11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kredit borcunun 73 faizi vətəndaşların üzərində qalacaq? –İqtisadçı Nemət Əliyevdən fərqli baxış – TƏHLİL

01 Mart 2019, 11:56
Cəmiyyət
A A
Kredit borcunun 73 faizi vətəndaşların üzərində qalacaq? –İqtisadçı Nemət Əliyevdən fərqli baxış – TƏHLİL

“Problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısı İlham Əliyevin verdiyi Fərman vətəndaşlara qismən kömək edəcək, lakin devalvasiya nəticəsində xarici valyuta ilə götürülmüş əsas kredit məbləğinin artan hissəsinin 73-% dən çoxu yenə borcluların üzərində  qalacaq”.

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Nemət Əliyev bildirib. Ekspertin rəqyini oxuculara tədim edirik:

“Əsas məsələyə keçməzdən əvvəl bildirim ki, Fərmanın ümumi hissəsində Azərbaycan əhalisinin alıcılıq qabiliyyətinin zəifləməsinin günahını yenə dünyanın üstünə yıxıblar. Guya, qlobal iqtisadi və maliyyə böhranı xarici valyutada borc almış vətəndaşlarımızın öhdəliklərini artırıb. Halbuki ölkədəki soyğunçu bank faizlərinin, rüşvət və korrupsiyanın, yarıtmaz pul siyasətinin, bir ildə həyata keçirilən iki böyük devalvasiyanın alıcılıq qabiliyyətinin zəifləməsində və problemli kreditlərin əmələ gəlməsində rolu çox böyükdür və bunu inkar etmək, yumşaq desək, qeyri-obyektivlikdir.

İkincisi, bu Fərman problemli kreditlərin tam həllini nəzərdə tutmayıb. Fiziki şəxslərin maliyyə itkisinin bir hissəsini qarşılamağı, problemli kredit məsələsinin həllinə dövlətin verə biləcəyi dəstəyi ifadə edir.

Üçüncüsü, Fərman yalnız fiziki şəxsləri hədəfə alıb. Problemli krediti olan hüquqi şəxslər, başqa sözlə, hüquqi şəxs kimi fəaliyyət göstərən sahibkarlar bu fərmanın təsir dairəsindən kənarda qalıb.

Dördüncüsü, manatla kredit götürmüş və sonradan problemə çevrilmiş kreditlərə bu dövlət dəstəyi tətbiq olunmayacaq. Yalnız dollarla kredit borcu olanlar Fərmandan faydalana biləcək.

Beşincisi, dövlət dəstəyinin maksimum həddi 5000 dollardan (8500 manatdan) çox olmayacaq.

Altıncısı, Fərmana görə xarici valyutada olan kreditlərin əsas məbləğinin yalnız devalvasiya nəticəsində manatla artmış hissəsinə dövlət dəstəyi tətbiq olunacaq. Bu sonuncu əsas məsələyə konkret nümunədə aydınlıq gətirək. Yadımıza salaq ki, dolların məzənnəsi 1-ci devalvasiyada 0,78 manatdan 1,05 manata, 2-ci devalvasiyada 1,05 manatdan 1,55 manata yüksəlib və daha sonra artaraq 1,70 manatda qərarlaşıb.

1) 21 fevral 2015-ci il tarixə qədər xarici valyutada kredit borcu olanlar üçün. Tutaq ki, vətəndaş 10 000 dollar kredit götürüb və o bu börc məbləğini bu günə qədər ödəyə bilməyib. Fərmana görə devalvasiya səbəbindən artan məbləğə qarşılıq olaraq əsas borcun hər bir dollarına müqabil 25 qəpik ödəniləcək. Açması budur ki, 10 000 dollar kredit götürən şəxs əvvəlki məzənnə ilə əsas borcdan 7 800 manat ödəməliydisə, indiki məzənnə ilə 17 000 manat ödəyir və ya ödəməlidir. Burada artan məbləğ 9 200 manatdır (17000-7800 = 9200). Deməli, əsas borc məbləğinin hər 1 dolları devalvasiya ucbatından 92 qəpik artıb. Lakin dövlət başçısı Fərmanla bu 92 qəpiyin əvəzinə 25 qəpik təklif edib. Yəni, 73% az ödəmə edəcək. Başqa sözlə desək, əsas kredit məbləğinin devalvasiya ucbatından artmış hissəsi tam ödənilməyəcək. Halbuki devalvasiya səbəbindən hər 1 dollara görə borcluya dəyən zərər 92 qəpikdir. Deməli, zərərin 27%-i kompensasiya olunacaq. Qalan 73% yenə borclunun boynunda qalacaq.

