Cümə günündən bəri sahilyanı Malindi şəhəri yaxınlığındakı Şakahola meşəsində aparılan qazıntılar zamanı təriqət ardıcılları olduğu bildirilən 73 nəfərin cəsədi tapılıb.
KİLSƏ RƏHBƏRİNİN SAXLANMASI
İstintaq, polisin Mombasa yaxınlığındakı Kilifi rayonundakı Beynəlxalq Annunciation kilsəsinə bir vətəndaşın xəbəri əsasında basqın etməsi ilə başladı. Əməliyyat zamanı cənnətə getmək üçün ölüm orucunda olan 15 nəfər müəyyən edilsə də, xəstəxanaya yerləşdirilən bu şəxslərdən 4-ü dünyasını dəyişib. Kilsənin lideri Makenzie Ntenqe aprelin 15-də Keniya polisinin təriqətlə bağlı təhqiqatını dərinləşdirən basqınından sonra saxlanılıb. Ntenqenin həbsdə olarkən heç nə yemək və içməkdən imtina etdiyi bildirilib. Axtarış əməliyyatlarının aparıldığı meşədəki 800 hektar ərazi ‘qətl səhnəsi’ elan edilərkən, Keniyadakı Qırmızı Xaç təşkilatı təriqətlə bağlı 112 itkin hadisənin olduğunu açıqladı.