Rusiyada qismən səfərbərliyə cəlb olunanların sayı 300 mini keçə bilməz. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Rusiya Federasiyasında səfərbər olunanların sayı 300 min nəfərdən çox ola bilməz, çünki bu, Putinin fərmanında təsbit olunmuş rəqəmdir”, – deyə Kremlin sözçüsü vurğulayıb.