Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

Kremlin Ermənistan seçimi: işğalçı ölkə “nifaq alması”na çevrilir

2019-01-28
in Manşet
0
Kremlin Ermənistan seçimi: işğalçı ölkə “nifaq alması”na çevrilir
0
Paylaşılıb
13
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Moskvadan İrəvana “yumşaq güc” nümayişi, Putinin Paşinyana ikinci “qulaqburması” və Bakının gözləntisi… 

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya budəfəki səfərində Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilmədi. Kreml başçısı onunla bir neçə dəqiqəlik görüşüb şəkil çəkdirməyi belə özünə və ona rəva  bilmədi. Paşinyan yalnız Rusiya baş naziri Dmitri Medvedevlə görüşlə kifayətlənməli oldu. O da erməni tərəfinin xahişindən sonra.

Bu, Ermənistanda “məxməri inqilab”dan sonra keçən 9 ayda rəsmi İrəvanın ilk belə fiaskosudur. “Yeni Müsavat” bu xüsusda xatırladır ki, ötən il sonu Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında V.Putin Ermənistanla (oxu: onun yeni rəhbərliyi ilə) problemin olmadığını iddia edərək, “ikitərəfli münasibətlərimizdə nə dağılıb ki, onu bərpa edək”, söyləmişdi. Ancaq həmin bəyanatdan az sonra Rusiya lideri Paşinyanla Moskvada mehriban atmosferdə görüşsə də, sonuncu İrəvana qayıdan kimi Rusiya Ermənistana satdığı təbii qazın qiymətini 150 dollardan 165 dollara qaldırdı.

Bənzər Yazılar

Füzulinin Qarakollu kəndindən – VİDEOREPORTAJ

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi

Azərbaycanda daha 353 nəfər yoluxdu – Günün statistikası

O vaxt bunu rəsmi Kremlin İrəvana ilk xəbərdarlığı kimi qiymətləndirmişdik. Bu dəfə Putinin Nikolla görüşü iqnor eləməsi növbəti və daha sərt “qulaqburması” sayıla bilər. Buna “yumşaq güc nümayişi” də demək mümkündür. Belə görünür, Kreml başçısı bu qəbildən xəbərdarlıqların “doza”sını getdikcə artıracaq. Çünki artıq şübhə qalmır ki, Putin Paşinyandan məmnun deyil, ona etibar etmir və İrəvana qarşı hansısa kontur-planı var. Burada Paşinyanın Rusiyaya sadiq simaları, Putinin dostlarını (R.Köçəryan və s.) Ermənistanda təqib və həbs etdirməsi əlbəttə ki, mühüm rol oynayır. Ancaq başaq motivlər də var.

*****

Paşinyanın Moskva səfəri ile ilgili görsel sonucu

Diqqətçəkicidir ki, Moskvaya budəfəki səfərindən öncə Nikol Paşinyan yenə Rusiyaya siyasi reveranslar eləmişdi. Belə ki, səfərdən öncə Davosda “Avronews” televiziyasına müsahibəsində o demişdi ki, Ermənistan xarici siyasətdə qəfil dönüşlər etməyə hazırlaşmır. Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi (AİB) Ermənistan üçün vacibdir və erməni biznesi üçün böyük bazar sayılır. O, Vladimir Putinin layihəsi olan AİB ilə Ermənistanın imzaladığı razılaşmanın şərtlərini yerinə yetirmək niyyətində olduğunu da bildirmişdi.

Paşinyan eyni sözləri az sonra Moskvaya etdiyi son səfəri zamanı rusiyalı jurnalistlərə də təkrarladı. “Ermənistanın xarici siyasətində qəfil dönüşlər bizə xeyirli heç nə verməyəcək” dedi. Maraqlıdır ki, onun özü deputat olduğu zaman Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı dinləmələr keçirdiyini etiraf edib: “Əgər biz bunun yanlış qərar olduğunu hesab ediriksə, bu, o demək deyil ki, səhvlərin düzəldilməsi üçün birbaşa əks addımlar atılmalıdır. Bir şeyi misal çəkəcəyəm. Barak Obama hesab edirdi ki, Buş İraqa ordu yeridəndə yanlış addım atıb. Orduları çıxarandan sonra nə oldu? İŞİD meydana gəldi. Bu gün Ermənistan Avrasiya İttifaqının üzvüdür. Ölkə rəhbərliyinin səyləri Avrasiya İttifaqını onun üzvləri üçün effektiv etməyə yönəlməlidir. Eyni şeylər KTMT-yə də aiddir. Ermənistanın bu təşkilatlara üzvlüyünü effektiv, faydalı və perspektivli etmək üçün hər şey edilməlidir”, – deyə o, Putinin Avrasiya layihələrinə münasibətdə özünün 180 dərəcəlik mövqe dəyişikliyinə haqq qazandırmağa çalışıb.

