04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Korrupsiyanın və rüşvətxorluğun həyat tərzinə çevrildiyi ölkəyə “xoş gəldin”- Balaca Mehribana məktub

07 Aprel 2019, 20:11
Gündəm
A A
Korrupsiyanın və rüşvətxorluğun həyat tərzinə çevrildiyi ölkəyə “xoş gəldin”- Balaca Mehribana məktub

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu 10 milyonuncu vətəndaşımıza məktub ünvanlayıb.
Reportyor.info həmin məktubu olduğu kimi təqdim edir:

Dünən, ölkəmizin bütün xəbər saytları sevinclə xəbər verdilər ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.
Bu xəbər, bir tərəfdən məni də sevindirdi. Sevindim ki, dünyada sayı milyonlarla ölçülən millətimin yeganə müstəqil dövləti olan Azərbaycanda sayımız 10 milyona çatdı. Digər tərəfdən, bu xəbər içimdəki o daimi boşluğun varlığını bir daha yadıma saldı, qəlbimi göynətdi. Ruh halımı dəqiq ifadə etmək üçün Azərbaycan türkcəsində söz tapa bilmədim, yadıma düşdü ki, Osmanlı türkləri bunu daha ustalıqla ifadə edirlər: “Buruk sevinc”.
Bu məktubu mən sənə, uzaq Amerikadan yazıram, hələ, işıqla qaranlığı, gecəylə gündüzü qarışdıran, balaca Mehriban. Millətimin taleyinə fələyin ironiyasına bax ki, mənim kimi cəlayi-vətən olan yüz minlərlə Vətən övladının da gecəsi gündüzünə qarışıb, bu sətirləri qələmə aldığım anda sənin doğulduğun, fəxrlə “mənim ölkəm” dediyim Azərbaycanda gündüz olsa da, burada, bu yadlar diyarında gecədir.
Unutdum, deyəm ki, xoş gəlmisən! Unutdummu, yoxsa içimdəki o “buruk sevincmi” imkan vermədi, bilmirəm. Mənim “xoşgəldinim” sənin ürəyini açarmı, mənim balam?!
Xoş gəldin, gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürüldüyü, korrupsiyanın və rüşvətxorluğun həyat tərzinə çevrildiyi, birdəfəlik yardımla yetinən valideynlərinin sənə görə uşaq pulundan məhrum olduğu, ən ağrılısı, cənnət torpaqlarında ermənilərin dik gəzdiyi Azərbaycana, mənim balam. Sən indi məni başa düşmürsən, çünki biz ayrı-ayrı dillərdə danışırıq, fərqli dünyalarda yaşayırıq. Vaxt gələcək sən də 10 milyon azərbaycanlının hər biri kimi məni yaxşı anlayacaqsan, ən azından ürəyində olsa belə, mənə haqq verəcəksən.
Gəl, səni ölkənlə tanış eləyim, sağımız neftlə, solumuz qazla zəngin səltənətin 10 miyonuncu sakini! Dünyaya faktiki 1517 manat, imzalanmış sazişlər üzrə isə 3000 manata yaxın borcla qədəm qoymusan, qədəmləri mübarək bala! Sən dünyaya gəldiyin ilin 1 yanvar tarixinə hakimiyyət 15 milyard 176 milyon manatlıq xarici borcla yanaşı, 250 milyad dollarlıq xarici sərmayənin də axırına çıxıb.
Sən dünyamıza gələnə qədər, vətəndaşı olduğun ölkənin Neft Fonduna, Neft Şirkətinə və dövlət büdcəsinə neftdən 190 milyard dollar qədər pul gəlib. Vətəndaşı olduğun ölkənin çoxlu neft quyuları, neft sazişləri var. Onlardan yalnız 2 layihədən -“Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neftin satışından 138 milyard 206 milyon dollar, “Şahdəniz” yatağındakı qazın satışından 2 milyard 506 milyon dollar, cəmi 140 milyard 712 milyon dollar gəlirimiz olub və Neft Fondunda yığılıb. Sən doğulana qədər həmin layihələrdən əldə edilən və Neft Fonduna yığılan 140 milyard 712 milyon dollardan 102 milyard 197 milyon dollarını saga-sola xərcləyiblər, yerdə qalan 38 milyard 515 milyon dollarını isə xaricdə saxlayırlar. Niyə xaricdə saxlayırlar? Allah işini bilmək olmaz, mənim balam. Hələ sevinmə, gerisini dinlə. Bugünədək 152 milyard dollar (190 milyard dollar– 38 milyard dollar) neft-qaz gəlirləri və 250 milyard dollar xarici sərmayə, bütövlükdə 402 milyard dollar məsrəf olunub. Hə, gün gələcək, dil açacaqsan, soruçacaqsan ki, bəs, mənim payıma düşən 42 min dollar necə oldu, onu da xərclədinizmi? Bəli, xərclədilər, təkcə sənin payını yox, atanın, ananın, babanın, nənənin – 9 milyard 999 milyon 999 min 999 vətəndaşımızın da payını rahatca həzm-rabedən keçirdilər, üstündən də su içdilər.
Mənim balam, əgər sən 5 il əvvəl, 2014-cü ildə doğulsaydın, sənin adına ümumi daxili məhsuldan 7891 dollar pay düşərdi, çox təəssüf ki, aparılan dərin iqtisadi islahatlar sayəsində indi bu rəqəm 4780 dollara qədər azalıb. Yaxşı, o balaca burnunu sallama, bu pay kağız üzərində düşən paylardandır, heç 5 il əvvəl doğulsaydın da, onun sənə bir istisi-soyuğu olmazdı.
Hər şeydən xəbərsiz, Mehriban bala, indi sənin məndən əsas fərqin ondadır ki, zaman-zaman üzünə və içinə dalğa-dalğa yayılan o saf gülüşünün və sevincinin içində zərrəcə kədər, “burukluk” yoxdur. Kaş ki, böyüyəndə sevincinin rəngi, dadı-duzu dəyişməyə! Sənə tezliklə neftsiz və qazsız Azərbaycanda əsl insani sərvətin – ədalətin və demokratiyanın bərqərar olmasına şahidlik etməyi arzulayıram! Darıxma mənim balam, tezliklə ölkədə doğulmağına əsl “xoşgəldin”i yenidən edəcəm, onda azad və demokratik Azərbaycanın qürurlu vətəndaşı olacaqsan, atan səni qucağına gotürüb yerə qoyanda ayağın babanın torpağına dəyəcək!

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri

7 aprel 2019-cu il, ABŞ

 

Əvvəlki yazı

İcra başçısı dindarı dəlixanaya göndərib – Anasından açıqlama

Sonrakı yazı

Deputatın Qazaxıstanda nəhəng taxıl kombinatı üzə çıxdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.