12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

KQB-nin Qorbaçova açmadığı sirr: Xainlər üçün “zəhər fabriki”

12 Mart 2018, 01:47
Dünya
A A
KQB-nin Qorbaçova açmadığı sirr: Xainlər üçün “zəhər fabriki”

Moskvanın ətraflarında yerləşən bu görkəmsiz binanın çox da sadə səslənən adı var: 2 nömrəli Elmi Tədqiqat İnstitutu və ya rusca qısa şəkildə Nİİ-2.

BBC-nin məlumatına görə, kənardan baxanda ağacların arasından yalnız bir-iki pəncərəsində işıq görünür. Amma bu laboratoriyanın dəqiq funksiyası dövlət sirridir. Buna baxmayaraq, Rusiya kəşfiyyatının pensiyada olan, ya da qaçaq düşmüş bir sıra keçmiş zabitləri deyirlər ki, əsası 1921-ci ildə Leninin göstərişi ilə qoyulmuş bu təşkilat Kremlin bədnam “zəhər zavodudur”.

Qərb ekspertləri inanırlar ki, bu müəssisənin ilkin məqsədi döyüş meydanlarında istifadə etmək üçün kimyəvi maddələr hazırlamaq olub. Bundan sonra KQB belə bir nəticəyə gəlib ki, zəhərlər ayrı-ayrı fərdlərə tətbiq olunması üçün daha münasibdir.

Salisburidə ötən həftə Sergey Skripal və onun qızına qarşı işlədilmiş kimyəvi maddənin Moskvadan qaynaqlandığını demək hələ tezdir. Britaniya alimləri Porton Doun şəhəri yaxınlığındakı laboratoriyada bu maddənin mənşəyini müəyyənləşdirməyə çalışırlar. Belə maddələr insan kimi ayaq izləri buraxır.

Britaniya Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşlarından biri deyib ki, əgər söhbət çox nadir kimyəvi maddədən gedirsə, burada dövlətin barmağı olduğuna dair ehtimallar artmış olacaq.

Sovet İttifaqının LabX deyilən laboratoriyasının mövcudluğu barədə Stalinin casusu Pavel Sudaplatov məlumat verib. Sudaplatov bu laboratoriya və onun direktoru Qriqori Mayranovski barədə özünün 1994-cü ildə dərc olunmuş “Xüsusi xidmətlər” adlı kitabında yazır. Bu ümumən çox açıq-saçıq bir kitabdır.

Sudaplatov yazırdı ki, adamlara adi tibbi müayinə vaxtı iynə vurardılar. “Pasientlərdən” ən məşhuru Sovet həbsxanasında müəmmalı şəkildə vəfat etmiş İsveç diplomatı Raul Vallenberqdir. Burda doktor Ukrayna millətçilərinə və düşmən tərəfinə keçənlərə iynə vururdu. Bu barədə Sudaplatov kifayət qədər açıq yazıb. Bu edamlar üçün hökmləri Sovet liderləri çıxarırdılar.

KQB düşmənlərin ləğvini Sovet dövrünün sonrakı illərində də həyata keçirirdi. KQB generalı Oleq Kalugin etiraf edirdi ki, 1978-ci ildə çətirin ucuna taxılmış zəhərli iynə ilə öldürülmüş bolqar dissident Markovun zəhəri də bu laboratoriyada hazırlanıb. Əməliyyatı Bolqarıstanın təhlükəsizlik xidmətləri həyata keçirmişdi. Moskva Markovu Britaniya casusu hesab edirdi.

Sonralar Birləşmiş Ştatlara sığınmış KQB polkovniki Yuri Şvets yazır ki, sözügedən məxfi LabX laboratoriyasında 1980-ci illərdə olub. KQB-nin texniki əməliyyatlar direktorluğu zəhər, narkotik və psixotrop maddələrin istehsalı ilə məşğul idi.

Şvetsin özü də Amerikada sampan qədəhinin içinə SP-117 yazılmış qovucuqdan dərman qatmışdı. Onun fikrincə, bu dərmanın adından belə nəticə çıxarmaq olardı ki, KQB-nin toksik arsenalında azı 116 zəhər növü var. O, sözügedən zəhər fabriki barədə məlumatları bu müəssisənin Eskulap ləqəbli işçisindən almışdı. Eskulap qədim yunanlarda təbabət allahı idi.

Bu laboratoriya Sovet liderlərini heyran qoyurdu. Sonuncu lider Mixail Qorbaçov 1988-ci ildə müəssisə ilə maraqlanmışdı. Amma KQB ona informasiya verməkdən imtina etmişdi.

Buna baxmayaraq, bu laboratoriyanın sirləri SSRİ dağılanda açıldı. Laboratoriyanın indiki fəaliyyəti barədə məlumat yoxdur. Lakin kəşfiyyat ekspertləri düşünürlər ki, laboratotriya fəaliyyətini olduğu kimi davam etdirir.

Litvinenko əməliyyatında istifadə olunmuş polonium Sarov şəhərindəki başqa bir dövlət müəssisəsində istehsal olunmuşdu. Ehtimal edilir ki, Moskva laboratoriyasında poloniumu Londona aparıla biləcək formaya salıblar. Bu da düşünülür ki, Litvinenkonun fincanına tökülən polonium jelatin qabıqlı mikrohəb formasında olub.

FTX-nin indiki “elmi institutu” deyilənlərə görə girişi çox çətin olan əlçatmaz bir yerdə tikilib. Bu da qeyd olunur ki, Sovetlər burda Əfqanıstan müharibəsində yaralanmış əsgərləri müalicə edirdilər.

Amma yəqin ki, bu, düzgün məlumat deyil. Putin erasının iddia edilən qurbanları – təhqiqat jurnalsitləri, çeçen döyüşçüləri və Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonu dioksinə bənzər bir maddə ilə zəhərləyiblər.

Sudaplatovun sirr açan kitabını bu gün Rusiyada yazıb dərc etdirmək mümkün olmazdı. İndi belə kitablara görə insanların hansı talelərlə üzləşdiyi bəllidir.

Amma qoca kəşfiyyatçı bilirdi ki, heç bir sirri qiyamətədək gizlədib saxlamaq mümkün deyil.

Buna görə də düşünmək olar ki, keçmiş casus Skripalın zəhərlənməsinə dair detallar bir neçə onillikdən sonra faş olacaq.

Əvvəlki yazı

Gürcüstanın baş naziri İlham Əliyevlə danışıqlara gəlir

Sonrakı yazı

Problemli kreditlərlə bağlı mühüm qərar ərəfəsində: dövlət güzəştə gedə bilər

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.