09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kənd mağazalarında ərzaq qıtlığı? – Fotolar

03 Aprel 2020, 16:22
Sosial
A A
Kənd mağazalarında ərzaq qıtlığı? – Fotolar

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə artıq mart ayının 24-dən etibarən Azərbaycanda xüsusi rejim tətbiq olunur. Sərtləşdirilən xüsusi karantin qaydalarına əsasən, hazırda ölkə ərazisində xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası hərəkət dayandırılıb. Aprel ayının 5-dən etibarən isə vətəndaşların xüsusi səbəb və icazə olmadan evdən bayıra çıxmasına məhdudiyyət qoyulacaq. Hazırda yalnız aptek və ərzaq mağazalarının fəaliyyətinə icazə verilir. Əhali yaxının dəfnində iştirak etmək, dərman almaq və ya zəruri qida məhsullarını əldə etmək  üçün evdən bayıra çıxa bilər.

Paytaxt və digər şəhərlərdə, o cümlədən, rayon mərkəzlərində vəziyyət aydındır. Bəs xüsusi karantin müddətində kənd mağazaları necə işləyir? Qıtlıq müşahidə olunurmu? Virtualaz.org bu məqsədlə Şabran rayonunun Pirəmsən kəndində kiçik kənd mağazalarında müşahidə aparıb, dükanlardakı vəziyyətlə maraqlanıb.

Min nəfərə yaxın əhalisi olan kənddə bir neçə kiçik mağaza olsa da, yalnız ikisi daimi olaraq fəaliyyət göstərir. Şəhərdəki marketlərdən fərqli olaraq, burada demək olar ki, növbə olmur. Amma mart ayının sonlarından etibarən kənd mağazalarında da koronavirus ajiotajının alveri qızışdırdığını satıcılar da təsdiqləyirlər.

Kəndin mərkəzində yerləşən mağazanın sahibi Əmrəhməd Məmmədov deyir ki, hələ ki, qıtlıq müşahidə olunmur. Bəzi ərzaq məhsullarının, o cümlədən, unun qiymətində isə artım var: “Mağazada hər şey əvvəl necə satılırdısa, indi də o qiymətə satılır, ərzaqlarda heç bir qıtlıq yoxdur. Yalnız unun qiyməti bir qədər artıb. Məsələn, “Karmen” ununun kisəsi əvvəlkindən təxminən 1 manat 30 qəpik baha satılır. Əslində yerində bu bahalaşma 20-30 qəpikdir. Amma daşınma xərcini də üzərinə gəlsək, belə məbləğ alınır”.

Satıcının sözlərinə görə, elə ən çox tələbat da unadır. Son on gün ərzində kənd mağazasında əvvəllər bir ayda satılan qədər un satılıb. Hər kəsin un ala bilməsi üçün satıcı məcbur qalaraq satışa adambaşı limit tətbiq etdiyini deyir: “ Mağazaya 50 kisə un gətirmişdim, indi 20 kisə qalıb. Normalda ay ərzində 10 kisə un satılırdısa, indi bu  qədər un cəmi on gündə satılıb. Bəlkə də, un alıb yığan adamlar ay ərzində onu işlədib bitirə bilməyəcəklər, un qalıb qurdlayacaq… Görünür virus təlaşı insanları buna məcbur edir. Mən də artıq bir nəfərə iki kisədən çox un satmıram, qoy hamı ala bilsin”, – satıcı deyir.

Həmsöhbətimiz bildirir ki, ərzaq mallarından fərqli olaraq mağazada siqaret və kibrit yoxdur. Vitrinə düzülmüş bir neçə qutu siqaretə işarə edərək deyir ki, olan-qalanı bunlardır. Bir neçə gün əvvəl mağaza üçün topdansatış mərkəzlərinə müraciət etsə də, sadalanan məhsulların heç biri tapılmayıb. Yəni hazırda satılanlar anbarda qalan sonuncu siqaret və kibritlərdir.

Kənddəki növbəti mağazada da dolu vitrinlərlə qarşılaşdıq. Satıcı F. İsmayılova bildirir ki, dükanda kifayət qədər ərzaq da var, alıcı da: “Bizim topdansatışlarla heç bir problemimiz yoxdur, niyə qıtlıq olsun ki? Sonuncu dəfə iki gün əvvəl mağazaya mal vurmuşuq. Ərzaqlarda qiymət artımı yoxdur. Bəzi məhsullar, məsələn, soğanın qiyməti 40-50 qəpik bahalaşıb. O da bütün ölkə ərazisində olan artımdır, hər yerdə kiloqramı 1 manat 50 qəpikdən satılır, biz də o qiymətə satırıq. Digər ərzaq və qidalar, o cümlədən, ən çox tələbat olan broyler toyuqları, yağ, kolbasa, şəkər tozu və sair əvvəlki qiymətədir”.

Mağaza sahiblərinə digər kənd sakinlərindən fərqli olaraq, mal gətirmək üçün kənddən çıxışa icazə verilir. Sahibkarlar riskli olsa da, xüsusi karantin müddətində fəaliyyətlərini davam edəcəklərini söyləyirlər. Çünki  hazırki məqamda ərzaq mağazaları əhalini zəruri qida və ərzaqla təmin edən strateji əhəmiyyətli obyektlərdir.

Əvvəlki yazı

Borca görə su kəsilməyəcək – Rəsmi

Sonrakı yazı

Bakıda yeni biznes: 60 qəpikdən dezinfeksiya – Foto

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.