07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Köhnə nazirlər: Kimlər gedib, kimlər qalıb?.. (SİYAHI)

31 İyul 2020, 14:37
Siyasət
A A
Köhnə nazirlər: Kimlər gedib, kimlər qalıb?.. (SİYAHI)
2018-ci ildəki Prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyev hakim komandada gəncləşdirmə siyasətinə üstünlük verərək, adları uzun illər rüşvət və korrupsiya qalmaqallarında hallandırılan, necə deyərlər “kresloda kök salmış” bəzi məmurları “təmizləməyə” başladı. İctimaiyyətdə böyük rəğbətlə qarşılanan bu kadr dəyişiklikləri nəticəsində hökumətin tərkibində yeni simalar göründü. Bununla belə hələ də uzun illərdir nazir postunu tutanlar da az deyil…
Son kadr islahatlarında hakim komandadan uzaqlaşdırılan məmular və onların sələflərilə bağlı yazını təqdim edirik.

Dəyişikliklərdən ilki Baş Nazir Artur Rəsizadəyə sirayət etdi. 2003-cü ilin 4 noyabrından bu vəzifədə çalışan A.Rəsizadə ölkə başçısının 21 aprel 2018-ci il sərəncamı ilə vəzifəsindən azad edildi. Vəzifədən azad olunarkən, A.Rəsizadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.
Baş nazir postuna əvvəlcə Novruz Məmmədov, ardınca Əli Əsədov gətirildi.
Baş Nazirlə eyni gündə kürsüdən düşürülənlərdən biri də Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov oldu. H.Bağırov 23 may 2001-ci ildən 21 aprel 2018-ci ilədək Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsində çalışıb. Ölkə başçısının sərəncamı ilə 23 aprel 2018-ci ildə bu vəzifəyə Muxtar Babayev təyinat alıb.
Uzun müddət – 2002-ci ildən 2013-cü ilədək Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etmiş Səlim Müslümov 2013-cü ilin 22 oktyabrından 2018-ci ilin 21 aprelinədək Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. O da Prezidentin yeni komandasında yer ala bilmədi.
Bu şansı itirən S.Müslümovu Sahil Babayev əvəzləyib.
Yeni formalaşdırılan komandada yer almayanlardan biri də Kənd Təsərrüfati naziri Heydər Əsədov olub. 22 oktyabr 2013-cü ildə nazir postuna gətirilən H.Əsədov 2018-ci ilin 21 aprelində tutduğu vəzifədən azad edilib. Onun Kənd Təsərrüfatı naziri vəzifəsində sələfi Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri  İnam Kərimov olub.
28 aprel 1994-cü ildən Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik edən Ramil Usubov ölkə Prezidentinin sərəncamı ilə 20 iyun 2019-cu ildən vəzifəsindən azad olunub. Dövlət başçısının eyni gündə imzaladığı sərəncamla Vilayət Eyvazov Daxili İşlər naziri təyin edilib.
Rəhbər dəyişikliyi gec də olsa Xarici İşlər Xarici İşlər Nazirliyindən də yan keçmədi. 2 aprel 2004-cü il tarixindən ölkənin xarici siyasətinə cavabdeh olan Elmar Məmmədyarov Prezidentin 16 iyul 2020-ci il sərəncamı ilə bu yüksək dövlət postundan uzaqlaşdırılb.
Onu bu vəzifədə əvəzləyən C.Bayramov 2018-ci ildən sonuncu təyinatınadək Təhsil naziri kimi çalışıb. O isə bir çox nazirliyə rəhbərlik etmiş şəxs kimi yadda qalan Mikayıl Cabbarovun xələfi olub.
