Rusiya Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Qara dənizin NATO-nun dominantlıq etdiyi dənizə çevrilməsi ilə bağlı açıqlamalarına reaksiya verib. Kremlin sözçüsü Dmitriy Peskov mövzu ilə bağlı verdiyi açıqlamada, “Qara dəniz heç vaxt NATO dənizi olmayacaq. Bu, ortaq dənizdir. O, bütün sahilyanı ölkələr üçün əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olaraq qalmalıdır” dedi. NATO-nun Ukraynaya dəstəyini tənqid edən Peskov, “Qlobal müharibənin xətləri daha aydın oldu. NATO-nun münaqişədə iştirakı artdı” dedi.
Çin və Tayvan arasında yaşanan gərginlikdə ABŞ-ın Tayvana dəstəyini tənqid edən Peskov, bu cür təşəbbüslərin təxribat olduğunu müdafiə edərək, “Tayvanla bağlı mövqeyimiz bəllidir. Digər ölkələrin vəziyyəti sabitsizləşdirmək cəhdlərini qınayırıq” dedi.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu gün onlayn olaraq qatıldığı Qara Dəniz Təhlükəsizlik Konfransında verdiyi açıqlamada regionda təhlükə hiss edən bütün xalqlar üçün hərtərəfli təhlükəsizlik şəbəkəsinin yaradılmasının vacibliyini bildirib və deyib: Qara dəniz Baltik dənizi kimi NATO dənizinə çevrilir”.