12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şikayət, Cəmiyyət, İqtisadiyyat, Manşet
A A
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank”ın son günlər kütləvi şəkildə müştərilərin bank kartlarını bloklaması ilə bağlı Musavat.com-a çoxsaylı şikayətlər daxil olub. Vətəndaşlar bildirirlər ki, təkcə xaricdən pul köçürmələri zamanı deyil, hətta ölkə daxilində aparılan əməliyyatlarda belə kartlar bloklanır.

Şikayətlərə əsasən, bloklanan kartlar arasında maaş kartları da var. Nəticədə bir çox “Birbank” istifadəçisi neçə gündür öz vəsaitindən istifadə edə bilmir.

Vətəndaşların sözlərinə görə, banka yaxınlaşaraq səbəblə maraqlandıqda onlara “baş ofisdə araşdırma aparıldığı” bildirilir və dəqiq vaxt göstərilmir. Bu isə insanları çıxılmaz vəziyyətdə qoyur.

Şikayətçilər deyirlər ki, xüsusilə xaricdən daxil olan ödənişlər və ya ölkə daxilində nisbətən iri məbləğli köçürmələr “şübhəli əməliyyat” kimi qiymətləndirilir. Nəticədə kart ya vəsait çıxarıldıqdan dərhal sonra, ya da pul hesabda olduğu müddətdə bloklanır.

Bank tərəfindən vətəndaşdan göndərilən vəsaitin mənbəyini təsdiqləyən sənəd tələb olunur. Müştəri həmin mənbəni sübut edə bilmədikdə kart blokda saxlanılır. Hüquqi prosedura əsasən, vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə qərarı ilə vəsaitin qanuni mənbədən əldə olunduğu təsdiqlənərsə, kart blokdan çıxarıla bilər.

Musavat.com-un əldə etdiyi məlumata görə, son günlər müşahidə olunan kütləvi bloklanmalar Mərkəzi Bankın nəzarət mexanizmlərini sərtləşdirməsi ilə əlaqələndirilir. Bildirilir ki, bank sektorunda maliyyə monitorinqi və şübhəli əməliyyatlara qarşı nəzarət tədbirləri gücləndirilib.

Qeyd edək ki, eyni zamanda məsələnin “m10” hesablarına müdaxilələr edilərək külli miqdarda pullar oğurlanması ilə bağlı olduğu da bildirilir.

Kommersant.az xəbər verir ki, müxtəlif xarici ölkələrdən “m10” tətbiqinə saxta transferlər həyata keçirilib.

“Transferlərin saxta olduğunu bilməyən vətəndaşlar pulları əldə edərək xarici ölkələrə göndərib. Yekunda m10 tətbiqində olan boşluqlara görə istifadəçilərə külli miqdarda zərər dəyib.

Xarici ölkələrdən vətəndaşlarımıza “biz sizin m10-a pul göndərək, pulu çəkdikdən sonra bizə transfer edin. Buna görə də əldə olunan vəsaitin 20 faizini sizə xidmət haqqı kimi verəcəyik” vədi ilə vətəndaşların külli miqdarda pulları mənimsənilib. ABŞ, Ukrayna və s. kimi ölkələrdən transfer olunan vəsaitlər dərhal “m10” hesabına daxil olub. Vəsaiti göndərən şəxs isə “m10″a daxil olan pulu geri çəksə də, bu əməliyyat sözügedən tətbiqdə göstərilməyib. Yekunda bundan xəbərsiz olan vətəndaşlar “m10″da olan pul vəsaitini maneəsiz şəkildə bank kartlarına transer edib. Daha sonra ATM-lərdə nağdlaşdıraraq qarşı tərəfə göndəriblər.

Hazırda ölkə xaricindən transfer olunan hesablar bloklanıb. İnsanların kriptovalyuta və ya digər xarici gəlirləri “m10” tərəfindən vətəndaşlara verilmir. Bu blokun nə vaxt aradan qaldırılacağı isə sual altındadır”, -deyə sayt yazır.

Xatırladaq ki, “m10” platforması bloklanmanın səbəbi olaraq açıqlamasında bildirib ki, “m10” platforması istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet hesab edir:

“Fevralın 3-də “m10” platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub.

Hazırda məsələ “m10”un müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd olunan səbəblə əlaqədar “m10” tətbiqinin fəaliyyətində müvəqqəti fasilə yaranıb, lakin hazırda bütün əməliyyatlar tam bərpa olunub”.

Əvvəlki yazı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Sonrakı yazı

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.