Konstitusiya Məhkəməsi 9 fevral tarixində Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.
Reportyor.info-nun məlumatına görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.