Rusiyalı infeksionist Yevgeni Timakov koronavirusa yoluxan şəxslərin yenidən COVİD-19-a yoluxa biləcəyini bildirib.
“Reportyor.info” xəbər verir ki, “RİA Novosti”yə danışan mütəxəssisin sözlərinə görə, artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa, onlar eyni virusa yenidən yoluxa bilər.
“İmmunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində zəifləyən zaman da təkrar yoluxma mümkündür. İnsanlar bir neçə səbəbdən yenidən xəstələnirlər. Koronavirus infeksiyası ömürlük toxunulmazlığa səbəb olmur. Bu su çiçəyi deyil”, – deyə o, qeyd edib.