25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Könül İsmayılova: “Bu məmurların dövlətə, xalqa xidmət edəcək yenilərlə əvəzlənməsinin vaxtı çatıb”

03 Fevral 2021, 22:26
Cəmiyyət
A A
Könül İsmayılova: “Bu məmurların dövlətə, xalqa xidmət edəcək yenilərlə əvəzlənməsinin vaxtı çatıb”

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı bir şox məsələlərə – ictimai-siyasi, sosial-iqtisadi, mədəniyyət, səhiyyə məsələlərinə toxunub. Prezidentin müsahibə zamanı məmurlara ünvanladığı fikirlər isə şəbəkələrdə trendə çevrildi.

 

Prezidentin məlum müsahibəsini Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova diqqəti ölkə başçısının məmurlarla bağlı fikirlərinə yönəldib.

 

Könül İsmayılova öncə prezidentin səhiyyə sahəsində dövlət siyasətinin səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılması hədəfini müsbət dəyərləndirib:

 

“Cənab Prezident 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdi ki, qara qızılı insan kapitalına çevirməliyik.

O zaman Azərbaycanın neftdən gəlirləri aşağı olsa da, ölkə başçısı gələcəyi proqnozlaşdıra bilib, qarşıya qoyduğu vəzifə bütövlükdə icra edilib. Məhz cənab Prezidentin uzaqgörən siyasəti sayəsində ölkəmiz COVİD-19 pandemiyasından digər ölkələrdən fərqli olaraq az itki ilə çıxmağı bacardı. Ölkə başçısının da qeyd etdiyi kimi, – “Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə nail olub”. Cənab Prezident bəyan etmişdi ki, COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır”.

 

MMP sədr müavini eyni zamanda, Prezidentin Azad edilmiş torpaqlarla bağlı sadaladığı hədəflərdən də söz edib. Bildirib ki, azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı tərəfindən bir çox mühüm qərarlar qəbul edilib, qərargah yaradılıb:

 

“Məlum olduğu kimi, ölkə başçısının göstərişi ilə “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası əsasında bütün şəhərlərin baş planları hazırlanır. Bu işlər görüldükdən sonra infrastruktur layihələri icra ediləcək. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikiləcək. Beləliklə, keçmiş köçkünlərin azad olunmuş torpaqlara qayıtması təmin ediləcək”.

 

Könül İsmayılova Prezidentin məmurlara xəbərdarlığına diqqət çəkərək, bu xəbərdarlıqdan sonra məmurların özlərini yığışdıracaqlarına ümid etdiyini vurğulayıb:

 

“Bilirsiniz ki, Prezident İlham Əliyev Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edib. Amma ölkəni talamaqla məşğul olan məmurlar burda da öz mənafelərini güdməkdən qalmayıblar. Onlar qəhrəman əsgərlərimizin canı, qanı bahasına erməni işğalçılarından geri aldıqları torpaqlarımızı cənab Prezidentin də dediyi kimi, zəbt etmək istəyinə düşüblər. Bunlardan biri Mərkəzi Bankın sədridir. O, təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin açılacağını bildirib. Bu həmin Mərkəzi Bankın sədridir ki, bir müddət öncə bank üçün yeni binanın inşası fikrini ortaya atmışdı. Təsəvvür edirsiz, pandemiya, müharibə yaşamış xalqın sosial rifahını göz ardına alaraq pulları yeni binaya xərcləmək istəyir.

O cümlədən də “Azəravtoyol”un rəhbəri, AZAL-ın rəhbəri, Dövlət Gömrük Komitəsi, Fövqəladə hallar naziri, Dövlət Sərhəd Xidmətinin rəisi Şuşada qurumlarının regional mərkəzini açmaq üçün Prezidentə müraciət edib. Prezidentin birbaşa televiziya vasitəsilə onların müraciətinə cavab verməsi ən yaxşı cavab oldu. Ümid edirəm ki, bu xəbərdarlıqdan digər məmurlar da dərs şıxaracaqlar”.

 

K.İsmayılova Prezidentin etimadından sui-istifadə edən məmurların artıq dövlətçiliyə, xalqa xidmət edə biləcək gənclərlə əvəzlənməsinin vaxtının çatdığını vurğulayıb. Onun sözlərinə görə, prezident-xalq birliyinə əngəl törədən səlahiyyətlilərin işləri araşdırılsa bir çox qaranlıq məqamlar ortaya çıxacaq:

 

“Cənab Prezidentin məmurlar haqqında söylədiklərindən sonra əlavə şərhə ehtiyac qalmır. O, çox gözəl ifadə elədi ki, heç kim özbaşınalıq edə bilməz. Ölkə başçısının dediyi kimi, – “Məmurlar dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz yerlərini bilməli, öz işləri ilə məşğul olmalıdırlar. Qarabağın azad olunması ilə dövlət idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini hər kəs hiss etməlidir. Bəli, məmurlar həmişə Prezidentin “məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir” devizini öz fəaliyyətlərində əsas götürməlidirlər”.

Əvvəlki yazı

Bu şəxslərə Prezident təqaüdü veriləcək

Sonrakı yazı

Tovuzun qalmaqallı polis rəisinin yerinə TƏYİNAT

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.