Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

KONQRESMENLƏR TRAMPA ƏNGƏL YARATMAĞA ÇALIŞIR –İran dosyesinə qarşı yeni qanun layihəsi

2019-05-17
in Manşet
0
KONQRESMENLƏR TRAMPA ƏNGƏL YARATMAĞA ÇALIŞIR –İran dosyesinə qarşı yeni qanun layihəsi
0
Paylaşılıb
7
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Nik Robins-İrli

Bənzər Yazılar

Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir (FOTO/VİDEO)

“Bakıdan başqa, bütün ölkələrdə metro işləyir” – Partiya sədri

Azərbaycanın səfiri 250 min manata maşın aldı (FOTOLAR)

“Huffington Post”, 16.05.2019

 

Tramp administrasiyasının İranla silahlı münaqişəyə doğru yürüşü və on minlərlə ABŞ əsgərinin bir daha Yaxın Şərqdəki qanlı münaqişələrlə göndərilməsindən öncə bir sıra demokrat, hətta bəzi respublikaçılar prezidentin “quzğun” məmurlarını çəkindirməyə cəhd göstərirlər.

Senator Tom Udoll, Riçard Durbin və Rənd Pol Konqresin razılığı olmadan ABŞ-ın İrana qarşı müharibə üçün güc istifadəsini qadağan edən 2018-ci ilin qanun layihəsini yenidən gündəmə gətirib. Mayın 15-də senator Elizabet Uorren də onlara qoşulub.

“Biz Tramp administrasiyasının ölkəmizi Yaxın Şərqdəki daha bir müharibəyə sürükləməsinə imkan verə bilmərik”, – deyə Uorren “tweet” atıb.

Birləşmiş Ştatlar bütün qeyri-fövqəladə işçilərini Çərşənbə günü İraqı tərk etməyə çağırıb və ötən həftə Fars körfəzində ABŞ hərbi gəmisi və bombardmançıları yerləşdirilib. ABŞ İranı neft tankerlərinə hücumda günahlandırıb və “The New York Times” xəbər verib ki, müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan potensial olaraq bölgəyə 120 min Amerika qoşunu göndərməyi planlaşdırır. Eyni zamanda, Ağ Ev qanunvericilərdən xəbərsiz fəaliyyətini davam etdirib.

Bu hadisələr Avropa diplomatları və üst səviyyə hərbi səlahiyyətlilərini çaşdırıb. Hətta Konqresi də. Amma analitiklər deyir ki, Udollun qanun layihəsi əsas problemləri həll etmək üçün kifayət deyil: Konqres İrana dair qərar qəbulundan məhrumdur və 2001-ci ildən bəri hərbi gücdən istifadə edərkən, prezident ona verilən səlahiyyətdən yararlanır. Konqresin tərəfləri tam silahlı münaqişədən ayırmaqda acizdir.

 

Konqres dinləmələrə çağırır

 

Konqres və ictimaiyyətin İranla bağlı vəziyyəti qiymətləndirilməsində əsas problemlərindən biri də Ağ Evin mahiyyətcə İran təhdidləri barədə ehtimal olunan kəşfiyyat məlumatlarına arxalanmasıdır, halbuki Britaniya kimi müttəfiq bununla bağlı Ağ Evə açıq şəkildə etiraz edib.

Milli təhlükəsizlik müşaviri Con Bolton yanlış kəşfiyyat məlumatlarına istinadı ilə məşhurdur, belə olan halda, Konqres iddia edilən yeni İran təhdidlərinin qiymətləndirilməsi və 120 min əsgərin yerləşdirilməsi kimi hərbi planlara aydınlıq gətirmək üçün dinləmələr və brifinqlərin keçirilməsini tələb edə bilər. Bunu Müdafiə İnformasiya Mərkəzinin direktoru Mendi Smitberger deyib.

Smitberger bildirib ki, İrana qarşı təcavüzkar mövqe tutan və əvvəlki illərdə İranı bombalamağa çağırmış Bolton da bu dinləmələrdə iştirak etməlidir.

Senatın Xarici Əlaqələr Komitəsində demokrat senator Bob Menendes Dövlət Departamentinin İrana istiqamətli siyasəti ilə bağlı ictimai və xüsusi brifinqlər keçirilməsini tələb etmək üçün ikipartiyalı dəstəyə çağırıb. Amma bu, çətin iş ola bilər, çünki respublikaçı Tom Kotton kimi bəzi senatorlar deyir ki, “bir-iki zərbə ilə ABŞ münaqişənin qalibi olacaq”; Marko Rubio isə İranla müharibənin Tehrandan asılı olduğunu bildirib.

