06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Kontakt Home”un rüsvay etdiyi qadın: “İntihar dərəcəsinə gəldim” – Foto

07 Noyabr 2018, 14:06
Cəmiyyət, Sosial
A A
“Kontakt Home”un rüsvay etdiyi qadın: “İntihar dərəcəsinə gəldim” – Foto
Ötən gün Bakıda “Kontakt Home”un (“ABC Telecom” şirkəti) onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa etməsi barədə məlumat vermişdik.
Belə ki, şirkət Bakı şəhər sakini olan qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib. Onlar da qadının 1583 manat borcunun olduğunu iddia edərək, qadının şəklini, adını və soyadını yazaraq divarlara yapışdırıblar.
Oxu.Az məsələ ilə bağlı fotosu divarlara yapışdırılan qadınla danışıb.
– Krediti nə vaxt götürmüsünüz və hansı məhsulu almısınız?
– 2016-cı ilin dekabr ayında həmin mağazadan mobil telefon götürmüşəm.
– Bəs necə oldu ki, ödəyə bilmədiniz?
– Mobil telefonun qiyməti 504 manat idi, onu 12 aylıq kreditə böldülər və ayda 42 manat ödəməli idim. Üç ay ödəyəndən sonra yaxınlarımdan rəhmətə gedən oldu, başım oraya qarışdı. Daha sonra isə imkansızlıqdan pulu ödəyə bilmədim. Pulu ödəyə bilmədiyim tarixdən isə telefon bloklandı. O gündən bəri həmin telefon, sadəcə, aksessuar olaraq evdədir, çalışmır.
– Şəkliniz divarlara vurulmamışdan öncə sizə borcunuzu ödəmənizlə bağlı xəbərdarlıq gəlmişdi?
– Bəli, oktyabr ayının 19-u bir nəfər gəldi. Əlində də sənədlə ki, oktyabrın sonunadək 436 manat borcunuz var, onu gətirin, ödəyin. Mənim də buna imkanım olmadı. Dedim ki, noyabrın sonunadək 60 manat ödəniş edə bilərəm, onlar bununla razı olmalıdılar. Bu gün isə mənim şəklimi hər tərəfə yapışdırıblar. Bu hərəkətə görə onları məhkəməyə verəcəyəm.
Hansı haqla mənim fotomu divarlara yapışdırıb, məni biabır ediblər? Üstəlik, üstümə şər-böhtan atıblar, həmin kağızda qeyd olunub ki, guya mənim 1583 manat borcum var. Halbuki mənə 436 manat borcum olduğu söylənilmişdi və məhkəmə qərarına əsasən, qətnamədə də belə qeyd olunub.
– Sizə məhkəmədən də bildiriş gəlməmişdi ki, belə məhkəmə var?
– Yox, sadəcə, sizə göstərdiyim 19 oktyabr tarixində olan qətnamə kağızı var. Orada da göstərilib ki, pul üç gün ərzində ödənməlidir. Dediyim kimi, buna da mənim heç cür imkanım olmayıb. Hazırda işləmirəm. Xaricdə yaşayan bacım mənə aylıq pul göndərir, onunla dolanıram.
Əvvəlcə noyabrın sonuna 60 manatı ödəməyimə razı olmuşdu. Sonra dedilər ki, yox, oktyabrın axırına pulu ödəyin. Gedin, kimdən alırsınız, alın, amma bu pulu ödəyin. Dedim ki, oktyabr sonuna 20 manat ödəyə bilərəm. Onsuz da o telefon işləmir, bloka qoyulub. Dedi ki, 220 manat ödə, telefonun blokunu açaq.
Bu gün (dünən – red.) də hamı gəldi ki, sənin şəklin divarlarda gəzir. İnsanlar məni belə tanımır. Bütün qonşular üstümə gəldi. Bu gün (dünən -red.) utancımdan intihar etmək dərəcəsinə gəldim. Mənim başıma bir iş gəlsə, “ABC Telekom” nə cavab verəcəkdi? O qədər mənim kimi imkansız ailələr var ki, pulu ödəyə bilmir. Hamısı özünü öldürməlidir?
– Telefonu götürəndə fikirləşmədiniz ki, bu pulu necə ödəyəcəyəm?
– Mən başa düşürəm, bu kredit götürülübsə, ödənməlidir. Amma götürəndə onu verə biləcəyimi düşünürdüm. Sadəcə, əlimdə olmayan hadisələr baş verdi. İmkansızlıq yarandı deyə krediti ödəyə bilmədim. Amma bu, ona dəlalət etmir ki, 436 manata görə mən camaatın içində biabır olum. Bu işin sonuna kimi gedəcəyəm. Məni millət içində rüsvay ediblər, bunun cavabını verəcəklər.
Əvvəlki yazı

“Deputatların maaşı artılsın”

Sonrakı yazı

Sabah Bakıya bir yağış yağacaq ki… – Rəsmi

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.