13-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kreml başçısı yeni erməni baş nazirini “dişinə vurdu” və “Yol xəritəsi” cızdı

15 May 2018, 09:40
Siyasət
A A
Kreml başçısı yeni erməni baş nazirini “dişinə vurdu” və “Yol xəritəsi” cızdı

Paşinyan Rusiyadan xarici investorlara səsləndi; müharibə-blokada şəraitində, Rusiya asılılığında olan ölkəyə yatırım qoyan tapılacaqmı

Ermənistanda küçə hərəkatı nəticəsində baş nazir olmuş Nikol Paşinyan dünən Soçidə ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. “Yeni Müsavat”ın öncədən xəbər verdiyi kimi, bu görüş ən əvvəl gizli qərbçi sayılan Paşinyanın yeni postda siyasi taleyi üçün mühüm önəm daşıyırdı.

Soçi görüşü həmçinin Kremlin ölkəsinin Saakaşvilisi olmaq arzusu ilə yaşayan Paşinyanı “dişə vurması” ilə yadda qalmalı idi. Eyni zamanda Putinin ona hansı “Yol xəritə”sini məsləhət görməsi və başa salacağı “oyun qaydaları” ilə önəm kəsb edirdi.

*****

Səfər ərəfəsində Ermənistanın yeni baş naziri bir daha Rusiyaya reveranslar edib, hətta yaltaqlanıb. “Rusiya və Ermənistan arasında əlaqələr bundan sonra daha da qardaşlıq xarakteri alacaq” deyib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Soçiyə yola düşməzdən öncə, Rusiya şəhəri Adlerdəki erməni kilsəsində bəyan edib.

“Bütün şərait yaradılıb ki, biz öz vətənimizdə yaşaya və yarada bilək. Buna da şübhə yox ki, Rusiya və Ermənistan arasında əlaqələr bundan sonra daha da qardaşlıq xarakteri alacaq. Və mən əminəm ki, bizim görüşümüz effektli olacaq. Allah Rusiya Federasiyasını qorusun, Allah Ermənistan Respublikasını qorusun. Yaşasın, erməni-Rusiya dostluğu”, – deyə Paşinyan bildirib.

Sochi Paşinyan Putin ile ilgili görsel sonucu

Erməni baş nazir kilsədən həmçinin xarici biznesmenlərə Ermənistana yatırım qoymaq üçün çağırış edib: “Mən ilk növbədə erməniləri, Soçi biznesmenlərini və Rusiyadakı erməni və rusiyalı biznesmenləri Ermənistana gəlməyə və sərmayə yatırmağa, iş yerləri yaratmağa çağırıram. Çünki bu, yeni Ermənistandır, burada hər bir sərmayə qorunacaq”.

Amma problem də ondadır ki, müharibə vəziyyətində, blokada şəraitində və Rusiya asılılığında olan, dünya okeanına çıxışdan məhrum bir ölkəyə böyük yatırım qoyan tapılacaqmı? Axı vədlər ayrı, reallıq ayrıdır. Bu da gerçəkdir ki, Ermənistanın siyasi rəhbərliyi, öncəliklə onun “demokratik” baş naziri Nikol Paşinyan nə qədər müstəqil olsa da, Moskvanın cızdığı arealda müstəqil ola bilərlər və Ermənistanın iqtisadi-siyasi həyatı, hərbi-təhlükəsizliyi ilə bağlı bütün həlledici qərarlar yenə Moskvada veriləcək.

*****

Paşinyanın Rusiyaya səfəröncəsi leksik reveransı öz yerində, bu da faktdır ki, yeni hökumətdə əsas vəzifələri o, Qərblə əməkdaşlığa üstünlük verən şəxslərə etibar edir ki, bu da Rusiyanın xoşuna gəlməyəcək. Çünki xarici siyasət daxili siyasətin davamı sayılır və ya əksinə. Yeri gəlmişkən, təzə xarici işlər naziri Zoqrab Mnatsakyan da prezident Armen Sərkisyan kimi “Qərbin adamı” hesab olunur. 

Sochi Paşinyan Putin ile ilgili görsel sonucu

“Paşinyanın Qərbin adamı olması və xüsusilə də Qərb dünyasında yerləşən erməni diasporunun itaətində olması Kremli ciddi narahat edir”. Bunu politoloq Qabil Hüseynli axar.az-a deyib.  Onun sözlərinə görə, məhz buna görə Rusiya tərəfindən 7 rayon məsələsi yenidən gündəmə gətirilir: “Bəzi erməni analitikləri də açıq bildirirlər ki, əgər indiki şəraitdə Rusiya prosesə biganə qalsa, Azərbaycan ordusu çox qısa müddətdə öz ərazi bütövlüyünü təmin edəcək. Bu isə Ermənistanı vəlvələyə salıb. Hesab edirəm ki, Paşinyanın savadsız siyasi bəyanatları irəlidə Ermənistan üçün ciddi problemlər yaradacaq. Ümumiyyətlə, Paşinyanın son günlərdəki siyasi fəaliyyəti Moskvanın heç xoşuna gəlmir. Bu vəziyyət isə Ermənistanda qarışıqlıq yaradıb. Hətta hakimiyyətdən məhrum edilmiş Qarabağ mafiyası da Paşinyanın nüfuzunu çox qısa müddətdə itirəcəyi günü səbirsizliklə gözləyir”.

