…

Bakı-Moskva əlaqələri əleyhinə “sualtı daşlar”ı düzənlərin Rusiya XİN-də kök salmış erməni lobbisi olmasına dair iddialar doğrulur

Ötən həftə tanınmış rusiyalı telejurnalist və analitik, Dağlıq Qarabağ məsələsində obyektivliyi ilə seçilən Maksim Şevçenko maraqlı bir açıqlama verdi. Analitik Suriyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı qurumların “müstəqilliyini” tanımasını bilavasitə Rusiya XİN-də kök salmış erməni lobbisinin üzərinə qoydu, özfəaliyyət olduğunu dedi. Bu işin başında Rusiyadakı ermənilərin “boz kardinalı” sayılan xarici işlər naziri Sergey Lavrovun dayandığını xüsusi vurğuladı.

Onun qənaətincə, həmin lobbi Rusiya ilə Gürcüstan arasında hər hansı yaxınlaşmada maraqlı deyil və bu yolla regionda Ermənistanın Kremldən ötrü əvəzedilməz rolunu saxlamağa çalışır. Əvəzolunmaz Ermənistana isə Moskvanı şantaj eləmək daha asandır. Bundan əlavə, iki separatçı qurumun qəfildən Suriya tərəfindən tanınması nə vaxtsa eyni avantüranın Dağlıq Qarabağdakı separatçı rejimə münasibətdə də istifadə oluna biləcəyi riski yaradır. Başqa sözlə, Rusiya XİN-dəki məlum qruplaşma bu yöndə də Kremlin siyasi iradəsi ziddinə hansısa addımlar ata bilər…

*****

Maksim Şevçenko ile ilgili görsel sonucu

Bu günlərdə isə məlum oldu ki, Moskvada jurnalistlər üçün ənənəvi brifinqdə “Trend”in əməkdaşının Rusiya XİN katibinə erməni baş nazir Nikol Paşinyanla bağlı verdiyi sualın cavabı nazirliyin sayında yerləşdirilmiş stenoqramda tam təhrif edilib: Paşinyanın ünvanına səslənmiş tənqidi fikir azərbaycanlı jurnalistin adına “yazılıb”. Çünki cavab erməni maraqlarına uyğun deyildi.

Nikol Paşinyan ile ilgili görsel sonucu

Azərbaycan tərəfi bu biabırçı hərəkətə artıq XİN səviyyəsində sərt reaksiya verib. Qarşı tərəfdən isə hələ də adekvat və məntiqli cavab yoxdur. Nə söyləsinlər? Mətbuat konfransının videosu durur, stenoqram durur. Əlbəttə ki, “yuxarıdan” – nazirliyin rəhbərliyindən göstəriş olmasaydı, belə bir Gebbelssayağı erməni yalanına gedilməzdi.

Bütün bu işlərin başında isə Rusiyanın erməni kökənli baş diplomatı Sergey Lavrovun (Klantarov) durduğuna şübhə yoxdur. “Yeni Müsavat” xatırladır ki, hələ ötən ilin yayında prezident İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə məhz Sergey Lavrova işarə vuraraq, “Rusiyada Azərbaycanla münasibətləri korlamağa çalışan qüvvələr var” demişdi.

Belə görünür ki, bu qüvvələr, xüsusən də Rusiya XİN-də kök salmış erməni kökənlilər ötən müddətdə öz dayaqlarını nəinki qoruyub saxlayıb, hətta S.Lavrovun təzədən xarici işlər naziri təyin edilməsi ilə bir az da möhkəmlədiblər.

Sergey Lavrov ile ilgili görsel sonucu

*****

Məsələyə Rusiyadan digər bir politoloji baxış da diqqət çəkir.

