“Bəziləri rayon adı gələndə elə danışır ki… Düşünürsən ki, rayon camaatı buna nə edib”.
Reportyor.info xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu bildirib. Sənətçi rayonda yaşayanlara lağ edənlərə cavab verib:
“Rayonda olan saflıq, hüzur, rahatlıq, sağlamlıq nəyə desən dəyər. Qurban olum vətənimin bütün rayonlarına. Bəli, rayon, kənd qızıyam. Bununla qürur duyuram”.