Bu saatlarda bir qrup məcburi köçkün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qarşısına toplaşıb. Reportyor.info xəbər verir ki, onlar komitə rəsmiləri ilə görüşmək, mənzil problemlərini onların diqqətinə çatdırmaq istəyirlər. Amma komitədən heç bir məsul şəxs onları qəbul etməyib.
Qurumun mətbuat xidmətindən deyilib ki, Nazirlər Kabinetinin pandemiya ilə əlaqədar qərarı əsasında vətəndaşların qəbulları dayandırılıb, yalnız onlayn müraciətlərə baxılır.