• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Bazar ertəsi, 1 Mart 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

KİBERMƏKANDA YENİ QADAĞA PLANI:iranlı siyasətçilər həm sosial şəbəkəyə qadağa qoyur, həm də onu adlama üsulları tapırlar

2019-01-14
in Manşet
0
KİBERMƏKANDA YENİ QADAĞA PLANI:iranlı siyasətçilər həm sosial şəbəkəyə qadağa qoyur, həm də onu adlama üsulları tapırlar
0
Paylaşılıb
5
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

İsfəndiyar Batmangəlic

Bənzər Yazılar

İsrail gəmisində partlayış: Netanyahu İranı suçladı

Təhsil Nazirliyin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə

Ağdamın Güllücə kəndindən görüntülər (VİDEO)

“Bloomberg”, 10.01.2019

 

İranın Milli Kibertəhlükəsizlik Şurası ölkədə sərbəst şəkildə istifadə edilən son sosial media platformasını – “Instagram”-ı qapatmaq niyyətindədir. Bu, İranın “Instagram” istifadəçilərini çətin ki, narahat etsin, çünki onlar bu platformadan virtual fərdi şəbəkələr və ya VPN-lər vasitəsilə yararlanırlar. Asan yayınma üsulu iranlıların hökumət filtrlərindən qaçma və “Twitter”, “Facebook” və “YouTube” kimi qadağan edilmiş platformalara çıxma, “WhatsApp” və “Telegram” kimi mesajlaşma proqramlarından istifadəsinə imkan verir.

İranın mühafizəkar məhkəmə sisteminin dəstəklədiyi qadağa qüvvəyə mindikdə, prezident Həsən Ruhaninin nə edəcəyini görmək maraqlı olacaq: onun 2,2 milyondan çox “Instagram” təqibçisi var.

Nazirlər, millət vəkilləri də daxil olmaqla, bir çox yüksək vəzifəli şəxs, “Twitter” və “Telegram”-a qadağaya açıq şəkildə əhəmiyyət vermir. İranın dini lideri Ayətullah Əli Xamnəi ingilisdilli “Twitter”-də 500 mindən çox və farsdilli “Instagram”-da 2,3 milyona izləyiciyə sahibdir. “Burson Cohn & Wolfe” kommunikasiya şirkəti, “Instagram”-daki ən effektiv dünya lideri arasında Donald Trampdan sonra Xamnei və Ruhaninin gəldiyini açıqlayıb.

İslam Respublikasının ən yüksək vəzifəli şəxslərinin istifadəsinə baxmayaraq, “Instagram”-a qadağa qoyma planı göstərir ki, İran rəhbərliyi hələ də sosial media haqqında necə rəy verməli olduğuna qərar verməyib; dünyanın bir çox ölkəsi kimi hüdudsuz girişlə, Çin kimi, məhdud daxilolma arasında orta yol tapmağa çalışır.

Siyasi media və mesajlaşma platformaları ilə bağlı olan İranın “milli interneti” nüvafiq rəsmi plan hazırlamağı nəzərdə tutur. O, hökumət tərəfindən nəzarət altına alınacaq. Çinin “Sina Weibo” və “WeChat” – beynəlxalq platformaları süzgəcdən keçirmə filtri kimi.

İran rəsmilərinin, Çinin etdiyi tək, icazəsiz VPN istifadəsinin qarşısını almaq qabiliyyətinə malik olması məlum deyil. İstifadəçiləri izləmək asan deyil. Bir çox VPN-lər pulsuzdur və kredit kartı ödənişlərinə ehtiyac qalmır.

Hər halda, Pekindan fərqli olaraq, Tehranda nəyə icazə verilməli və verməməli barədə fikir birliyi yoxdur. Ruhani və onun kommunikasiya naziri Məhəmməd Cavad Azəri Cahromi, sosial mediaya daha açıq çıxışı müdafiə edirlər. Xamnəi daha mühafizəkardır, amma Qərb platformalarından özünün istifadə etməsi bu şəbəkələrə ikili münasibəti göstərir.