C.Bayramov Xarici İşlər naziri təyin olunan gün, Prezidentin digər sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri vəzifəsinin icrasına başlayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov nazir kimi maraqlı bioqrafiyaya malikdir. Belə ki, M.Cabbarov  2013-2017-ci illərdə Təhsil naziri, 2017-2019-cu illərdə Vergilər naziri, 2019-cu ildən indiyədək İqtisadiyyat naziri vəzifəsindədir. Onu da qeyd edək ki, 2019-cu ildə ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirilib. Beləliklə M.Cabbarov “super nazirlik”in naziri olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da adı müxtəlif qalmaqallarda hallandırılan rəsmilərdən idi. N.İbrahimov 11 noyabr 2008-ci ildən Komitəyə sədrlik edib. Ölkə başçısının sərəncamı ilə 23 aprel 2018-ci ildə vəzifəsindən kənarlaşdırılıb.
Onu həmin vəzifədə sabiq deputat Fuad Muradov əvəzləyib.
Aydın Əliyev 6 fevral 2006-cı ildən Dövlət Gömrük Komitəsinə rəhbərlik edib.  Prezidentin 23 aprel 2018-ci il sərəncamı ilə tutduğu postdan uzaqlaşdırılıb. Onun sələfi I müavini olan Səfər Mehdiyevdir.
20 illik hakimiyyət kürsüsündən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da Nazirlər Kabinetinin yeni tərkibində yer almayanlar sırasına qoşulub. Ə.Həsənov 18 noyabr 1998-ci ildən 21 oktyabr 2018-ci ilədək Komitəyə sədrlik edib.
Onun sələfi keçmiş deputat Rövşən Rzayev 21 aprel 2018-ci ildən bu postdadır.
Yeri gəlmişkən, Əli Həsənov “Dövlətqaçqınkom”un sədri postundan azad olunandan sonra bir müddət Baş nazirin müavini vəzifəsində çalışdı.
Bir müddət sonra həmin vəzifədən də təqaüdə göndərilib.
Əli Həsənovla yanaşı Baş nazirin müavini postunu tutan Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov da təqaüdə yola salınan eks-məmurlar sırasında yer alır.
Nazirlər Kabinetinin tərkibindən çıxdaşedilən sabiqləri yada salarkən sabiq Vergilər naziri Fazil Məmmədovu da unutmaq olmaz. Fazil Məmmədov 2000-ci il fevral ayının 11-də ölkə başçısının fərmanı ilə Azərbaycan Respublikasının vergilər Naziri təyin edilmiş, 5 dekabr 2017-ci il tarixində vergilər naziri vəzifəsindən azad olunmuşdu.
13 fevral 2012-ci ildən Dövlət Miqrasiya Xidmətinə rəislik edən Firudin Nəbiyev ölkə başçısının 23 aprel 2018-ci il sərəncamı ilə tutuduğu vəzifədən azad edilib. Dövlət başçısının sərəncamı ilə həmin gündən onu eks-deputat  Vüsal Hüseynov əvəzləyib.
Daha əvvəl uzun müddət (8 avqust 2002-ci il – 13 fevral 2017-ci il) Nəqliyyat naziri postunu tutan Ziya Məmmədov da vəzifəsindən azad olunmuşdu. Onun rəhbərlik etdiyi nazirlik isə ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilmişdi. 2017-ci ildə yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Ramin Quluzadə rəhbət təyin olunub.
Nazirlər Kabinetinin tərkibində yer alan və 18 mart 2006-cı il tarixindən Müdafiə sənayesi naziri işləyən Yavər Camalov 23 iyun 2018-ci ildə vəfat edib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 21 aprel 2018-ci ildən bu vəzifədədir. Hakim komandada yeni simadır.
Bununla belə hazırkı Nazilər Kabinetində 20 illik staja malik məmurlar da var.
Baş Nazirinin birinci müavini Yaqub Eyyubov 2003-dən indiyədək bu vəzifəni tutur.
Baş Nazirinin müavini Əli Əhmədov isə 2013-cü ildən indiyə kimi həmin postda çalışır.
Baş Nazirinin müavini Şahin Mustafayev də Mikayıl Cabbarov kimi maraqlı bioqrafiyaya malikdir. Belə ki, 2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək İqtisadi inkişaf naziri vəzifəsində çalışan Ş.Mustafayev 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək İqtisadiyyat və Sənaye naziri, 2016-cı ilin yanvarın 15-dən 2019-cu il oktyabrın 22-dək İqtisadiyyat naziri olub. 22 oktyabr 2019-ildən indiyədək Baş Nazirinin müavinidir.
