14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə…”

10 Dekabr 2018, 20:53
Uncategorized
A A
Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə…”

2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyən Sabirabad rayon sakini, birinci dərəcəli dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov rayon TŞ-nin rəisi və Sabirabadın icra başçısı ilə aralarında yaşanan qalmaqalla bağlı yeni şok açıqlamalar verib.

AFN-ə danışan sabiq şöbə müdiri bildirib ki, onun prezident İlham Əliyevə ünvanladığı birinci müraciətdə yazılanların hamısı gerçəkdir və həmin müraciəti ona təzyiz edərək təkzib etdiriblər. Qeyd edək ki, 11.10.2017-ci il tarixində saytımızda dərc edilən “Keçmiş şöbə müdirindən icra başçısına MÜDHİŞ İTTİHAMLAR-RÜŞVƏT, KORRUPSİYA…” (https://afn.az/xeber/63404-kechmish-shobe-mudirinden-icra-bashchisina.html) sərlövhəli yazıda E.Bünyadov 2012-ci ildən o, rayon rəhbərliyinin tapşırığı ilə bir sıra vəzifəsi olmayan işlər gördüyünü bildirirdi. Sonradan redaksiyamızla əlaqə saxlayan sabiq şöbə müdiri belə bir müraciət yazmadığını iddia etmişdi. İndi isə bildirib ki, həmin təkzib məktubunu ona yarıtəzyiq, yarıvədlə yazdırıblar: “Başçı da, təzə şöbə müdiri də məni aldatdılar ki, sən yeni iş yeri ilə təmin olunacaqsan. Şöbə müdiri Pəhlivan Qarayev mənim rayondakı şahmat məktəbinə direktor kimi təqdimatımı göndərib, amma necə təqdim edibsə təsdiq olunmamışam. Sonralar bir neçə dəfə başçı Nazim İsmayılovun qəbulunda oldum, hər dəfə mənə söz verdi, amma əməl etmədi. İndi isə hətta mənim nömrəmi bloka atıb, zəng edirəm düşə bilmirəm ki, məni qəbul etsin, bir işlə təmin olunmama kömək etsin”.
P.Qarayevin hər ay N.İsmayılova rüşvət verdiyini iddia edən E.Bünyadovun sözlərinə görə, bunun üçün də başçı şöbə müdirinə qəti göstəriş verib addım atdıra bilmir: “Sabirabadda yeganə məmuram ki, vəzifədə olanda mənim oğlum Milli Orduda zabit olub. Başçı, sənin oğlun hardadır? Pəhlivan Qarayev, sənin oğlun hardadır? Mən PA-nın Ümumi şöbəsinin müdirinə zəng etdim vəzifədən çıxarılanda, dedi sən nə danışırsan, sənin oğlun Milli Ordunun zabitidir, səni işdən çıxarmaq olar?
Mən artıq hər bir şeyə hazıram. Pəhlivan Qarayev Qarağac məktəbinə direktor qoymaq üçün Çingiz müəllimdən 13 min manat pul alıb, amma qoya bilmir, qalıb naçar. Vaxtilə şöbədə mənim sürücüm olan Eldardan 5 min alıb şöbədə işə götürüb. Mənim yerimə gəlmək üçün başçıya 100 min pul söz verib, 50 minini nağd verib, 50 minini də sonra verəcəm deyib. O vaxt mən başçının mənə pulla iş gördürdüyü haqda prezidentə müraciət ünvanlayanda başçının köməkçisi olan qohumum Mirzağa və Pəhlivan Qarayev gəldilər, həm mənə təsir etdilər, həm də vəd verdilər təkzib yazdırdılar. Vədlərinə əməl etmədilər, amma təsirlərindən də qorxmuram artıq. Bu gün dediyim sözün arxasında durmasam biqeyrətəm. Su meymunun boğazına çıxanda balasını ayağının altında qoyur, daha mən də bezmişəm. Sabirabadda kimin pulu var vəzifədədir, kimin yoxdusa xəstəxanada xəstəsinə dərman ala bilmir”.
Sabirabad İH-in +994-21-235-83-84 nömrəsinə zəng edib əlaqə saxlamaq istəsək də, telefona cavab verilmədi. TŞ müdiri Pəhlivan Qarayev isə haqqında səsləndirilən ittihamlara cavab olaraq bildirdi ki, deyilənlər hamısı böhtandır: “Çingiz müəllimin yaşı 60-dan keçib deyə o, ümumiyyətlə müvafiq imtahana buraxılmayıb. Ayın 20-də yenidən müsahibə olacaq və kim keçəcəksə o da əmrini alıb başlayacaq işləməyə. Eldar Poladov isə indi hərbi müəllimidir, əvvəllər Elman Bünyadovun sürücüsü işləyib. Mənim Elman müəllimlə heç bir problemim yoxdur. Bu dəqiqə gedim yanına ordan sizinlə danışım deyəcək ki, bu sözlərin heç birini deməmişəm. Mən bir insan kimi həmişə ona dəstək olmuşam. Onu bu vəziyyətə gətirən özüdür, o adam özü öz işlərinə bais olub”.

HƏBİBƏ

Əvvəlki yazı

Elmin İnkişafı Fondu “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu”mövzusunda konfrans keçirir

Sonrakı yazı

ARMATUR QALMAQALININ PƏRDƏARXASI – “”Bakı Steel Company” qiymətləri diktə etməyə çalışır”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.