Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında aparılan danışıqların nəticələrini yalnız İrəvanın bu məsələ ilə bağlı rəsmi açıqlamalarından sonra dəyərləndirəcək.
Reportyor.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
“Müəyyən hesabatlar olsa da, bu görüşün tam gündəliyini hələ bilmirik”, – deyə o bildirib.
Peskov “transatlantik inteqrasiya” mövzusunun müzakirəsinin nə demək olduğu barədə erməni tərəfinin açıqlamalarını gözləməyə çağırıb.