Müdafiə sənayesi naziri Yavər Camalov 23 iyun 2018-ci ildə vəfat edəndən sonra bu vəzifə uzun müddət boş qalıb. Ölkə başçısının 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Mədət Quliyev Müdafiə Sənayesi naziri təyin edilib. Qeyd edək ki, Mədət Quliyev 2011-2015-ci illərdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi işləyib.
2015-ci ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini olub və nazir vəzifəsini icra edib. 2015-2019-cu illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsini tutub.
Onun DTX-dakı sələfi Əli Nağıyevdir. Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə 20 iyun 2019-cu ildə təyinat alıb.
Ədliyyə naziri Fikrət Məmmədov ən stajlı nazirdir. F.Məmmədov 20 ildir ki, bu postdadır. 19 aprel 2000-ci ildə bu vəzifəyə təyinat alıb.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda bu vəzifə təsis ediləndən – 2006-cı ildən indiyə kimi (14 ildir) həmin yüksək postu tutur.
Gənclər və İdman naziri Azad Rəhimov da 14 ildir nazir kürsüsündə əyləşənlərdəndir. O da bu vəzifəyə 2006-cı ildən təyin olunub.
Maliyyə naziri Samir Şərifov da bu vəzifəyə 2006-cı ildə təyin olunanlardandır. Maliyyə naziri də 14 ildir ki, bu postdadır.
Müdafiə naziri Zakir Həsənov 2013-cu ildən indiyədək (7 ildir) ölkənin Silahlı Qüvvələrinə rəhbərlik edir.
Səhiyyə naziri Oqtay Şirəliyev 2005-ci ildən indiyədək (15 ildir) yüksək postdadır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2014-cü ildən bu sahəyə rəhbərlik edir;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 2020-ci ilin yanvarından etibarən bu vəzifədədir. Onun xələfi 1 noyabr 2019-cu ildən Prezident Adminstrasiyasına rəhbərlik edən Samir Nuriyev olub.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 25 dekabr 2017-ci ildə vəzifəyə təyinat alıb.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 13 aprel 2015-ci ildən yüksək postdadır.
Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar  Muradova 12 mart 2020-ci ildə vəzifəyə təyin olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 18 ildir sərhədlərimizin keşiyindədir. E.Quliyev 2002-ci ildən vəzifədədir.
Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 14 dekabr 2015-ci ildən etibarən yüksək vəzifədədir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 13 fevral 2012-ci ildən bu postdadır.
Energetika naziri Pərviz Şahbazov 12 oktyabr 2017-ci ildə diplomatiya sahəsindən bu vəzifəyə gətirilib.
Qeyd edək ki, Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 21 may 2020-ci il sərəncamı ilə vəzifəsindən azad edilib. Hələlik Mədəniyyət nazirinin səlahiyyətlərinin icrası I müavin Anar Qabil oğlu Kərimova həvalə edilib. Əbülfəs Qarayev 1994-cü ildən 2020-ci ilin mayınadək 16 müddətində nazir postunda olub.
Təhsil naziri Emin Əmrullayev isə bu vəzifəyə ən sonuncu təyinat alan (27 iyul 2020-ci il) mərkəzi icra hakimiyyəti orqanının rəhbəridir.
Mənbə: Modern.az
Əvvəlki yazı

Ordumuzun mayoru koronavirusdan ölüb

Sonrakı yazı

Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi məlum olub

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.