“Koronavirusa qarşı vaksinin hazırlanması üçün təxminən 8 milyard avro tələb olunur”.
Reportyor.info xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. Dövlət başçısı koronavirusun hər kəsə yoluxacağını bildirərək bütün dünya ölkələrini vaksinin hazırlanması üçün əməkdaşlığa çağırıb.
Mayın 4-də Avropa Birliyinin (AB) virusla mübarizə üçün donor konfransı təşkil edəcəyinə diqqət çəkən Merkel, Almaniyanın da donor üçün böyük məbləğdə maliyyə ayıracağını deyib.
Qeyd edək ki, ötən həftə may ayının 4-də keçiriləcək konfrans üçün Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen 7.5 milyard dollar pul toplayacağını bildirmişdi.