Kim Kardaşyanın keçmiş əri, amerikalı repçi Kanye Uest kənd evini fantastik qiymətə satışa çıxarıb.
Reportyor.info xarici mətbuata istinadən xəbər verir ki, o, Vayominq ştatında yerləşən evini 11 milyon dollara satmağa qərar verib.
Sənətçi evi 2019-cu ildə 8 milyon dollar alıb.
Dəbdəbəli həyətin ərazisi min hektardan artıqdır.
Həyətə yaşayış evi, mal-qara tövləsi, 1500 quş üçün qəfəs, anbar, restoran, konfrans zalları və iki göl daxildir.
