01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kamaləddin Qafarovun MOM-la 43 milyonluq tender “oyunun”dan-Tanınmış vəkil Zakir Qaralova müraciət etdi

31 Avqust 2018, 01:00
Cəmiyyət, Seçmə, Banner
A A
Kamaləddin Qafarovun MOM-la 43 milyonluq tender “oyunun”dan-Tanınmış vəkil Zakir Qaralova müraciət etdi

Milli Onkologiya Mərkəzində 10 milyonlarla manatın qanunsuz yollarla mənimsənilməsi faktını əks etdirən jurnalist araşdırmasını cinayət işi başlanılıb istintaq aparılması üçün Baş Prokuror Zakir Qaralova göndərdim. Sabah deməsinlər ki, rəsmi müraciətlər olmamışdı.

Reportyor.info həmin müraciəti sizə təqim edir:

“AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU
CƏNAB ZAKİR QARALOVA
İsmayılov Aslan Ziyəddin oğlu (Ünvan: Bakı şəhəri, Nizami küç., ev 58, mənzil 3/5) tərəfindən
Ə R İ Z Ə
Jurnalist Hafiz Babalının 24 avqust 2018-ci il tarixdə (Turan İnformasiya Agentliyində) “Onkologiya mərkəzi tender qanunvericiliyinin pozur” adlı bir araşdırması dərc olunmuşdur.
Həmin araşdırmada qeyd edilir: “Milli Onkologiya Mərkəzi (MOM) avqustun 3-də “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb. Bu, tərəflər arasında bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilədir, baxmayaraq ki, müalicə müəssisəsi cəmi bir alqı-satqı müsabiqəsi keçirib. Bu ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan maqavilələr imzalayıb”. Əlavə olaraq o da qeyd edilir ki, MOM-da müayinə və müalicə pulsuz deyil və xərçəng xəstələri hər müalicə kursuna görə bir neçə min manat pul xərclənir).
“Milli Onkologiya Mərkəzinin (MOM-un) yuxarıda qeyd edilən əməli Cinayət Məcəlləsinin 308-2-ci maddəsinin (maddə 308-2. Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə) tərkibini yaradır.
Cinayət Məcəlləsinin həmin (308.2.) maddəsində deyilir:
308-2.1. Satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda –
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.2. Satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə bölmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda –
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin Jurnalist araşdırmasında həmçinin o da qeyd edilir ki: “Bu il MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, “Azeri Med” MOM-nın baş direktorunun müavini, Milli Məclis üzvü Kəmaləddin Qafarova məxsusdur.
Hesab edirəm ki, bu yuxarıda qeyd edilən fakt da Cinayət Məcəlləsinin 308-2.-ci maddəsinin digər bəndlərinin tərkibini yaradır.
308-2.3. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol vermə, bu əməllər xeyli miqdarda ziyan vurduqda –
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.4. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda –
cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “xeyli miqdar” dedikdə, əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-2.4-cü maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “satınalan təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür.

Əlavə olaraq onu da bildirim ki, “Milli Onkologiya Mərkəzində baş verən qanunsuzluqları dəfələrlə “Facebook” sosial şəbəkəsində olan səhifəmdə və kütləvi informasiya vasitələrində işıqlandırmış ictimayətin diqqətinə çatdırmışam.
Yüzlərlə insan orada baş verən qanunsuzluqları (müalicə pulsuz olsa da, onlardan müayinə və mualicəyə minlərlə manat pul vəsaitinin alınması, dəfələrlə bilə-bilə yanlış “diaqnoz”ların qoyulması və.s) təsdiq edən şərhlər yazmışdır (hətta sosial şəbəkələrdə bu faktları təsdiq edən videolar belə yayımlanmışdı). Həmin şərhlərə diqqət yetirilərsə görünər ki, MOM-un fəaliyyətində yüzlərlə cinayət tərkibli əməl mövcuddur. Hətta bu hal Sizlərə daha dəqiq məlum olsun deyə o şərhləri kitab şəklində yığaraq faktın araşdırlması üçün Sizə göndərmişəm. Lakin tərəfinizdən heç bir araşdırma aparılmamış, hətta müraciətlərimə belə cavab verilməmişdir. Bu faliyyətsizliyin nəticəsidir ki, hələdə MOM-da cinayət xarakterli hallar davam etməkdədir.

Cinayət Prosessual Məcəllənin 46..2-ci maddəsinə əsasən, Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.
Odur ki, qeyd edilənlərə əsasən, təkrar Sizdən
X A H İ Ş E D İ R Ə M
“Milli Onkologiya Mərkəzi tərəfindən satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirməsi və bundan əvvəlki müraciətlərimdə göstərdiyim digər cinayət tərkibli faktlarla bağlı araşdırma aparılıb, cinayət işinin qaldırılması ilə bağlı müvafiq tədbirlər görəsiniz və bu barədə ictimayətə məlumat verəsiniz.
Əlavə edilir:
1.Hafiz Babalının 24 avqust 2018-ci il tarixdə (Turan İnformasiya Agentliyində) dərc edilmiş araşdırması;

Hörmətlə,
İsmayılov Aslan Ziyəddin oğlu 29 avqust 2018-ci il”

REPORTYOR.info

Əvvəlki yazı

“Kedicik”lərin polisə ŞOK ETİRAFLARI: “Cinsi təcavüz olayları Amerikanın…”

Sonrakı yazı

Həbsdəki “mahmudovçu” generallar haqda yeni xəbərlər

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.