21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Koronavirusdan vəfat edən azərbaycanlı cütlüklər – FOTOLAR

26 Avqust 2021, 09:57
Cəmiyyət
A A
Koronavirusdan vəfat edən azərbaycanlı cütlüklər – FOTOLAR

Bütün dünyanı cənginə alan koronovirus pandemiyası bir müddətlik səngisə də, yenidən alovlanmağa başlayıb. Son günlər yeni yoluxma halları ilə yanaşı ölüm sayında da kəskin artım müşahidə olunur.  İnsanların həyatını alt-üst edən COVİD bəlası bir çox ailələrə faciələr yaşatmağa davam edir. Hətta illərlə eyni həyatı bölüşən bir çox cütlüklər koronavirus səbəbindən eyni gündə də dünyalarını dəyişiblər.

HİT.az xəbər verir ki, modern.az koronavirusa yoluxaraq həyatdan köçən cütlüklərlə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, ötən ilin mart ayından bu günə qədər bir neçə azərbaycanlı ər və həyat yoldaşı COVİD infeksiyasının qurbanı olub.

Belə ki, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində COVID-19-a yoluxublar. Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər.

Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Nəticədə Q.Quliyev və S. Quliyeva eyni gündə – avqustun 14-də xəstəxanada vəfat ediblər.

AzTV-nin “Ədəbi-dram və folklor verilişləri” Baş redaksiyasının rejissoru, həmkarımız Arzu Mövlud (Məmmədova) və həyat yoldaşı ötən gün vəfat ediblər. Dünən səhər saatlarında koronovirusdan həyatını itirən Arzu Mövludun komada olan həyat yoldaşı ondan bir neçə saat sonra dünyasını dəyişib.

Növbəti ailə dramı Moskvada yaşanıb. Rusiyanın paytaxtında yaşayan azərbaycanlı ər və arvad eyni gündə koronovirusdan ölüblər.

Koronavirusa yoluxan gənc ailə vəfat edib. Beləliklə də, 3 və 5 yaşlı uşaqları valideynsiz qalıb. Bu barədə müğənni Rəqsanə İsmayılova “İnstagram” hesabında məlumat paylaşıb. Lakin vəfat edən şəxslərin adlarını açıqlamayıb.

Oğuz rayonunda da ər və arvad pandemiyanın qurbanı olublar.

Rayonun Xaçmaz kənd sakinləri – 1943-cü il təvəllüdlü Ağaəli Qədir oğlu Hacıyev və həyat yoldaşı, 1948-ci il təvəllüdlü Raya İdris qızı Camaləddinova koronavirusdan vəfat edib.

Məlumata görə, ahıl ər-arvad bir müddət əvvəl COVID-19-a yoluxublar və ev şəraitində müalicə alıblar. Müalicələrə baxmayaraq hər ikisi həyatlarını itiriblər. Onlar bir neçə saat fərqlə həyatla vidalaşıblar.

A.Hacıyev uzun müddət Xaçmaz kənd tibb məntəqəsində feldşer, R.Cəbrayılova isə həmin kəndin məktəbində ibtidai sinif müəllimi işləyib. Hər iki şəxs təqaüddə olub.

Bunlarla yanaşı, tanınmış vəkil Anar Qasımlının xalası Validə Sarıyeva və həyat yoldaşı İlham Sarıyev də koronovirusdan xilas ola bilməyiblər. Onlar bir gün fərqlə dünyadan köçüblər.

Əvvəlki yazı

Mehriban Əliyevanın doğum günüdür

Sonrakı yazı

Kəlbəcərdə atəşkəs pozuldu

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.