07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Koronavirus məktəblərə ayaq açıb – nə etməli…

24 Sentyabr 2020, 09:02
Sosial
A A
Koronavirus məktəblərə ayaq açıb – nə etməli…

Azərbaycanda dərs ili başlayandan 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmin şagirdlərin əksəriyyəti yuxarı siniflərdə təhsil aldıqları üçün ümumi təhsil müəssisələrinə gəlməyib. Bu şəxslər ümumilikdə 346 nəfərlə təmasda olublar. Bu barədə Azərbaycan Təhsil Nazirliyinin açıqlamasında deyilir.

Dərs yeni başlayıb, 8 müəllim virusa yoluxub

Ölkədə dərs ili sentyabrın 15-dən başlayıb. Nazirlik bildirir ki, sentyabrıln 21-dək koronavirusa yoluxma ilə əlaqədar respublika ərazisində cəmi bir məktəbdə, Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.

Nazirliyin məlumatında deyilir ki, Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.

Məktəblərə qayıdışda nələrə diqqət yetirilməlidir? - ÜST açıqladı

Azərbaycanda pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə həftədə 3 dəfə təşkil edilir.

Nazirlik bildirir ki, ölkə üzrə ümumi təhsil müəssisələrində sentyabrın 21-dək ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı 65 460 nəfər olub.

Fransada məktəblilər valideynlərindən yoluxur, Böyük Britaniyada isə… öskürmək olmaz 

Bu isə Azərbaycan cəmiyyətində koronavirusla bağlı yenidən həyəcan təbili çalınmasına səbəb oldu. Uşaqlarımızı bu dönəmdə virusdan necə qoruyaq, təhsil almalarını necə təmin edək? Beynəlxalq təcrübə nə deyir? Problemdən çıxış yolu nədir?

Fransız alimlər COVID-19 virusuna yoluxmuş məktəblilərin çox güman ki, virusu yaymasının mümkün olmadığını söyləyiblər. Belə ki, onların əksəriyyəti məktəbdə deyil, evdə öz valideynlərindən yoluxurlar. Bu barədə Paster İnstitutunun məruzəsinə istinadən “Bloomberg” məlumat verib.

Cabinet approves NIS 4.2 billion plan for school year under coronavirus |  The Times of Israel

Qeyd edildiyi kimi, institut Fransanın Krepi-an Valua şəhərində koronavirusun yayılmasında uşaqların rolu ilə əlaqədar araşdırma aparıb. Epidemioloji araşdırmada 1340 məktəbli iştirak edib, onlardan 10%-dən çoxu (139 nəfər) koronavirus daşıyıcısı olub. Lakin buna baxmayaraq, araşdırma zamanı virusun digər məktəblilərə və ya müəllimlərə ötürülməsi müşahidə edilməyib. Alimlər belə nəticəyə gəlirlər ki, uşaqlar koronavirusa məktəbdə deyil, əsasən evdə yoluxurlar: yoluxmuş uşaqların 60%-dən çoxunda valideynlərinin də koronavirus daşıyıcısı olduğu üzə çıxıb.

“Ümumiyyətlə, bu nəticələr 6-11 yaşda olan uşaqların evdə yoluxma ehtimalını araşdıran digər ölkələrin tədqiqatçılarının nəticələri ilə müqayisə edilə bilər”, – deyə məruzənin epidemioloqlarından biri Arno Fontanet bildirir. Onun sözlərinə görə, Paster İnstitutunun araşdırması kifayət deyil və bu nəticələr digər tədqiqatlarla təsdiqlənməlidir.

Buna baxmayaraq, Paster İnstitutunun bu araşdırması, uşaqların daha az yoluxucu olduqlarını və COVİD-19 xəstəliyini simptomsuz keçirdiklərini təsdiq edir. Bütün bunlar pandemiyanın təkrarlandığı təqdirdə, hansı fəaliyyət sahələrinin açıq, hansıların isə bağlı olmalı olduğunu göstərir.

Coronavirus: How are other countries getting children back to class? - BBC  News

Kişinyovda COVID-19 virusunun yayılmasının azaldılması və onun qarşısının alınması məqsədilə, habelə uşaqları ictimai nəqliyyatda COVID-19-a yoluxmadan qorumaq üçün paytaxt meriyası trolleybus və avtobusların xüsusi iş rejimini tətbiq edir. Moldovada yeni tədris ili başlayandan sonra müəyyən marşrutlarda hər dörd trolleybusdan biri yalnız uşaqların və zəruri hallarda onları müşayiət edən yaşlıların məktəblərə və uşaq bağçalarına aparılıb gətirilməsi üçün ayrılacaq.

