10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Koronavirus Bakıya gələ bilərmi? – Açıqlama

27 Yanvar 2020, 14:09
Sosial
A A
Koronavirus Bakıya gələ bilərmi? – Açıqlama

Bu virusun əşyalardan insanlara keçmə ehtimalı yoxdur. Virus daha çox heyvani məhsullarla yayılır.

Bu sözləri Axar.az-a Azərbaycanın baş infeksionisti Cəlal İsayev Çində qeydə alınan ölümcül koronavirus epidemiyası və onun yayılması ilə bağlı danışarkən deyib.

C.İsayev qeyd edib ki, Çində qeydə alınan bu ölümcül virusun bilərəkdən yaradılması ilə bağlı deyilənlər doğru deyil:

“Çində müşahidə olunan koronavirus epidemiyası ilk dəfə 1965-ci ildə qeydə alınıb. Bu, Çin üçün ilk belə hadisə deyil. Koronavirusun növləri çoxdur və bu yayılan növü də onlardan biridir. Koronavirusun bu növü bir qədər ağırdır. Lakin epidemiya elə bir şeydir ki, burada insan tələfatı varsa, vəziyyət ciddiləşir”.

Baş infeksionistin fikrincə, Azərbaycana bu virusun gəlməsi və yayılma səviyyəsi aşağıdır:

“Bu virusun bizim ölkəyə gəlməsi ehtimalı çox azdır. Ancaq istənilən halda hər riskə qarşı müəyyən tədbirlər görülməlidir. Bunun üçün ilk növbədə Çindən gələn insanlar yoxlanılmalıdır ki, o xəstəliyin əlamətləri ölkəyə daxil olmasın və yayılmasın. Hazırda orada xeyli azərbaycanlı tələbə təhsil alır, həmçinin bizneslə, ticarətlə məşğul olan şəxslər var ki, tez-tez Çinə gedib-gəlirlər. Bu insanlar yoxlanılmalıdır. Həm o şəxslərin öz sağlamlığı, həm də ölkə əhalisinin sağlamlığı üçün bu vacibdir.

Ancaq Çindən gətirilən məhsullar bu virusun daşıyıcısı ola bilməz. Bu virusun əşyalardan insanlara keçmə ehtimalı yoxdur. Bu virus daha çox heyvani məhsullardan insanlara keçir.

Xarici təsirlərə qarşı bu virus çox davamsızdır. Müsbət 56 dərəcədə bu virus ani olaraq tələf olur, 37 dərəcədə isə təxminən 15 dəqiqəyə tələf olur. Ona görə də sənaye malları ilə koronavirusun ölkəyə gətirilməsi mümkün deyil, yox dərəcəsindədir”.

C.İsayev bildirib ki, koronavirusların insandan insana yoluxma ehtimalı çox sıx təmas zamanı baş verir:

“Sıx təmas olmasa, demək olar ki, yoluxma ehtimalı azdır. Su, ərzaq, həddən artıq sıx təmas, əllər vasitəsilə, tənəffüs yollarının zədələnməsi ilə yoluxma ola bilər. Bu virus ümumilikdə mədə-bağırsaq sistemini, sinir sistemini, böyrəkləri zədələyir. Bu virus təbiətdə var idi. Sadəcə yenidən aktivləşib. Bu kimi ölümcül virusların aktivləşməsinə səbəb də insanların təbiətə müdaxiləsinin nəticəsidir.

Bundan öncə Çində sars virusu yayılmışdı. O da koronaviruslara aiddir. Hətta o daha təhlükəli idi və ölüm halları 25-30 faizə qədər artmışdı. Ancaq onun qarşısı tezliklə alındı. Bu virusa isə yoluxma sayı ilə ölüm halı arasında fərq çox olduğu üçün o qədər də təhlükəli hesab edilməyə bilər”.

Xatırladaq ki, Çinin Uhan şəhərində qeydə alınan koronavirusa bu günə qədər 2762 nəfər yoluxub, 8q nəfər isə dünyasını dəyişib. Ölüm halı ancaq Çində qeydə alınıb. İndiyə qədər bu virusa 4 ölkədə rast gəlinib.

Əvvəlki yazı

Ağciyər Xəstəlikləri İnstitutunda növbəti ÖLÜM

Sonrakı yazı

Deputatlığa namizədin Moskvadakı obyektləri – Foto

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.