06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Kim xalqı çapıb-talamaq üçün yalandan bu vəzifəyə gəlibsə” – Xalq artistindən sərt ittihamlar

07 Aprel 2021, 14:12
Cəmiyyət
A A
Xalq artisti koronavirusa yoluxdu

 

Hazırda Azərbaycanın dərman bazarında qiymət hərc-mərcliyidir. Tarif Şurasının qiymətləri tənzimlənən dərman siyahısından əlavə elə preparatlar var ki, onların dəyərini bazar, yaxud da “dərman dəllalları” özləri müəyyən edirlər. Bu da süni bahalaşmaya səbəb olur.

Reportyor.info xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov apteklərdəki süni qiymət artımını sərt tənqid edib.

Onun sözlərinə görə, pandemiya müddətində bir çox dərmanlarda süni bahalaşma olub. Hətta Tarif Şurasının müəyyən etdiyi dərman preparatlarında da qiymət fərqi var:

“Azərbaycanda aptek sistemi dəhşətdir. Mən xəstəliyimlə əlaqədar beş-altı aydır ki, tez-tez apteklərə yollanıram. Sanki apteklər Azərbaycan xalqına qənim kəsilib… İnanın, Allaha and olsun, apteklərimiz ermənilərdən daha təhlükəlidir. Belə şey olmaz axı. Bir tərəfdən Tarif Şurası yaradıblar, digər tərəfdən də qiymətlər süni şəkildə qalxır. Qiyməti mən qaldırıram, ya xalq?! İstənilən aptekə girəndə nələr baş verdiyini görmək olur. Xalqın maddi durumu onsuz da pisdir, bir tərəfdən də belə etmək olmaz. Mən boyda adam borca dava-dərman alıram. Borc almağa adam tapıram ki, gedib yazılan dərmanları alım, sistem qoydurum. Bu nə olan şeydir?! Bəsdir, yığışdırın özünüzü, ayıbdır. Bu xalqı bədbəxt etməyin, nə istəyirsiniz bu camaatdan? Prezident səhərdən axşamacan dağda-dərədə qalıb, risk edir, ailəsini də götürüb gedir ki, qoy düşmən görüb kor olsun. Bu boyda zəhmət çəkib iş görür, bunlar isə Prezidentin adı ilə vəzifədə oturublar, özləri üçün kef edir, çapıb-talayırlar. Qohum-əqrəbalarını da yığıblar başlarına. Ay başına dönüm, bir idarədə nə qədər qohum birlikdə işləyə bilər axı? Bu hal niyə yoxlanılmır?”

Rejissor qeyd edib ki, dərmanlar üçün vahid qiymət müəyyən edilsə də, buna zidd olaraq eyni dərmanın qiyməti müxtəlif apteklərdə müxtəlif cürdür. O, apteklərin qiymət artımını özbaşına etmədiyini, onların arxasında dayananların olduğunu bildirib:

“Mənim 77 yaşım var, ağır xəstəliklə əlbəyaxayam, bilmirəm axırım necə olacaq, bu gün varam, sabah yox. Amma mən məhz  7-8 ay xəstəliyim dövründə bilavasitə yaşadığım faciələri dilimə gətirirəm. Qiymətləri nə mən, nə də vətəndaşlar qaldırır. Apteklərin arxasında dayananlar var. Onlar özbaşına bu boyda oyun çıxara bilməzlər. Olmaz ki, xalqla açıq, səmimi danışaq? Olmaz ki, deyək məsələ nədir, nə yerdədir?! Cənab Prezident hər çıxışında qeyd edir ki, biz xalqa xidmət edirik. Kim xalqı çapıb-talamaq üçün yalandan bu vəzifəyə gəlibsə, hamısı bir-bir tapılıb cəzasını almalıdır. Bizlər də bu işdə ölkə başçısına kömək olmalıyıq. Kadr dəyişikliyinə necə başlanıbsa, eləcə də davam etməlidir. Bizə dil bilən, Avropadan xəbəri olan, milli ruhlu, savadlı cavan kadrlar lazımdır. Kənddən-kəsəkdən gəlib, başına qohum əqrəbasını yığıb, 20 ildir yeyib-dağıdan məmurlar bizə lazım deyil!”

Əvvəlki yazı

Ermənilər “İskəndər“i Rusiyadan oğurlayıb? – Absurd iddia

Sonrakı yazı

“İlqar Məmmədovun ya başı xarab olub, ya da həbsxanada psixologiyasını pozublar” – ReAl sədrinə CAVAB

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.