“Əlbəttə, Rusiya böyük ölkədir. Lakin siyasi və geosiyasi strategiya sona qədər müəyyənləşdirilməyib. Xarici İşlər Nazirliyində və digər qurumlarda fikir ayrılıqları mövcuddur. Buna misal kimi, elitada Avrasiya meylli şəxslərlə Qərb meylli şəxslərin qarşıdurmasını göstərmək olar”.

Aleksandr Duqin ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri virtualaz.org-a müsahibəsində rusiyalı tanınmış politoloq, avrasiyaçı, Kremlin ideoloqlarından sayılan Aleksandr Duqin Rusiya XİN rəsmisinin Paşinyanın Qarabağla bağlı söylədiklərinə reaksiyası və sonradan bu reaksiyanın məzmununun saytda dəyişdirilməsi ilə əlaqədar baş verənləri şərh edərkən bildirib.

“Rusiyada erməni lobbisi güclüdür və o, öz xəttini yürüdür. Bununla belə, Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur! Moskvada bir çox məsələlər üzrə ümumi mövqe yoxdur. Bircə Krım istisnadır” – o vurğulayıb.

Ekspertin fikrincə, buna təəccüblənmək lazım deyil, reallıq belədir: “Bu günlərdə rusiyalı jurnalist və analitik Maksim Şevçenko ”Exo Moskvı” radiostansiyasının efirində bildirdi ki, Sergey Lavrov Rusiyada əsas erməni lobbiçisidir. Ola bilsin ki, bu şişirdilmiş ifadədir, lakin Şevçenkonun bu cür kəskin ümumiləşdirmələri bəzən hədəfi vurur. Düşünürəm ki, Lavrov ifadələrini dövlət başçısı ilə razılaşdırır. Bir diplomat kimi o, kəskin bucaqları hamarlaya bilər, lakin çətin ki, öz xəttini yeridə bilsin. Bir daha təkrarlayıram ki, Rusiyada güclü erməni lobbisi var, Azərbaycanınkı isə yoxdur”, – ekspert bildirib.

Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində gözləntilərlə bağlı isə Duqin bunu deyib: “Yaranmış vəziyyətdə Azərbaycanın, Rusiyanın və Ermənistanın yeni rəhbərliyinin nə etməli olduğunu bilmirəm. Moskva hazırda münaqişənin həlli variantları ilə bağlı çaşqınlıq içindədir”.

*****

Duqinin yuxarıdakı fikirlərinin bir çoxu ilə razılaşmamaq mümkünsüzdür. O cümlədən onun “Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur” sözləri diqqət çəkir. Belə bir göstəriş həqiqətən Kremldən gəlir. Demək, Lavrov və dəstəsi son insidentlərlə faktiki şəkildə Rusiya liderinin Güney Qafqazla bağlı xarici siyasət kursunu sabotaj eləməklə məşğuldur. Kremlin ideoloqu bununla həm də İlham Əliyevin Soçidə söylədiyi məlum fikri təsdiqləmiş oldu, “kartı” açdı.

Aydındır ki, Ermənistanda çevrilişlə hakimiyyətə gələn və Ermənistanı Rusiya ağuşundan çıxarmaq niyyətini gizlədə bilməyən Nikol Paşinyan Rusiya XİN-dəki ermənilərin xidmətindən yararlanmağa çalışacaq. Necə? İstisna deyil ki, həmin qruplaşma Paşinyanla Putin arasında bir növ “bufer” rolu oynamağa, Moskvanın İrəvana qəzəbini yumşaltmağa səy edəcək. Paralel surətdə yeni dönəmdə Rusiya üçün Azərbaycanın artan geosiyasi önəmini nəzərə alıb, Bakı-Moskva əlaqələrinə qarşı yeni “sualtı daşlar” düzəcək…

“Yeni Müsavat”ın analitik xidməti

 

Əvvəlki yazı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sahilində əsən küləklər: Yeni nazirin müəmmalı islahatları

Sonrakı yazı

Bakının idarəetməsində yenilik – şəhər bələdiyyəsi yaradılır

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.