05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kamaləddin Qafarov: “Paşinyanın hakimiyyət olimpində son payızıdır”

21 Avqust 2020, 11:03
Siyasət
A A
Kamaləddin Qafarov: “Paşinyanın hakimiyyət olimpində son payızıdır”

… Tarix diletantları sevmir. Bu, bəşəriyyətin  illərcə, əsrlərcə təsdiqlədiyi əbədi bir aksiomadır. Diletantlar siyasətə qoşulanda, öz  natamam iddialarını reallaşdırmağa cəhd göstərəndə daha gülünc və təhlükəli olurlar. E

Ermənistanın baş naziri Nikol Vovayeviç Paşinyan da diletantdır. Ən azından idarəçilik, sivil politologiya, dövlət quruculuğu və beynəlxalq münasibətlər sistemi üzrə.

Burada Paşinyanın ali təhsili olmadığından söhbət getmir-baxmayaraq ki, normalda bu da əsas şərtlərdən biridir. Tarixdə ali təhsil almayan o qədər müdrik dövlət və hökumət başçıları olub ki… Elə biri ötən əsrin 80-ci illərində Polşaya rəhbərlik etmiş Lex Valensa. Adicə elektrik olan bir insan milyonlarla həmvətənlisini dəstəyi ilə hakimiyyətə gəldi və Polşanı bir çox diplomlu siyasətçilərdən yaxşı idarə etdi.

Bu gün bütün dünya Paşinyana  populist, korrupsioner, küçə demokratiyasının   fərsiz natiqi və  qısa müddət ərzində antipatik daxili və xarici siyasəti, ağılsız qərarları , gülünc intellekti ilə gündəmə gələn sirli bir Don Kixot kimi baxır. Ən əsası – ermənilərin özləri bu uğursuz işbazdan yaxa qurtarmaq üçün gecə -gündüz yollar axtarırlar.

N.Paşinyan Qərbi, birinci növbədə,  “filantrop” Corc Sorosu, daha sonra erməni elektoratını, erməni diasporunu, erməni iqtidarını, Ermənistanın əcnəbi dostlarını, hətta Rusiyanı öz sərsəm , heç bir əndazəyə sığmayan həyasızlığı və bacarıqsızlığı ilə çox çətin vəziyyətə qoyub.

Paşinyanın sonuncu “razılaşdırılmamış” addımı C.Sorosda çox böyük qıcıq doğurub.  Erməni mediasının yazdığına görə , amerikalı milyarder Corc Soros Ermənistan baş naziri Nikol Paşinyana çox sərt, hətta alçaldıcı tonda mesaj göndərib. Okeanın  otayındakı boss “məxməri” baş nazirin Belarus prezidenti Aleksandr Lukaşenkonu 9 avqust prezident seçkisində qələbə münasibətilə təbrikinə çox ciddi narazılığını ifadə edib.Həmin materialda açıq şəkildə yazılıb ki, Corc Soros Paşinyanın təbrik məsələsində səhv etdiyini detalları ilə onun diqqətinə çatdırılıb.  Bu məktubun dövlətlərarası münasibətlər protokolu çərçivəsində bu cür təbriklərin vacibliyini qeyd edilsə də, milyarder onun bəhanəsini qəbul etməyib. Bildirilir ki, bu təbriklə Paşinyan növbəti dəfə Rusiya ilə Qərb arasında manevr etməyə çalışıb, lakin növbəti dəfə də hər tərəfli uğursuzluğa  məruz qalıb.

Hadisələrə  geniş spektrdən nəzər saldıqda, vəziyyət müəyyən qədər aydınlaşır. Kimdir C.Soros? Əlbəttə, o,maliyyəçi və “narıncı inqilabların” sponsoru olaraq, əslində , həmişə ABŞ-ın dövlət və siyasi  dairələrini təmsil edib. Deməli, bu kontekstdə C.Sorosun narazılığına həm də ABŞ-nin narazılığı kimi baxmaq daha doğru olardı.

Onu da xatırlatmaq  yerinə düşər ki, ABŞ rəsmi Yerevan üçün təkcə “ideya generatoru” rolunu oynamayıb, həm də Paşinyanın hakimiyyətə gəlməsi üçün Ermənistandakı səfirliy vasitəsi ilə  media və QHT-lərə dəstək məqsədi ilə külli miqdarda vəsait xərcləyib. Rus və erməni mediasında bu, eləcə də digər məqsədlər üçün xərclənən vəsaitin miqdarı da dəfələrlə açıqlanıb.

