Rusiya prezidenti Vladimir Putin və Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən telefonla danışıblar.
Reportyor.info xəbər verir ki, bu məlumatı “Sputnik Armeniya”ya Moskvadakı bir mənbə bildirib.
Söhbət bir neçə gün əvvəl, may ayında, Robert Köçəryan Rusiyada işgüzar səfərdə olarkən baş tutub.
Robert Köçəryanın ofisindən bu mövzuda məlumat istənib. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan təsdiqləyib ki, doğrudan da, telefon danışığı olub, həmsöhbətlər bir sıra məsələləri, xüsusən də bölgədəki vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini müzakirə ediblər.
Bu, Rusiya prezidenti ilə Ermənistanın ikinci prezidenti arasında bu il üçüncü telefon danışığıdır. Əvvəlki aprel ayında baş verib.