BBC komandası Ukraynanın cənubunda Rusiyanın nəzarətində olan Xerson vilayətinin bombardmanının şahidi olan sakinlərdən müsahibə alıb.
Sakinlər və BBC komandası partlayışlardan sonra təhlükəsiz əraziyə gedib. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Xerson bölgəsindəki Kahovka bəndi hücumdan sonra partlayıb.
Kahovka Su Elektrik Stansiyası hazırda Rusiyanın işğalı altında olan Yeni Kahovka şəhərindədir.
Kahovka Sovet İttifaqı dövründə Dnepr çayı üzərində tikilmiş altı bənddən biridir.
Xerson şəhərinin aşağı axarlarında yaşayanlara xəbərdarlıq edilib ki, mümkün qədər tez evlərini tərk etsinlər və yüksək hündürlüklərə sığınsınlar.
class=”medianet-inline-adv”>

Ətrafda yaşayan minlərlə insan sel fəlakəti qorxusundan təxliyə edilib.
Ukrayna prezidenti Vladimir Zelenski 80-ə yaxın kənd və qəsəbənin su altında qala biləcəyini bildirib.