Bu qeyri-müəyyənlik sosial media ekosisteminin inkişafına təkan verib. İranlı məşhurlar, idmançılar, xəbər təşkilatları – hətta nifrətamiz zəngin uşaqları – informasiya və əyləncənin aparıcı mənbəyi olan Qərb platformalarında böyük izləyici kütləsi toplayıblar. Bir çox İran müəssisələri sadə media və mesajlaşma proqramlarını rəqəmsal marketinq və e-ticarət üçün istifadə edir. Ölkənin aparıcı süd şirkəti olan “Kalleh”in, yaxud “Digikala”nın “Instagram” hesabları “Amazon”dan geri qalmır.

“Instagram”-ı məhdudlaşdırmaq çoxsaylı pərakəndə ticarət, reklamveren və s. üçün biznes modelinin əsas hissəsini texniki cəhətdən kriminallaşdıra bilər. Amma “Telegram”-la olduğu kimi, onlar bu qadağanı da, yəqin ki, adlayacaqlar.

Sadə iranlılar üçün VPN-lərlə birlikdə istifadə edilən bu proqramlar, bir növ, rəqəmsal məkanda ictimai söhbət və mübahisə meydanıdır. Bir çoxları, həmçinin ictimai mediada fəaliyyət göstərən siyasətçilər və vəzifəli şəxslərlə ünsiyyət quraraq, hökumətin uğursuzluqlarını göstərir və cavabdehlik tələb edirlər.

Sosial media kampaniyaları vəzifəlilərin idman stadionlarında qadınların iştirakına icazə verilməsi, müəllimlərin maaşını artırmaq və ekoloji problemlərə diqqət çəkməyə yardımçı olur.

Zaman-zaman sosial media kampaniyaların tanınmış ictimai xadimi yerdən-yerə də vurduğu hallar olur. Məsələn, dekabrın sonunda 1980-ci illərdə İran-İraq müharibəsi zamanı Məsləhət Şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri olmuş Möhsün Rzai minlərlə insanın həlak olduğu əməliyyatın (“Kərbəla-4” – tərc.) qəsdən həyata keçirildiyini yazıb. Guya İran tərəfi “hərbi yanıltma” üsuluna əl atıb.

Bir çox iranlılar bu tviti qəzəblə qarşılayıb: Rzainin tvitinə 4000 (çox qəzəbli) şərh və yalnız 2400 “layk” gəlib. Hətta İİKK-nin elit “Qüds” qüvvələrinin lideri Qasim Süleymani Rzainin iddiasını inkar etməyə məcbur olub.

“Tweet”-inin dərcindən 48 saat sonra Rzai üzr istəmək məcburiyyətində qalıb.

Politoloq Sadiq Zibakəlam Rabitə və Kommunikasiya Nazirliyinin təşkil etdiyi bir tədbirdə çıxış edərək bildirib ki, “Məclis, kəşfiyyat xidməti, prokurorluq və ya digər dövlət təşkilatları deyil, məhz kiberməkan Rzaini sözlərini geri götürməyə vadar edib”.

Hərbi komandanın “Twitter”-də geri çəkilməyə məcbur edilməsi İran hökumətinə təhlükə törətmir. 2009-cu ildə “yaşıl inqilab”da etirazçıların “Twitter”-dən istifadəsini unutmamış İran rəhbərliyindəki mühafizəkar qruplarda isə bu, narahatlıq doğurur.

Nazirliyin tədbirində  Zibakəlam sosial media gücünün “qorxulu” olduğunu etiraf edib. “Instagram”-ı qadağan etmə planı da həmin qorxunun məhsuludur.

Amma praktiki baxımdan qadağa rəmzidir, qorxuya qarşı boş bir hərəkətidir. Rusiyanın mesajlaşma proqramı ilə “Telegram”-ın İran təcrübəsi daha nümunəvidir. O, ötən il aprelin 30-dan etibarən qapadılıb. Çünki “cinayət əməlləri üçün təhlükəsiz sığınacaq” halına gəlmişdi (Başqa sözlə, valyuta tacirləri tərəfindən ABŞ dollarının vahiməli alışını gücləndirən söz-söhbətlər yaymaq üçün istifadə edilmiş, İran rialını ucuzlaşdırmışdı).

“Telegram”-a nəzarəti əldə etmək üçün hökumət yerli kanallara çıxışın iplərini əlinə almışdı. Amma “Telegram” müştəriləri qadağanı adlamaq üçün VPN-lərə üz tutdu.

