Ukraynanın keçmiş daxili işlər naziri Yuri Kravçenko intihar edib.
Bunu “Gordon.ua” portalına açıqlamasında Ukraynanın Baş prokuroru Yuri Luçenko deyib.
O, eks-nazirin intihar səbəbləri haqda danışmayıb.
Qeyd edək ki, Kravçenko 4 mart 2005-ci ildə Kiyevdəki iqamətgahında ölü tapılıb. Kravçenkonun cəsədində iki yara izi aşkar edilib. Çoxları Kravçenkonun ölümünü siyasi qətl saysalar da, indiyə qədər bunu sübuta yetirmək mümkün omayıb.