Böyük Britaniyada məktəblilər üçün tətbiq edilən yeni qaydalara əsasən, təhsil müəssisələrində qəsdən öskürmək və koronavirusla bağlı zarafatlaşmaq qadağan olunub. Belə ki, yeni qərara əsasən, London məktəblərindən birində zarafat məqsədilə öskürən şagird təhsil müəssisəsindən qovula bilər.

Bununla yanaşı, Derbi şəhərindəki məktəblərdə hər sinif üçün bir tualet nəzərdə tutulub. Buna görə də digər sinfə aid tualetə daxil olanların ciddi cəzalandırılacağı bildirilib.

Rusiyada məktəblilərin sinif otaqlarında maska taxmamalarına icazə verilib. Bu məsələ İstehlakçıların hüquqlarının müdafiəsi və insanın hüquqları üzrə Federal Xidmətilə Təhsil Nazirliyinin birgə yaydığı tövsiyə xarakterli məlumatda öz əksini tapıb.

Məlumatda bildirilir ki, şagirdlər məktəb daxilində dərs və ya tənəffüs zamanı maskasız ola bilərlər.

Bakı məktəblərində sıxlığın qarşısı necə alınır?

“Məktəblər açılanda ”Məktəblinin dostu” layihəsinin iştirakçıları uşaqların hərarətinin ölçülməsinə, sosial məsafənin qorunmasına nəzarət edəcəklər”.

Bunu COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

How do we re-open schools after the coronavirus pandemic? - OECD Education  and Skills Today

R.Ağayev deyib ki, “Məktəblinin dostu” dərslər qurtaranda şagirdlərin sıxlıq yaranmadan çıxmasına da nəzarət edəcək: “Hansısa sinifdə, yaxud məktəbdə kütləvi yoluxma olsa, o sinfi, yaxud məktəbi bağlayacağıq. ”Məktəblinin dostu” bu məsələdə bizə kömək edəcək”.

Təhsil Nazirliyi təhsil müəssisələrində sosial məsafənin təmin edilməsi ilə bağlı təlimat hazırlayıb.

APA-nın məlumatına görə, təlimatda bildirilir ki, 15 sentyabr 2020-ci il tarixindən etibarən ölkənin ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə tədris və təlim-tərbiyə prosesinin başlanmasını nəzərə alaraq, sosial məsafənin saxlanılması ilə əlaqədar təhsil müəssisələri rəhbərləri tərəfindən aşağıdakılar təmin edilməlidir:

Şagirdlər (valideynləri ilə birgə də ola bilər) məktəbin həyətyanı sahəsində sosial məsafənin saxlanılması məqsədilə yerdə çəkilmiş dayanma işarələrinin üzərində dayanmalıdırlar;

Həyətyanı sahədə sosial məsafənin saxlanılması və növbə ilə məktəbə daxil olma prosesinin tənzimlənməsi üçün şagird kontingentinin sayından asılı olaraq əməkdaşlar ayrılmalı və siniflərə təhkim edilməlidirlər;

Məktəbin girişində hər bir şagirdin hərarəti ölçülməli və hərarət 37.1 dərəcədən aşağı olduğu halda, şagird sinif otağına yönəldilməlidir, hərarət qeyd edilən həddən yüksək olduqda, təxirəsalınmadan məktəbin həkimi tərəfindən valideyn təlimatlandırılmalı və şagird geri qaytarılmalıdır.

Əgər məktəbin birdən çox giriş qapısı varsa…

Sosial məsafənin saxlanılması məqsədilə məktəbin həyətyanı sahəsində dayanma işarələrinə verilən tələblərdə deyilir ki, şagird kontingentinin sayına və məktəbin həyətyanı sahəsinə uyğun çəkilən dayanma işarələrinin ölçüsü (diametri) 20-30 santimetr olan dairə, kvadrat, düz xətt şəklində ola bilər. Dayanma işarələri ağ rəngli boya, yaxud əhənglə çəkilməlidir. Dayanma işarələri arasındakı məsafə ən azı iki metr olmalıdır.

