Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşının avtomobil kolleksiyası yayılıb. Reportyor.info xəbər verir ki, Heydərov Səməd Fəttah oğluna məxsus onlarla bahalı maşının adları açıqlanıb. Blogger Həbib Müntəzir qeyd edib ki, nazirin qardaşının adına olan dövlət nömrə nişanları bunlardır:
99FS777, 99FK777, 99DK777, 10KJ777, 90CL777, 90TH777. Bu da nömrələrə məxsus olan avtomobil markalarıdır:
Mazda 6 Red
Toyota Tundra Black
BMW 760li
Lincoln MKZ
Mercedes S500 Brabus
Mercedes E 63 AMG
Cadillac Escalade
Lexsus 570
Hyundai Genesis
Mercedes-Benz G 55 AMG
Porsche Panamera
Bentley Continental GT
Porsche Cayenne Turbo
Toyota Hilux 2013 Tuining
Yadınızdadırsa zamanında baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avtoşluq edərək qəza törətmişdi. Həmin qəzada avtoşluq etdiyi şəxs 99FS777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov idi. Nömrə Səməd Heydərovun adına olduğu üçün mətbuat o zaman səhv salmışdı. Maqa ləqəbli avtoş Mirməhəmməd Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Sən demə Əlövsət Səmədin bacanağı imiş. Ona görə oğluna kolleksiyasından istifadə etməyə icazə verib, o da adam vururmuş bununla. 30 sutka yatıb çıxmışdı. Kolleksiya o qədər böyük, maşın o qədər boldur ki, bacanağın oğlu istədiyi zaman istədiyini götürüb rahatlıqla avtoxuliqanlıq edir.