13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

KİVDF 33 qəzetə 1.234.000 manat pul ayırdı – SİYAHI

29 İyun 2018, 21:43
Cəmiyyət
A A
KİVDF 33 qəzetə 1.234.000 manat pul ayırdı – SİYAHI

İyunun 29-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Modern.az-ın məlumatına görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

Fondun icraçı direktoru Vüqar Səfərli müzakirəyə çıxarılan məsələlər barədə danışarkən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiyini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini xatırladan icraçı direktor müsabiqədə yeni iştirak edən qəzetlərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədlər ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Azərbaycan Mətbuat Şurasının “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihəsinin məqsədi mediamızın inkişafında xidmətləri olmuş veteran jurnalistlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsidir. İcraçı direktor qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 12.000 manat vəsaitin ayrılması təklif olunur.

Müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov – sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Bəhruz Quliyev, Rasim Həsənov və Ayaz Mirzəyev layihənin veteran jurnalistlərin sosial qayğılarının həlli baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Şura üzvləri layihənin maliyyələşdirilməsi üçün 12.000 manat məbləğində vəsaitin ayrılması təklifini yekdilliklə qəbul ediblər.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

2018-ci ilin II yarısı üzrə layihələrinin maliyyələşdirilməsi təklif olunan qəzetlər və nəzərdə tutulan maliyyə vəsaiti

№ Qəzetlər Təklif olunan məbləğ
1. “Kaspi” qəzeti 60 000
2. “Yeni Azərbaycan” qəzeti 60 000
3. “Səs” qəzeti 60 000
4. “Mövqe” qəzeti 60 000
5. “Ədalət” qəzeti 60 000
6. “525-ci qəzet” 60 000
7. “Bakı-Xəbər” qəzeti 60 000
8. “Yeni Müsavat” qəzeti 60 000
9. “Kaspiy” qəzeti 60 000
10. “Ekspress” qəzeti 60 000
11. “Palitra” qəzeti 60 000
12. “Paralel” qəzeti 40 000
13. “Həftə içi” qəzeti 40 000
14. “Azad Azərbaycan” qəzeti 40 000
15. “Şərq” qəzeti 40 000
16. “Xalq Cəbhəsi” qəzeti 40 000
17. “Futbol+Qol” qəzeti 40 000
18. “Bizim Yol” qəzeti 40 000
19. “Olaylar” qəzeti 40 000
20. “Novoye Vremya” qəzeti 30 000
21. “Futbol+” qəzeti 30 000
22. “Üç Nöqtə” qəzeti 30 000
23. “Azernews” qəzeti 30 000
24. “Unikal” qəzeti 20 000
25. “Olimpiya Dünyası”qəzeti 20 000
26. “Oxu məni” qəzeti 20 000
27. “Hürriyyət” qəzeti 20 000
28. “Reytinq” qəzeti 9 000
29. “Təhsil Problemləri” qəzeti 9 000
30. “The Business Times” qəzeti 9 000
31. “Hərbi And” qəzeti 9 000
32. “Türküstan” qəzeti 9 000
33. “İqtisadiyyat” qəzeti 9 000
CƏMİ 33 Redaksiya 1.234.000
Əvvəlki yazı

“GÜNAYBANK”DAKI 100 MİLYONLUQ TALANLA BAĞLI ŞOK İDDİALAR – “Mahmud Məmmədov zərərçəkmişləri şantaj edir, İbrahim Alışov isə…”

Sonrakı yazı

”Millət vəkillərindən Azəravtoyol-a sərt sözlər”… gedib Naxçıvandan yol çəkməyi öyrənsinlər

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.