Respublikaçılar Con Kornin və Mitt Romni İranla müharibə ehtimalını inandırıcı saymır. Romni deyib: “Prezidentin və administrasiyanın İranla müharibəni nəzərdən keçirəcəyi inanılmazdır”. Romninin fikrincə, artan gərginliklər ilə əlaqədar narahatlıq “əsassız və məntiqsiz”dir.

Amma demokrat Stefani Mörfi və Barbara Li Boltonun Trampı münaqişəyə yönəltdiyini və Konqresin hərbi hərəkata nəzarət etməli olduğunu vurğulayıblar.

“Düşünürəm ki, bir yerdə müharibəyə gedəcəyiksə, Konqres bunu təsdiq etməlidir”, – Li bildirib.

 

AUMF

 

Konqres İranla bağlı ictimai dinləmələr keçirirsə, Ağ Evin 2001-ci ildə hərbi qüvvələrin istifadəsinə dair qanunvericiliyə (AUMF) istinadla bunu əsaslandıra bilməsi başlıca məsələdir.

Sentyabrın 11-də baş vermiş terror hücumlarından üç gün sonra qəbul edilən AUMF-a əsaslanmış bir çox administrasiyalar, 20-dən çox ölkədə gizli həbsxanalar yaradılması, bombalama və qoşun yerləşdirmə daxil olmaqla, Konqresin nəzarətindən kənar geniş hərbi əməliyyatlar həyata keçirib.

Donald Tramp keçən il prezident Bəşər Əsədin Duma şəhərinə kimyəvi hücumundan sonra Suriya qüvvələrə qarşı hava hücumlarını başladıqda, respublikaçılar bu hərəkətin AUMF-a əsaslandığını iddia ediblər.

ABŞ İrana hücum edərsə, buna bənzər bir dəlildən istifadə edəcək, çünki Tramp İnqilab Keşikçilərini xarici terror qrupu olaraq təsnif edib. Udoll və digər senatorların dəstəklədiyi qanun layihəsi AUMF-un İranla bağlı istifdəsində Tramp administrasiyası üçün boşluq yaratmır.

“Mən bu administrasiyanın AUMF-un İrana aid olmadığını söyləmək istədiyinə inanmıram”, – Karnegi Fondunun baş elmi işçisi və Obama administrasiyasının sabiq rəsmisi Carrett Blank deyib.

Konqres ABŞ-ın İrana istiqamətli əməliyyatlara nəzarətini artıra bilər. Amma Smitbergen deyir ki, təxminən 20 ildir millət vəkilləri AUMF-ın geniş istifadəsinə qarşı güclü müqavimət yarada bilmirlər.

Tramp xarici hərbi müdaxiləyə qoşulmaq üçün iştahalı görünməsə də, analitiklər deyirlər ki, o, uzun müddətdir  dünyanın bir sıra ölkələrində daha sərt və müdaxiləçi siyasət çağırışı edən məmurlarla əhatə olunub.

Blank deyib: “Con Bolton və Mayk Pompeo bütün karyeralarını İranla müharibə arzusuna həsr edib”.

Tərcümə: Strateq.az

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Adnan Oktarın həbsxanadan - FOTOLARI YAYILDI

Sonrakı yazı

AZƏRBAYCAN XİN BƏYANAT YAYDI –Laçının işğalı ilə bağlı

Sonrakı yazı
AZƏRBAYCAN XİN BƏYANAT YAYDI –Laçının işğalı ilə bağlı

AZƏRBAYCAN XİN BƏYANAT YAYDI –Laçının işğalı ilə bağlı

Deputatlar parlamentdə “Keşikçidağ”la bağlı məsələ qaldırdı:”Güzəştə getməməliyik…”

Deputatlar parlamentdə “Keşikçidağ”la bağlı məsələ qaldırdı:"Güzəştə getməməliyik..."

Səudiyyə şahzadəsinin qəzetindən ABŞ-a çağırış:”İRAN CƏZASIZ QALMAMALIDIR!”

Səudiyyə şahzadəsinin qəzetindən ABŞ-a çağırış:"İRAN CƏZASIZ QALMAMALIDIR!"

