06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası: “Cavidi öz dostu öldürüb” (FOTOLAR)

14 Oktyabr 2019, 20:48
Seçmə
A A
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası: “Cavidi öz dostu öldürüb” (FOTOLAR)
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbə Cavid Hacıyevin qatili hələ də tutulmayıb.
Cavid Hacıyevin anası, Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyeva Modern.az saytına açıqlamasında qatil olduğu iddia edilən Əli Abdullayev adlı azərbaycanlı gənc barədə bəzi məlumatlar verib.
Minə xanımın sözlərinə görə, Cavidlə Əli tələbə vaxtlarından dost olublar:
“Cavidlə Əli  İqtisad Universitetinə daxil olanda tanış olublar. Eyni qrupda oxuyublar. Ancaq Əli müntəzəm olaraq dərsə gəlmədiyinə görə onu univetsitetdən xaric ediblər. Təəssüf ki, o, universitetdən qovulsa  da Cavidlə onun arasında dostluq əlaqəsi qaldı. Cavid isə çox nümunəvi tələbə idi. Universitetin 2-ci kursundan başlayaraq SABAH qruplarında  ingilis dilində təhsil alıb. İndi oturub fikirləşirəm ki,  Cavid  bu yaşda nə boyda hörmətə sahib olub! Halbuki, 22 yaşında həm yaradıcılıqla,  həm də elmlə məşğul olmaq hər adama nəsib olmur”.
Minə xanım deyir ki, Əli dəfələrlə onların evində olub, həmişə fərqliliyi ilə seçilib:
“Əli bir neçə dəfə bizim evdə də olub. Süfrəmizdə oturub. Cavidlə bir yerdə çörək kəsib. Ancaq onun şəkillərinə baxanda hiss olunur ki, sanki içində hər şey daşa dönüb. Bizim ailə şən ailə olub. Bayramlarda musiqi səslənib, şeir deyilib. Ancaq Əli bütün şəkillərdə şən əhval-ruhiyyəli insanların arasında gərgin oturub. Həmişə də şəkil çəkdirəndə əcaib barmaq işarəsi göstərirdi. (Bəzi iddialara görə, Əlinin göstərdiyi barmaq işarəsi satanistlərə məxsusdur-red.) Bütün bunlara baxmayaraq, Əlinin Cavidi öldürməsinin səbəbləri tam olaraq bilinmir. Ola bilsin ki, bu qətldə qısqanclıq  elementləri də olsun”.
Anasının sözlərinə görə, Cavidin qatili mütləq tapılmalıdır:
“O mənim oğlumu xüsusi amansızlıqla qətlə yetirib. Oğlumun qanı yerdə qalmamalıdır. Güman ki,       Cavidin  telefonunda yazışmalar olub. Ancaq Əli onun telefonlarını, sənədlərini oğurlayıb. Cavidin 2  telefonu vardı. Ukrayna polisinin verdiyi məlumata görə, telefonun biri oktyabrın 3-də,  digəri isə  6-da söndürülüb. Ukrayna polisi deyir ki, qatil tutulandan sonra Cavidi nə üçün öldürüldüyünün səbələri bəlli olacaq. Qatil ona görə tutulmayıb ki, onun qaçması üçün hər cür şərait yaradılıb. Ayın 7-si axşamı sərhədi keçib və qaçıb. Ola bilsin ki, imkanlı qohumlarının bu işdə əli olub. Cavidin anası olaraq qatilin tezliklə tapılmasını və tutulmasını istəyirəm”.
Cavidin anası qeyd edib ki, Əli Abdullayev imkanlı ailədəndir – “Altes Qrup” şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.
23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev ötən həftə Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Məlumata görə, Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılan C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb.
Cavid Hacıyev Bakıdakı İqtisad Universitetində magistr təhsili alırdı. O, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevin nəvəsidir.
Solda qətlə yetirilən Cavid Hacıyev, sağda axtarışda olan Əli Abdullayev.
Solda Cavid Hacıyev və  sağda Əli Abdullayev.



Əvvəlki yazı

Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Sonrakı yazı

İlham Əliyev Macarıstanın Baş Naziri ilə görüşüb

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.