2) 21.02.2015-21.12.2015 tarixlərində xarici valyutada kredit götürənlər üçün. Yenə də belə hesab edək ki, borclu bu aralıq tarixdə bankdan 10 000 dollar borc götürüb və bu günədək ödəməyib. Bu halda, başlanğıc məzənnə ilə borclu 10 500 manat ödəməliydisə, hazırkı məzənnə ilə 17 000 manat ödəməlidir. Bu halda da artan məbləğ 6 500 manat (17000-10500=6500) hesablanır. Deməli, əsas borcun hər 1 dollarına görə 65 qəpik ödəmə olmalıydı, lakin fərmana görə bu rəqəm 60 qəpik nəzərdə tutulub. Belə çıxır ki, bu borc məbləğinə görə yaranan zərərin 92%-i qədər ödəmə aparılacaq. Amma və lakin burada xüsusi bir məqama diqqət çəkmək lazım gəlir. Xatırlayırsınızsa, 1-ci devalvasiyadan sonra xarici valyutada kredit verilişi, demək olar, dayandı. Bir az da dəqiq ifadə etsək, kredit götürən olmadı. Məhz bu aralıq tarixçədə xarici valyutada kredit götürən olubsa da, o ya kifayət qədər imkanlı adam, yaxud da arxalı kəs olub. Bu səbəbdən 21 fevral-21 dekabr tarixlərində götürülən kreditlərin sayı və məbləği barmaqla sayıla biləcək qədərdir. Bu mənada, hər 1 dollara qarşılıq olaraq verilməsi nəzərdə tutulan o 60 qəpik ilk baxışdan cazibəli görünsə də, onun əhalini əhatə dairəsi çox məhduddur. 60 qəpik ödəməni nəzərdə tutan Fərmanın bu hissəsi sanki gözdən pərdə asmağa hesablanıb.

Yeddinci məsələ odur ki, Fərman fiziki şəxslərin banklardakı qalıq borclarına tətbiq olunacaq. Belə ki, əgər borclu bu günədək cürbəcür basqılar altında min bir əzaba qatlaşaraq borcun bir hissəsini ödəmişdirsə, həmin ödənilmiş məbləğə görə dövlət dəstəyi ala bilməyəcək.

Bütün bu qeyd olunanlarla yanaşı, qeyd edim ki, kredit borclarına hesablanmış faizlərin, cərimələrin silinməsi və məhkəmədə olan işlərin geri çağrılması çox yerində, lakin gecikmiş addım kimi diqqəti cəlb edir. Bu səbəbdən ki, kredit borcu olanlar ən böyük zərbələrdən birini məhz bu tərəfdən alıblar. Malını-mülkünü satıb faizlərin ödənişinə yönəldən minlərlə borclular, aldıqları psixoloji travmalar bir yana qalsın, artıq müflis olaraq sıradan çıxıblar. Təəssüf ki, bu böyük kateqoriya insanlar da Fərmandan yararlana bilməyəcəklər”.

Əvvəlki yazı

Milli Məclisdə mart ayı üçün vətəndaşların qəbul günləri açıqlandı –CƏDVƏL

Sonrakı yazı

İpoteka Fondu banklarla müştəriləri üz-üzə qoyub –Kredit limitləri hələ də ayrılmayıb, sosial ipoteka isə gündəlikdən çıxarılıb

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.