Discussion about this post

Bizə Qoşulun

  • 21.2k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

“Qarabağ” darmadağınla qalib gəldi

“Qarabağ” darmadağınla qalib gəldi

2021-04-12
Ermənistanda rus generalın qızının meyiti tapıldı

Ermənistanda rus generalın qızının meyiti tapıldı

2021-04-12
Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir (FOTO/VİDEO)

Azərbaycanda ən uzun asma körpü və yeraltı tunel inşa edilir (FOTO/VİDEO)

2021-04-12
Bu şəxslər peyvənd oluna bilməz

Bu şəxslər peyvənd oluna bilməz

2021-04-12
“Gizli toy edənlər düz edirlər“ – Deputatdan qalmaqallı açıqlama

“Gizli toy edənlər düz edirlər“ – Deputatdan qalmaqallı açıqlama

2021-04-12
“Bakıdan başqa, bütün ölkələrdə metro işləyir” – Partiya sədri

“Bakıdan başqa, bütün ölkələrdə metro işləyir” – Partiya sədri

2021-04-11
Ağsuda yas keçirənlər inzibati məsuliyyətə cəlb edildi

Ağsuda yas keçirənlər inzibati məsuliyyətə cəlb edildi

2021-04-11
Ağstafada şəhidin son arzusu yerinə yetirildi (FOTO)

Ağstafada şəhidin son arzusu yerinə yetirildi (FOTO)

2021-04-11
Azərbaycanın səfiri 250 min manata maşın aldı (FOTOLAR)

Azərbaycanın səfiri 250 min manata maşın aldı (FOTOLAR)

2021-04-11
Hikmət Hacıyev: “”Media haqqında” qanun layihəsi hazırlanıb”

Hikmət Hacıyev: “”Media haqqında” qanun layihəsi hazırlanıb”

2021-04-10
Azərbaycanda daha 33 nəfər koronavirusdan öldü – Foto

Azərbaycanda daha 33 nəfər koronavirusdan öldü – Foto

2021-04-10
“Buta Airways” Moskvaya uçuşları bərpa edir – QAYDALAR

“Buta Airways” Moskvaya uçuşları bərpa edir – QAYDALAR

2021-04-10
Fahrettin Altun Şuşanın qlobal turizm məkanına çevrilməsindən danışdı

Fahrettin Altun Şuşanın qlobal turizm məkanına çevrilməsindən danışdı

2021-04-10
Türk Şurası rəsmiləri sabah Ağdama gedəcək

Türk Şurası rəsmiləri sabah Ağdama gedəcək

2021-04-10
Karantin qaydalarını pozan 30 ictimai iaşə obyekti cərimələnib (SİYAHI)

Karantin qaydalarını pozan 30 ictimai iaşə obyekti cərimələnib (SİYAHI)

2021-04-10
Bakıda Türk Şurası rəsmilərinin toplantısı keçirilir

Bakıda Türk Şurası rəsmilərinin toplantısı keçirilir

2021-04-10
Koronavirusa yoluxan hamilələr nə etməlidir? – Həkimdən AÇIQLAMA

Koronavirusa yoluxan hamilələr nə etməlidir? – Həkimdən AÇIQLAMA

2021-04-10
Bakıda daş karxanasında gənc işçi faciəvi şəkildə öldü

Bakıda daş karxanasında gənc işçi faciəvi şəkildə öldü

2021-04-10
DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi

2021-04-10
İstanbul Avropanın birinci şəhəri olacaq – 2035 hədəfləri

İstanbul Avropanın birinci şəhəri olacaq – 2035 hədəfləri

2021-04-10

Seçmə

  • Bütün
  • SEÇMƏ
DYP sürücülərə müraciət etdi
SEÇMƏ

DYP sürücülərə müraciət etdi

2021-04-10
Daha bir məktəb koronavirusa görə bağlandı
SEÇMƏ

Məktəblər hansı şərtlərlə açıla bilər? (VİDEO)

2021-04-10
İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi
SEÇMƏ

İşdən çıxarılan daha bir direktor Ramiz Mehdiyevi məhkəməyə verdi

2021-04-09
İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”
SEÇMƏ

İqtisadçı alim: “Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır”

2021-04-06
Ən çox nöqsanlar bu qurumlarda qeydə alındı (SİYAHI)
SEÇMƏ

Ən çox nöqsanlar bu qurumlarda qeydə alındı (SİYAHI)

2021-04-05
Keçmiş Aparat rəhbərinin nədə ittiham olunduğu açıqlandı
SEÇMƏ

Keçmiş Aparat rəhbərinin nədə ittiham olunduğu açıqlandı

2021-04-03
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

“Qarabağ” darmadağınla qalib gəldi

“Qarabağ” darmadağınla qalib gəldi

2021-04-12
Ermənistanda rus generalın qızının meyiti tapıldı

Ermənistanda rus generalın qızının meyiti tapıldı

2021-04-12
  • Reportyor.İnfo

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Rəsmi
  • Sosial
  • Araşdırma
  • Kriminal
  • Təhsil
  • Əyalət
Nəticə yoxdur
Bütün nəticələrə bax

© 2020 Reportyor.info.