Lakin Paşinyanın Rusiyaya növbəti sədaqət andları işə yaramadı və Putinlə görüş üçün kifayət eləmədi. Halbuki erməni baş nazir öz ölkəsinin birinci şəxsi sayılır. Putin isə bir qayda olaraq, Moskvaya gələn müttəfiq dövlətlərin başçıları ilə, hətta spikerləri ilə qısa müddətə də olsa görüşür.

Paşinyanın Moskva səfəri ile ilgili görsel sonucu

Yeri gəlmişkən, “Nezavisimaya qazeta” nəşri səfər ərəfəsində yazmışdı ki, Paşinyanın Moskva səfərinin proqramında prezident Vladimir Putinlə danışıqların olmaması təhlükəli siqnaldır. Sitat: “Nəşrin məlumatlı mənbəyinin sözlərinə görə, Rusiya tərəfi Ermənistanın yeni hakimiyyətinə hələ də kifayət qədər etibar etmir. Bəzi bəyanatlar, ələlxüsus da Çin, yaxud İsveçlə hərbi-ticarət münasibətlərinin yaradılması cəhdləri, təbii ki, Moskva tərəfindən nəzərə alınmamış deyil. Rusiyaya məxsus təsərrüfat subyektlərində yoxlamalar da etimad dərəcəsini artıra bilməzdi. Bu və ya digər Rusiya siyasi və biznes dairələri ilə əlaqəli olan keçmiş məmurlar barəsində cinayət işləri barədə isə danışmağa dəyməz. Bunlardan ən vacibi həbsdə qalmaqda olan ikinci prezident Robert Köçəryandır ki, deyilənə görə, onu Putinlə şəxsi dostluq telləri bağlayır”.

*****

Moskva-İrəvan münasibətlərində soyuq ruzigarların əsməsi fonunda yetərincə dinamik olan Moskva-Bakı əlaqələrini Rusiyadakı müəyyən çevrələrin silkələmək və pozmaq cəhdləri isə indi daha arqumentli görünür. Hədəf şübhəsiz ki, yaranmış vəziyyətdən Azərbaycanın öz xeyrinə istifadəsinə, o sırada Qarabağ məsələsində hansısa divident qazanmasına imkan verməməkdir. Təsadüfi deyil ki, bu yöndə ən çox ermənilərin kök saldığı Rusiya XİN-i, erməni dairələrinə bağlı XİN mətbuat katibi Mariya Zaxarova canfəşanlıq edir.

Ancaq hər necə olmasa, Ermənistan Rusiyaya bir köynək yaxındır. Söhbət xristian amilindən getmir. Məsələ ondadır ki, Ermənistan bölgədə Moskvanın yeganə legitim hərbi qalasıdır. Azərbaycan və Gürcüstan öz ərazilərindən rus qoşunlarını çoxdan çıxarıb. Bakı hətta Rusiyanın Azərbaycan ərazisindəki axırıncı hərbi obyekti olan Qəbələ RLS-i də qapadıb. Bununla da regionda Ermənistanın əhəmiyyəti Moskva üçün artıb. Odur ki, hazırda təkcə Paşinyan seçim qarşısında deyil. Putinin özü də Ermənistanın yeni rəhbərliyi və bütövlükdə Ermənistanla bağlı qəliz seçim qarşısındadır.

kreml ile ilgili görsel sonucu

Kremldə yaxşı anlayırlar ki, Rusiya Ermənistandan da çıxası olsa, onda Ermənistanla birgə regiona “əlvida” deməli olacaq. Putinin Paşinyanla görüşdən imtina eləməklə ona psixoloji təzyiqi daha da artırmaq istəyinin arxasındakı əndişə ən əvvəl bununla izah edilə bilərdi. Moskva bunun yaxşı fərqindədir və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Davosda olan Paşinyana son telefon zəngi də bu iddiaları təsdiqləyir ki, Ermənistan uğrunda ABŞ-Rusiya rəqabəti artıq başlayıb. Ermənistan “nifaq alması”na çevrilməkdədir. Hələ ki “balans siyasəti” aparmağa çalışan Paşinyan günün birində “ağ bayraq”la o biri tərəfə keçə də bilər…

*****

Mövcud vəziyyətdə rəsmi Bakı təbii ki, region ətrafında bütün gəlişmələri, özəlliklə də Ermənistanın Qərblə, Amerika ilə əlaqələrinin gedişini diqqətlə izləmək və çevik nəticələr çıxarıb adekvat reaksiyalar vermək zorundadır. Hər halda, gərək unudulmasın ki, Nikol Paşinyan ruhən rusun yox, ABŞ-ın adamdır. Onun “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlməsində Amerikanın İrəvandakı səfirliyinin müstəsna xidməti olub. Bunu da Moskvada yaxşı bilirlər…

“Yeni Müsavat”ın analitik xidməti

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Bu şəxslər dövlət hesabına müalicə ediləcək –Baş nazirdən qərar