Tehran Universitetində aparılan bir araşdırmaya görə, qadağanın qüvvəyə mindiyi tarixdə gündəlik istifadə 2,4 milyarddan 850 milyona enib. Ancaq iki həftə sonra bu rəqəm 1,6 milyarda qədər yüksəlib. Noyabr ayına qədər hətta mühafizəkar siyasətçilər “Telegram”-ın istifadəsinə qayıdıblar.

Odur ki, Ruhani birdən “Instagram”-dan yoxa çıxarsa, onun 2,2 milyon izləyicisi ümidsizliyə qapılmayacaq: prezident tezliklə şəbəkəyə dönəcək.

Tərcümə: Strateq.az

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Tərtərin icra başçısı Prezident sərəncamına arxa çevirdi: 27 min manatlıq qalmaqal-VİDEO

Sonrakı yazı

BÖYÜK XƏYANƏTLƏRİN XIRDA İŞARTILARI – “Vəzifədə olanların etnik kökənini araşdırsanız…”

Sonrakı yazı
BÖYÜK XƏYANƏTLƏRİN XIRDA İŞARTILARI – “Vəzifədə olanların etnik kökənini araşdırsanız…”

BÖYÜK XƏYANƏTLƏRİN XIRDA İŞARTILARI – “Vəzifədə olanların etnik kökənini araşdırsanız…”

Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

MTRŞ dövlət televiziyasının solisti haqda – “Psixi durumu, tərbiyəsi yerində olmayan…” (VİDEO)

MTRŞ dövlət televiziyasının solisti haqda – “Psixi durumu, tərbiyəsi yerində olmayan…” (VİDEO)

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

İsrail gəmisində partlayış: Netanyahu İranı suçladı

İsrail gəmisində partlayış: Netanyahu İranı suçladı

2021-03-01
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
Bələdiyyə sədrinə cinayət işi açıldı

Bələdiyyə sədrinə cinayət işi açıldı

2021-03-01
Təhsil Nazirliyin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə

Təhsil Nazirliyin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə

2021-03-01
Ağdamın Güllücə kəndindən görüntülər (VİDEO)

Ağdamın Güllücə kəndindən görüntülər (VİDEO)

2021-03-01
Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır, pozuntular aşkarlanıb

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır, pozuntular aşkarlanıb

2021-03-01
Martın ilk günü üçün məzənnələr

Martın ilk günü üçün məzənnələr

2021-03-01
Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verilib

Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verilib

2021-03-01
Müharibənin ilk günlərində İran Ermənistana silah ötürüb” – Açıqlama

Müharibənin ilk günlərində İran Ermənistana silah ötürüb” – Açıqlama

2021-03-01
İctimai nəqliyyatın fəaliyyəti bərpa olundu

İctimai nəqliyyatın fəaliyyəti bərpa olundu

2021-03-01
Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?

Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?

2021-03-01
“Mançester Yunayted” – “Çelsi” oyunu qolsuz başa çatıb

“Mançester Yunayted” – “Çelsi” oyunu qolsuz başa çatıb

2021-03-01
Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı

Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı

2021-03-01
Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək

Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək

2021-03-01
İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

2021-03-01
Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı

Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı

2021-03-01
İran AB və ABŞ-la nüvə sazişi üzrə birbaşa danışıqlardan imtina edib

İran AB və ABŞ-la nüvə sazişi üzrə birbaşa danışıqlardan imtina edib

2021-03-01
Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Şuşanın azad edildiyi gün çəkilən (FOTO)

Şuşanın azad edildiyi gün çəkilən (FOTO)

2021-02-28
“Meyvəli” bazarında yanğın başlayıb (VİDEO/YENİLƏNİB)

“Meyvəli” bazarında yanğın başlayıb (VİDEO/YENİLƏNİB)

2021-02-28

Seçmə

  • Bütün
  • SEÇMƏ
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş
Araşdırma

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı
SEÇMƏ

Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı

2021-03-01
Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?
SEÇMƏ

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj
Cəmiyyət

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

2021-02-28
Saxta ətirlər xərçəngə yol açır – Professor
SEÇMƏ

Saxta ətirlər xərçəngə yol açır – Professor

2021-02-28
Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq – Video
SEÇMƏ

Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq – Video

2021-02-28
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

İsrail gəmisində partlayış: Netanyahu İranı suçladı

İsrail gəmisində partlayış: Netanyahu İranı suçladı

2021-03-01
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.