Xəbərdə İrina Şeyk üçün “Cəsarətli pozaları ilə nə qədər peşəkar bir model olduğunu bir daha ortaya qoydu” ifadələri işlədilib. Bundan əlavə, Şeykin Vogue-a verdiyi əvvəlki müsahibəsindən diqqəti çəkən sitatlardan istifadə edilib: “Məktəbdə məşhur deyildim. 18 yaşım olanda ilk sevgilim oldu. Əslində kişilər məni sevmirdi. Çox arıq olduğum üçün sümüklərim sayılıb, qara dərili olduğum üçün oğlanlar və qızlar məni ələ salırdılar. Qəribədir ki, heç vaxt model olacağımı bilmirdim, bu barədə düşünmürdüm. Məsələn, dodaqlarım böyük olduğuna görə məni ələ salırdılar. Uşaq vaxtı mən də çox utancaq idim”.