Sonrakı yazı

İcra başçısı göyçaylıların gününü “göy əski”yə büküb - reportaj

Sonrakı yazı

İcra başçısı göyçaylıların gününü “göy əski”yə büküb - reportaj

İlham Əliyev şəhid ailələri ilə görüşdü

İlham Əliyev şəhid ailələri ilə görüşdü

“BANK OF BAKU”-nun BÖYÜK ƏMƏLİYYAT ZİYANI YARANIB – Mərkəzi Bankın tələbini də yerinə yetirə bilmir

“BANK OF BAKU”-nun BÖYÜK ƏMƏLİYYAT ZİYANI YARANIB – Mərkəzi Bankın tələbini də yerinə yetirə bilmir

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

“Yoluxma 500-ü ötsə, karantin sərtləşdirilə bilər” – Həkim

“Yoluxma 500-ü ötsə, karantin sərtləşdirilə bilər” – Həkim

2021-03-07
Bakıda qadın başına dəmir düşməsi nəticəsində öldü

Bakıda qadın başına dəmir düşməsi nəticəsində öldü

2021-03-07
Paşinyan ABŞ dövlət katibinə həm yalvarıb, həm də yaltaqlanıb – ŞƏRH

Paşinyan ABŞ dövlət katibinə həm yalvarıb, həm də yaltaqlanıb – ŞƏRH

2021-03-07
Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ: “DİQQƏTLİ OLUN!”

Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ: “DİQQƏTLİ OLUN!”

2021-03-07
Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatır

Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatır

2021-03-07
Külək Bakı-Ələt yolunda hərəkət edən TIR-ı aşırdı – FOTO

Külək Bakı-Ələt yolunda hərəkət edən TIR-ı aşırdı – FOTO

2021-03-07
Masallıda gizli toy mərasimi təşkil edənlər cərimələndi (FOTOLAR)

Masallıda gizli toy mərasimi təşkil edənlər cərimələndi (FOTOLAR)

2021-03-07
Güclü külək Bakıda məktəbin dam örtüyünü uçurub – FOTO

Güclü külək Bakıda məktəbin dam örtüyünü uçurub – FOTO

2021-03-07
8 Mart Günü də güclü külək əsəcək

8 Mart Günü də güclü külək əsəcək

2021-03-07
Şərurlu İsfəndiyarın restoranında dava – Müğənni aranı qatdı, aşığı vurdular

Şərurlu İsfəndiyarın restoranında dava – Müğənni aranı qatdı, aşığı vurdular

2021-03-07
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı

Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı

2021-03-07
Naxçıvanda ara qarışıb: şəhid şəkilləri kəsilib, Milli Qəhrəmanın qardaşı döyülüb…

Naxçıvanda ara qarışıb: şəhid şəkilləri kəsilib, Milli Qəhrəmanın qardaşı döyülüb…

2021-03-07
Füzulinin Qarakollu kəndindən – VİDEOREPORTAJ

Füzulinin Qarakollu kəndindən – VİDEOREPORTAJ

2021-03-07
Azərbaycanın sədrliyi ilə zirvə görüşü keçiriləcək

Azərbaycanın sədrliyi ilə zirvə görüşü keçiriləcək

2021-03-07
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi

2021-03-07
“Pəhləvanlar” kafesinin sahibini infarkt vurdu, qardaşı isə… (DETALLAR)

“Pəhləvanlar” kafesinin sahibini infarkt vurdu, qardaşı isə… (DETALLAR)

2021-03-07
Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi

2021-03-07
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb

2021-03-07
Bakıda idman zalında yanğın

Bakıda idman zalında yanğın

2021-03-07
Döyər də, sevər də” – Bakının mərkəzində aksiya+Fotolar

Döyər də, sevər də” – Bakının mərkəzində aksiya+Fotolar

2021-03-07

Seçmə

  • Bütün
  • SEÇMƏ
Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…
SEÇMƏ

Real TV-nin sahibini məhkəməyə verdilər – 2,8 milyon manata görə…

2021-03-06
Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto
SEÇMƏ

Sülhməramlılar erməni qızlara çiçək payladı – Foto

2021-03-06
Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi
SEÇMƏ

Prezident Administrasiyasının 2 şöbə müdiri vəzifəsini itirdi

2021-03-05
“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?
SEÇMƏ

“Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil” – Elmar Vəliyevə nə olub?

2021-03-05
Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu
SEÇMƏ

Bahar Muradova YAP Qadınlar Şurasının sədri oldu

2021-03-05
Vasif Talıbov qurultaya maskasız gəldi – Foto
Banner

Vasif Talıbov qurultaya maskasız gəldi – Foto

2021-03-05
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

“Yoluxma 500-ü ötsə, karantin sərtləşdirilə bilər” – Həkim

“Yoluxma 500-ü ötsə, karantin sərtləşdirilə bilər” – Həkim

2021-03-07
Bakıda qadın başına dəmir düşməsi nəticəsində öldü

Bakıda qadın başına dəmir düşməsi nəticəsində öldü

2021-03-07
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.