Bakının Xətai rayonu, Duzlugöl sanatoriyasının ərazisində məskunlaşan məcburi köçkünlər Məmmədov İxtiyar Mustafa oğlu və Cəfərova Gülqədəm Osman qızı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət ediblər.
Reportyor.info-nun məlumatına görə, 11 nəfərlik ailə üzvü ilə sanatoriyaya yerləşən köçkünlərin sözlərinə görə, 1993-cü ildən bu ərazidə yaşayırlar: “Hörmətli Səfər müəllim. Biz ahıl yaşında yurd-yuvasından didərgin düşən məcburi köçkün həyatı yaşayanlarıq. Bakıda məskunlaşandan daim dövlətimizin qayğısıyla əhatə olunmuşuq. Mən və həyat yoldaşım Sizin qəbulunuza düşmək üçün müraciət etmişdik və çağırıb bizi dinləmişdilər.
Bildirmişdilər ki, sədrin qəbuluna dəvət edəcəklər. Amma bu günə kimi heç bir xəbər yoxdur. Sizdən xahiş edirik ki, bizi şəxsən özünüz ya Bakıda ya hansısa bölgədə vətəndaşlarla görüşərkın qəbul edin. Şəxsən sizin iradənizlə həlli mümkün olan problemimiz var”. Tel: (055) 480-75-27 (050) 788-99-45