Erməni siyasi şərhçi Mamikon Babayan isə hesab edir ki, Nikol Paşinyan öz populyarlığını saxlamaq üçün Dağlıq Qarabağın “müstəqilliyini” diplomatik nəticələri göz önünə alaraq, birtərəfli qaydada tanımağa risk etməyəcək. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” nəşrindəki məqaləsində yazıb.

“Rusiyaya qarşı fəal beynəlxalq sanksiya siyasətinin olduğu dövrdə Ermənistan olduqca həssas bir yerdir. Qarabağ ətrafında vəziyyətin kəskinləşməsi bu və ya başqa şəkildə mütləq Rusiyanın maraqlarına toxunacaq – hansı Rusiyadan ki, Ermənistan təhlükəsizlik məsələsində asılıdır. Aydındır ki, Ermənistanın gələcək xarici siyasət vektorunun inkişafı Güney Qafqazda əlverişli beynəlxalq münasibətlərə oriyentasiya olmalıdır – harada ki, sabitləşmiş paradiqmaların keyfiyyət dəyişikliyi yalnız Ermənistanın Azərbaycan və Türkiyə ilə barışığından sonra mümkündür”, – deyə qeyd edib.

Sochi Paşinyan Putin ile ilgili görsel sonucu

Sonuncu fikirlə razılaşmamaq çətindir. Doğrudan da, işğalçı ölkənin nicatı Bakı və Ankara ilə dil tapmaqda, iki böyük həmsərhəd ölkə və xalqla barışmaqdadır, nəinki müticəsinə Rusiya boyunduruğunda, blokada rejimində qalmaqda. Yolu bəlli: Dağlıq Qarabağ konfliktinin ədalətli həlli. Nikol Paşinyan Rusiyaya yüz dəfə səfər eləsə də, Qərblə Moskva arasında sələfləri kim nə qədər oynasa da, xarici biznesmenlərə hər gün çağırış eləsə də, nə bu formul, nə də Ermənistan üçün indiki sərt reallıq dəyişməyəcək. Zatən Putinlə görüşə o, məhz bu reallıqla gedirdi…

*****

Yazı hazırlanarkən Putin-Paşinyan görüşünün bəzi detalları məlum oldu. “Yeni Müsavat” gazeta.ru-ya istinadən xəbər verir ki, Putin görüşdə incə şəkildə erməni baş nazirə gələcək əməkdaşlıqla bağlı vacib mesajlarını çatdırıb.

“Sizinlə hökumət başçısı vəzifəsində ilk görüşümdən məmnunam və sizə uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi, sürətlə inkişaf edəcək. Fikrimcə, bizim strateji müttəfiqlik əlaqələrimiz müzakirəyə ehtiyacı olmayan məsələdir. Biz Ermənistanı regionda ən yaxın tərəfdaş və müttəfiq kimi görürük. Bu, iqtisadi və təhlükəsizlik sferasına da aiddir. Ümid edirəm ki, indiyə qədər Rusiya və Ermənistanın iqtisadi əməkdaşlıq sahəsində əldə etdiyi nəticələri qoruyub saxlamağa nail olacağıq” – Putin bildirib.

Rusiya lideri qeyd edib ki, Moskva beynəlxalq miqyasda, o cümlədən Rusiya ilə Ermənistanın bir-birini dəstəklədiyi BMT-də Ermənistanla fəal işləməkdə davam edəcək.

Öz növbəsində N.Paşinyan söz verib ki, Rusiya ilə müttəfiqlik münasibətləri davam etdiriləcək və heç kim İrəvan və Moskva arasındakı münasibətləri şübhə altına qoymaq niyyətində deyil. “Ermənistanın və Rusiyanın strateji əməkdaşlığı müzakirə mövzusu deyil. Buna da sizi əmin edə bilərəm ki, bu məsələ ilə bağlı Ermənistanda, demək olar, konsensus var”, – deyə o vurğulayıb.

Paşinyan Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Ermənistanda gərgin anlar yaşanarkən Rusiyanın tutduğu mövqeni yüksək qiymətləndirdiyini deyib.

*****

Beləliklə, Soçidəki ilk görüşdə Putin ikitərəfli əlaqələrin indiki səviyyədə qalması üçün Paşinyana qiymətli təlimatlarını verib, faktiki, ona “Yol xəritəsi” cızıb, erməni baş nazirindən gərəkən sədaqət andını alıb. Qalır nəticəni gözləmək.

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Əvvəlki yazı

Sumqayıtda ağır qəza – Yol polisi ölüb, daha iki nəfər yaralanıb

Sonrakı yazı

Azərbaycanda bu ödənişi etməyənlər məsuliyyətə cəlb olunacaq

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36
Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

Prezidentdən Hicran Hüseynova ilə bağlı – Sərəncam

12 Avqust 2025, 13:35
Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

Azercell-in “İnfocell” xidməti müştərilərini “qarət edir”?!

11 Avqust 2025, 14:27
Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

Ağsuda 34 yaşlı kişini qətlə yetirib, meyitini doğrayaranlar həbs edildi

11 Avqust 2025, 14:11
Vladimir Feketeyə “Dostluq” ordeni verildi

Vladimir Feketeyə “Dostluq” ordeni verildi

11 Avqust 2025, 13:55
Dövlət başçısından daha bir SƏRƏNCAM

Dövlət başçısından daha bir SƏRƏNCAM

11 Avqust 2025, 13:52
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

11 Avqust 2025, 11:30
TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

11 Avqust 2025, 11:25
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

11 Avqust 2025, 11:22
34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

11 Avqust 2025, 11:15
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.