07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Köhnə sistem, təzə köməkçi – Əli Həsənovun kadrları medianı necə buxovlayır?

07 Aprel 2021, 16:10
Manşet
A A
Köhnə sistem, təzə köməkçi – Əli Həsənovun kadrları medianı necə buxovlayır?

Erməni işğalından azad edilmiş rayonlara media mənsublarının səfəri davam edir. Reportyor.info xəbər verir ki, bu dəfə bir qrup jurnalist Zəngilan rayonuna aparılıb.
Bundan əvvəlki səfər Ağdam şəhərinə olmuşdu. Lakin səfərin təşkili ciddi narazılıq doğurmuşdu. Media nümayəndələrinin əhəmiyyətli hissəsinin səfərdən kənarda qalması, Ağdama aparılan qrupun tərkibi hər kəsin təəccübünə səbəb olmuşdu. Xüsusilə, 44 günlük İkinci Qarabağ Savaşı zamanı Ermənistanla infromasiya savaşında faəllıq göstərən media quruluşlarının rəhbərləri, ayrı-ayrı jurnalistlər Ağdama aparılmamasından narazılıq edirdilər. Hələ bu səfər zamanı belə iddialar səsləndirilirdi ki, işğaldan azad edilmiş rayonlara səfərlər Prezident Admnistrasiyasının tərtib etdiyi siyahı əsasında təşkil edilir. Adı siyahıda olmayan hər hansı jurnalist, siyasi və ya ictimai fəal həmin səfərdə yer ala bilməz.
Bu dəfəki səfər də media camesində narazılıq doğurub. Yenə də səfərə əsasən ictimai rəyə təsir imkanları zəif olan,  yaxud ümumiyyətlə olmayan media mənsubları aparılıb. Doğrudur, Zəngilana səfər edən tərkibə bir neçə tanınmış jurnalist də var. Amma səfərdən kənarda qalan media mənsubları deyir ki, həmin şəxslər imitasiya üçün tərkibə əlavə edilib.
İddialara görə, işğaldan azad edilmiş rayonlara səfərə aparılan jurnalistlərin siyahısını Prezident Admnistrasiyasının sektor müdiri Vüqar Əliyev tərtib edir.
Vüqar Əliyev Prezidentin keçmiş köməkçisi, Prezident Admnistrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin sabiq müdiri Əli Həsənovun kadrı kimi tanınır. O uzun illər keçmiş şöbə müdirinin yanında çalışıb. Əli Həsənovun karyerasının son dövrlərində isə Vüqar Əliyev onun müavini olub.


Əli Həsənovla bağlı məsələ aydındır. Uzun illər ictimai-siyasi sahəni kurasiya edən keçmiş köməkçinin medianı hansı vəziyyətə saldığı bəllidir. Əli Həsənovun dövründə media mənsubları iki qrupa bölünmüşdü: Əli Həsənovun patronajlığını qəbul edən jurnalistləri və ona asi çıxanlar. Asilər keçmiş köməkçinin direktivləri əsasında işləməyi qəbul etməyən media mənsubları idi. Əli Həsənov bütün qapıları onların üzünə qapatmışdı. Yalnız özünün nəzarətində olan jurnalistlər ən müxtəlif üsullarla önə çəkilirdi ki, bu da mediaya təsadüfi, konyuktur maraqları peşə etikasından üstün tutan, insanları ləkələməyi, şərləməyi jurnalistikanın başlıca prinsipi hesab edən adamların doluşması ilə nəticələnmişdi.
Əli Həsənovun media üzərindəki “hakimiyyəti” illərində keçmiş köməkçinin mətbuatla bağlı qara işlərini əsasən Vüqar Əliyev görürdü. Elə bu səbəbdəndir ki, Əli Həsənov işdən çıxarılarkən Vüqar Əliyevin də Prezident Admnistrasiyasından kənarlaşdırılması gündəmə gəlmişdi. Amma hansısa sehrli əl Əli Həsənovun kadrını xilas elədi.
Əli Həsənovdan sonra media sahəsində vəziyyətin düzələcəyinə ümidlər artmışdı. Düşünülürdü ki, mətbuat keçmiş köməkçinin dəstəyi ilə “tanınmış baş redaktor”, “tanınmış jurnalist” olanlar media cameəsindən uzaqlaşdırılacaq. Mətbuat nəhayət, hansısa məmurun qaydaları, şəxsi istəyi ilə deyil, jurnalistika prinsipləri əsasında fəaliyyət göstərəcək. Bu gün vəzifədə olan məmura yaltaqlanıb, sabah o işdən çıxarılanda alovlu tənqidçiyə çevrilən “jurnalistlər” üçün meydan daralacaq. Yeri gəlmişkən, Əli Həsənov işdən çıxarılanda onu ən çox tənqid edənlər vaxtilə keçmiş köməkçinin hər sözünə “ləbbeyk” deyənlər idi.

Təəssüf ki, Əli Həsənov işdən çıxarılsa da, onun sistemi hələ fəaliyyətdədir. Müşahidələr göstərir ki, media ilə bağlı heç nə dəyişməyib. Yenə də eyni adamlar ortalıqdadır. Sadəcə bu dəfə bəh-bəhlə şəkil çəkdirdikləri şəxs Prezidentin keçmiş köməkçisi Əli Həsənov yox, Prezidentin indiki köməkçisi Hikmət Hacıyevdir. Bu Vüqar Əliyevin timsalında Əli Həsənovun kadrlarının hələ də iş başında olması ilə əlaqəli ola bilərmi? Bu sualın cavabı açıq qalır.

REPORTYOR.info

Arifə

Əvvəlki yazı

Tovuzda toy mərasiminin qarşısı alınıb

Sonrakı yazı

Siyavuş Novruzovdan Ramiz Mehdiyevə dəstək

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.