05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kəmaləddin Heydərovun bacanağı iki bankdan neçə milyon qazanır? – ARAŞDIRMA

08 Aprel 2021, 15:38
Araşdırma
A A
Kəmaləddin Heydərovun bacanağı iki bankdan neçə milyon qazanır? – ARAŞDIRMA

Azərbaycanda pul qazanmağı bacaran insan olduqca çoxdur. Bəzilərinin pulu isə elə puldan çıxır. Deyirlər ki, pul pul gətirər. Bax, bu insanların pulu elə puldan çıxır. Maraqlıdır ki, o insanların əskəriyyəti gündəmdə olmağı sevmir. Amma cəmiyyətdə bu cür insanlara hər zaman maraq var və bundan sonra da olacaq. Hər şeydə bir hikmət var. Məsələn, Hikmət İsmayılov (fotosunu axtarmayın, tapmayacaqsınız)… Əminəm ki, bu ad bir çox oxucumuza tanış gəlmədi. Oxucuları qınamıram. Çünki Hikmət İsmayılov haqqında məlumat olduqca məhduddur. Hərçənd, zaman-zaman media yazır ki, bugünkü qəhrəmanımız fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Açığı, iqtisadi sayt olaraq, bu, bizi maraqlandırmır. Yalnız mehribanlıq arzu edirəm, əlimdən başqa heç nə gəlmir.

Bizim işimiz iqtisadi informasiyalarladır. Başqa sözlə, biz dəqiq məlumatlara əsaslanırıq. Həm də jurnalistikanın əsas prinsiplərindən biri də budur ki, ən dəqiq məlumat belə bir neçə mənbədən təsdiqlənməlidir. Odur ki, yazılarımızı dəqiq və rəsmi məlumatlar üzərində qururuq.

Hikmət İsmayılov haqqında dəqiq olan məlumatlardan biri budur ki, o, iki bankın sahibidir. Bəli, iki! Biri “Bank of Baku”, digəri – “AFB Bank”.

“BANK OF BAKU”NUN HİKMƏTİ

2015-ci ilin mayın 22-də “Bank of Baku”nun səhmdarlarının ümumi yığıncağında qəbul olunan qərara əsasən, Hikmət İsmayılovun bankın nizamnamə kapitalındakı payı 10% artaraq 31.11% qaldırılıb. Bankın 2014-cü il üzrə audit hesabatına əsasən, həmin dövrdə nizamnamə kapitalı 52.870 milyon manat təşkil edirdi. Sadə hesablama göstərir ki, sövdələşmə təxminən 5.3 milyon manata başa gəlib.

“GİLAN HOLDİNG” İLƏ 70 MİLYON MANATLIQ SÖVDƏLƏŞMƏ

2019-cu ilin fevralın 7-də “AFB Bank” açıqladı ki, Hikmət İsmayılov “Gilan Holding”in payını satın alıb. Korporativ məlumatların açıqlanması saytında göstərilən rəqəmlərə əsasən, Hikmət İsmayılov 55 447 səhmi 70 milyon 140.455 min manata əldə edib. Bu sövdələşməyə qədər “Gilan Holding” “AFB Bank”ın səhmlərinin 99.64%-inə nəzarət edirdi. Saziş imzalanan gündən bu pay bütünlüklə cənab İsmayılova keçib.

Yeri gəlmişkən, hazırda bankın digər səhmdarları “Gilan Holding”in rəhbəri Cəmil Muradov (0,18%) və Əkbər Abdullayevdir (0,18%).

İKİ BANKDAN NƏ QƏDƏR QAZANIB?

Ümumiləşdirsək, Hikmət İsmayılov bu iki əqdə 75 milyon manatdan çox vəsait xərcləyib. Təbii ki, bu yatırımların ona nə qədər vəsait qazandırdığı maraq doğurur. Hər iki bankın son illik hesabatına nəzər salsaq, sualımıza cavab taparıq.

Beləliklə, təkcə 2020-ci ilin yekununa əsasən, cənab İsmayılov iki bankdan 9.3 milyon manat qazanıb. Belə ki, “Bank of Baku” ötən ili 12.673 milyon manat mənfəətlə başa vurub. Səhmlərin 31.11%-inə nəzarət Hikmət İsmayılova bu məbləğdən 3.9 milyon manat çatır.

“AFB Bank” isə 2020-ci ili 5.389 milyon manat mənfəətlə başa vurub. Bu məbləğin az qala hamısı Hikmət İsmayılovun payına düşür.

Index.az-ın hesablamaları göstərir ki, indiyədək (2019-cu ildən etibarən) Hikmət İsmayılov yalnız “AFB Bank”dan təxminən 12 milyon manat qazanc əldə edib. “Bank of Baku” 2015-ci ildən etibarən investora 18.4 milyon mant qazandırıb.

Beləliklə, iki bank iş adamına indiyədək toplamda 30 milyon manatdan çox qazanc gətirib.

İndex.az

Əvvəlki yazı

Koçaryan Paşinyanı məhkəməyə verdi

Sonrakı yazı

“Elmlə məşğul olanlara işgəncə verilir” – Professordan sərt ittihamlar

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.