07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Karantini ləğv edin! – Operativ Qərargaha müraciət

26 Avqust 2020, 10:19
Cəmiyyət
A A
Karantini ləğv edin! – Operativ Qərargaha müraciət

Azərbaycan Həkimləri İctimai Birliyi CoVİD-19 panemiyası ilə mübarizədə bəzi qadağaların ləğvi ilə bağlı Operativ Qərargaha çağırış edib.

Reportyor.info xəbər verir ki,  bununla bağlı təşkilatın açıqlamasında bildirilir ki, respublikada CoVİD-19 pandemiyası ilə bağlı sərt karantin rejimi elan olduğu gündən görülən izolyasiya tədbirləri, zamanında modul tipli xəstəxanaların açılması və istifadəyə verilməsi virusun ölkəmizdə yayılmasının qarşısını ala bildi.

“Lakin hesab edirik ki, 5 aylıq karantindən insanlar yorulublar və hazırda ciddi yumşalmaya ehtiyac var. İqtisadiyyatımızın itkiləri, «evdə qal» karantinin insanların psixi-emosional durumuna vurduğu zərbə və nəticədə əhalinin immun sisteminin xeyli zəifləməsini nəzərə alsaq, situasiya bu şəkildə davam edərsə, ikinci dalğa baş verdikdə itkilərimiz daha böyük ola bilər. Bu məqsədlə, aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik.

1. Testlərin qiymətləri xeyli aşağı salınmalı (10-15 manat civarında), onların əlçatanlığı təmin edilməli və hər bir vətəndaşın özünü yoxlatmaq imkanı olmalıdır. Bu testi icra edən mərkəzlərin sayının artırılmasının təmin edilməsi məqsədəuyğundur. Bu, həm xəstələrin vaxtında aşkar olunmasına imkan verməklə bərabər, populyasiyada xəstələrin dəqiq sayını, kollektiv immunitetin yaranma faizini müəyyən etməyə və əks-epidemik tədbirlərə dəstək olmağa kömək edər.

2. Bakıdakı sıxlığı azaltmaq, insanların istirahət hüququnu qorumaq məqsədilə hərarət ölçülərək, rayonlara (regionlara) gediş-gəlişə icazə verilməsi məqsədəuyğundur. Qonşu Gürcüstanda, Türkiyədə istirahət mərkəzləri işlədiyi halda, bizdə bu sahədə qadağaların davam etməsinin məntiqi əsası yoxdur.

3. İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Məsələn, bu məqsədlə iş saatlarının başlama və bitmə vaxtlarının dəyişdirilməsi zəruri hesab edilə bilər. Eyni zamanda, metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı olaraq dünya praktikası öyrənilməlidir.

4. Toyların bu şəkildə qadağan olunması bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi dəyişikliklər yaradacaq. Hava şəraitinin imkan verdiyi müddətdə açıq hava məkanlarında müəyyən edilmiş normativlər çərçivəsində toyların təşkili üzrə normativlər dəqiqləşdirilməlidir. Sonrakı mərhələdə yaxın qohumların iştirakı (50-100 nəfər) və karantin qaydalarına ciddi əməl etməklə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Yaxın qohumlar onsuz da daimi təmasdadırlar. Toyların, ad günlərinin və digər kütləvi tədbirlərin müəyyən edilmiş formatda və konkret təlimatlarla keçirilməsinə icazə verilsin. Toyların birillik ləngiməsi belə gələcəkdə demoqrafik problemlərə yol aça bilər. Bu məqsədlə toyların keçirilməsi üçün qapalı məkanlar üçün normativlər müəyyən edilməlidir. Məs., qapalı məkanın tutumu 300 nəfərlikdirsə, 3 dəfə azaldılır, masalar arası məsafə ən azı 2 metr, üzbəüz əyləşənlər arası məsafə ən azı 2 metr olmalıdır. Masa əyləşənlər bir stul buraxmaqla əyləsməlidirlər. Dəhlizdə söhbət edənlər maska taxmalı və fiziki məsafəsi gözləməlidir. 12 yaşadək ulşaqların toyda iştirakı qadağan edilməlidir.

5. Bütün bu tədbirlərin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarının ciddi nəzarətində saxlanılmalıdır”.

Əvvəlki yazı

Ramiz Mehdiyev “məktəbi” keçən başçılar təşvişdə – Şok siyahı

Sonrakı yazı

“Ermənilərin xaç atası hakimiyyətdən uzaqlaşdırılandan sonra fəsadlar törədilir…”

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.