Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Finlandiyada NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinin gedişatını yaxından müşahidə edəcək: “Finlandiyanın NATO-ya daxil olması vəziyyətin növbəti gərginləşməsidir, bu, Rusiya Federasiyasının təhlükəsizliyinə qəsddir. Rusiya hərbçiləri NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya haqqında dərhal məlumat verəcək”.