Və təbii ki, Qərbdə  ümid edirdilər ki, Paşinyan bu vəsaitlərin əvəzində inqilab öncəsi verdiyi vədlərin hamısını yerinə yetirəcək və Ermənistanı Rusiyanın orbitindən tədricən uzaqlaşdıracaq. Qərbin böyük gözləntisinə və təəccübünə rəğmən, bu baş vermədi. Əksinə, bir müddət Rusiyaya, daha dəqiq deyilsə, Putinə doğru meyllənməyə başladı. Amma bu yaltaqlığı ilə  Putin kimi güclü siyasətçini də aldada bilmədi.

İndi Paşinyan, necə deyərlər, iki od arasında qalıb. Amerika sürəkli olaraq , dolayı yolla “investisiyasını”  geri tələb edir, Putin isə Paşinyanın dəridən-qabıqdan çıxmasına baxmayaraq, onu daim aralı, gərgin vəziyyətdə saxlayır.

Nəhayət, 12 iyul Tovuz hadisələrini  Paşinyanın qələmini sındıran vacib bir amil kimi qiymətləndirmək mümkündür. İndi Tovuz fitnəkarlığında kimin- Qərbinmi, yoxsa Moskvanınmı əlinin olub-olmaması barədə mülahizələrin ardı-arası kəsilmir.  Fərqi yoxdur-bu cinayətkarlığın arxasında kim durursa-dursun, onun Ermənistanla birlikdə çox böyük fiaskoya uğradığı göz qarşısındadır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qəti tədbirləri, şanlı ordumuzun cəsur həmlələri və qardaş Türkiyənin birmənalı dəstəyi nəticəsində xalqımızın düşmənlərinin Ermənistan üzərindən qurduqları məkrli niyyətlər darmadağın edilərək puça çıxarıldı.

Beləliklə, anti-Rusiya şüarları ilə iqtidara gələn Nikol Paşinyan baş nazir qismində fəaliyyəti ilə nə Qərbin sevimlisi ola bildi, nə də Kremlin etibarını qazandı. Odur ki, indi onun hər iki güc mərkəzinin çarpaz təzyiqi altında və hədəfdə olması təbiidir. Paşinyan ətrafında halqa  daralır, ondan qəti bir seçim etmək tələb olunur.

Tovuzdakı biabırçı məğlubiyyətdən sonra  artıq Qərb də, Rusiya da Paşinyanı işlənilmiş material, keçilmiş yol hesab edir. Bununla bağlı  rus politoloqu Aleksey Fenekonun fikirləri ilə razılaşmamaq olmur:” Əslində bu, pis taktikadır, çünki tarazlaşdırma dönəmi keçib, indi sərt seçim vaxtıdır. Paşinyan tarazlığı davam etdirdiyini düşünməkdə ikən isə ölkədə ona qarşı çıxan gənclər böyüyür, rusiyapərəst elektorat üçün isə o, yada çevrilir. Soros Fondu, əlbəttə ki, elə bununla məşğuldur – Rusiya ilə əlaqələri tam qıracaq radikallar yetişdirmək. Bu da sizə İrəvanda hazırlanmaqda olan sadə fəlakət resepti…”.

Fikirləri yekunlaşdıraraq bu nəticəyə gəlmək mümkündür ki, bu payız diletant, antixarizmatik, yalançı N. Paşinyanın hakimiyyət olimpində son payızı ola bilər. Cəmi iki il hakimiyyətdə duruş gətirməyi bacarmayan təsadüfi şəxsin tez bir şəkildə “taxt-taca” gətirilməsi bir daha onu təsdiq edir ki, Ermənistanın bir dövlət, bir toplum olaraq çox ciddi problemləri mövcuddür və onun buvəziyyətdən  asanlıqla çıxacağı mümkün kimi görünmür…

Kamaləddin QAFAROV, millət vəkili

Əvvəlki yazı

Emin Ağalarov Hadı Rəcəblidən danışdı

Sonrakı yazı

Qulinin killerinə 4 milyon verilib

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.