Rusiya Federasiyası “Azovstal”da mühasirədə qalanlarla bağlı Prezident Vladimir Putinin əmrinə əsasən addımlar atır. Bunu Ukrayna baş nazirinin müavini İrina Vereşukun Kiyevin zavoddan evakuasiya ilə bağlı sənəd imzalamaq istəyi ilə bağlı bəyanatlarını jurnalistlərə şərh edərkən Putinin mətbuat katibi Dmitri Peskov bildirib. “Biz prezidentimizin bütün mülki şəxslərin zavodun ərazisini tərk edə bilməsi və bu ərazini istədikləri istiqamətdə tərk edə bilməsi ilə bağlı sözlərinə əsaslanırıq ki, bu da edilib. Hərbçilərə gəlincə, onlar da silahlarını yerə qoyaraq çıxa bilərlər, onlara müvafiq münasibət göstəriləcək, bütün yaralılara lazımi tibbi yardım göstəriləcək”, – Peskov xatırladıb.
O əlavə edib ki, bu, Prezidentin sözləri, Ali Baş Komandanın əmridir.