France reports 70 coronavirus cases in schools after partial reopening -  Business Insider

Əgər məktəb binasının (korpuslarına) birdən çox giriş qapısı varsa, o zaman giriş qapıları müvafiq hərflərlə kodlaşdırılmalı (A, B, C və s) və hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilməlidir. Bu proses daha çox şagird sıxlığı çox olan məktəblərə tövsiyə edilir və bu zaman elektrik hərarət ölçən cihazın sayı nəzərə alınmalıdır. Belə bir variant tətbiq ediləcəyi təqdirdə, şagirdin hansı girişdən daxil olacağı barədə valideynlərə əvvəlcədən bildirilməlidir.

Valideynlərə verilən tələblərdə deyilir ki, sosial məsafənin saxlanılması məqsədilə valideynlər yerdə çəkilmiş dayanma işarələrində övladının yanında dayanmalıdırlar. Övladı məktəbin giriş qapısına daxil olduqdan sonra valideynlər məktəbin həyətyanı sahəsini tərk etməlidirlər.

Məktəbin həyətyanı sahəsində şagirdlərin və valideynlərin sosial məsafə saxlamadan kütləvi halda toplaşması və kütləvi halda şəkil çəkdirməsi yolverilməzdir.

Qeyd olunan məsələlərin mövcud qayda və təlimatlara uyğun şəkildə həyata keçirilməsinə nəzarət təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçiriləcək. Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən mütamadi olaraq prosesə nəzarət məqsədilə yerlərdə keçirilən monitorinqlər zamanı müvafiq qaydalara əməl etməyən müəssisə rəhbərləri aşkarlandığı halda, onlar barəsində intizam tənbehi tədbirləri həyata keçiriləcək.

TƏBİB narahatdır – uşaqlar daşıyıcı olub yoluxdura bilər

Məktəb yaşlı uşaqlar elə bir qrupdur ki, onlarda virus əsasən asimptomatik olur. Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, məktəblərdə virusun yayılmasından narahatlıq yoxdur: “Biz qorxuruq ki, uşaqlar daşıyıcı olub yoluxdura bilər. Ona görə də biz məktəblilərin toplanmasından ehtiyat etmirik. Biz əsasən şagirdlərin müəllimlərlə təması nəticəsində bu virusun yayılmasından ehtiyat edirik. Yəni şagirdlər bu virusa yoluxaraq başqalarına yoluxdura bilər”.

A.Qurbanov bildirib ki, buna görə də hesab olunur ki, məktəbəqədər müəssisələrin açılmasında xüsusi qaydalar olacaqdır. Sxılığın azaldılması, kütləviliyin az olması ilk növbədədir. Valideynlərlə məktəbəqədər müəssisələrin müəllimlər arasında müzakirələrin aparılması, prosesin nizamlanması ilə uşaqların yoluxması məsələsi minimuma endiriləcəkdir.

Şagirdlərin temperaturu sinifdə yoxlanmalıdır

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın “4.3 təhsilalanlara dair tələblər: 4.3.1. təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir”, – deyə qeyd edilir.

Qərardan da göründüyü kimi, şagirdlərin maska taxmağı məcburi hesab edilmir.

Sosial məsafə tələbinə riayət edilmədikdə maska taxılması zəruridir.

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 12 yaşdan yuxarı uşaqların, 1 metrdən artıq ara məsafəsini saxlamaq təminatı olmadığı şəraitdə, maska taxması o müəssisə üçün zəruridir”, – mütəxəssis bildirib.

Sinqapurda və Yaponiyada təhsilalanların məktəbin girişində yox, sinifdə temperaturları ölçülür. Çünki bayırdan gələn şagirdin temperaturu otaqda fərqli ola bilər. Azərbaycanlı ekspertlər bu qaydanın ölkəmizdə tətbiq olunmasını istəyir. Bundan başqa, məktəbdə temperaturu olan şagirdlərin karantinə alınma forması da tapılmalıdır. Yaşlı və yanaşı xəstəlikləri olan müəllimləri gənc və sağlam müəllimlərin əvəzləməsi də səslənən tələblər sırasındadır. Yaşı 55-i ötən müəllimlər yalnız onlayn təhsilə cəlb olunmalıdır.

Əvvəlki yazı

Baş Nazir: “Lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır”

Sonrakı yazı

Ərdoğanın Əliyevə zəngindən çıxan nəticə – Şərh

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.