25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kəmaləddin Heydərova Fərhad Əliyev yolu: “Quska” ilə əlaqə, 27 milyard ittiham və ən “zəif bənd…”

12 Noyabr 2018, 09:55
Cəmiyyət
A A
Kəmaləddin Heydərova Fərhad Əliyev yolu: “Quska” ilə əlaqə, 27 milyard ittiham və ən “zəif bənd…”

Azərbaycanda hakim elitanın 90-lardan etibarlı, sədaqətli tərəfdaşı olan və uzun illər Dövlət Gömrük Komitəsinə sədrlik edən Kəmaləddin Heydərov ölkədə kölgə iqtisadiyyatının qurulmasında müstəsna xidmətləri olan məmurlarından biridir. AnaXeber.info yazır ki, bir çox hallarda iqtisadçı-şərhçilər gömrük gəlirlərini kölgə iqtisadiyyatının anası hesab edirlər. * K.Heydərovun fövqəladə hallar nazir təyin olunmasından sonra da gömrükdə vətəndaşlardan yığılan qeyri-rəsmi ödənişlər azalmayıb. Elə bunun nəticəsidir ki, deputat Vahid Əhmədov 27 ildə gömrükdə 27 milyardın mənimsənildiyini açıqlayır. Hətta onun 7 ilini istisna etsək, azı 20 milyard oğurlanıb. Millət vəkilinin eyhamından aydın olur ki, K.Heydərov gömrüyə daxil olan qara pullar hesabına böyük bir imperiyaya sahiblənib. Necə deyərlər, hakim elita “fövqəlnazir”ə dünən üçün təşəkkür edirsə də, bu gün isə yaxşı yol göstərir. Gömrükdə dəyişikliklər də göstərir ki, bu sistem Heydərovun nəzarətindən nəinki çıxır, hətta dünənki mənimsəmələrə görə sorğu-sual oluna bilər. * İqtisadçı-alim Qubad İbadoğlu təsdiqləyib ki, V.Əhmədovun dediyi rəqəmlər doğrudur. Lakin onun fikrincə, V.Əhmədovun məbləği azaldıb. Q.İbadoğlu statistik rəqəmlərlə sübut edir ki, daha böyük məbləğdə pullar yoxa çıxıb. Məsələn, 2013-də gömrükdə ödənişlər 5 milyard olub, onun 38 faizi büdcəyə getməlidir. Elə il olub ki, 1 milyard, elə il olub yarım milyard mənimsənilib. Kəsəsi, bu müddətdə 20 milyarddan az mənimsəmə olmayıb. İqtisadçının sözlərinə görə, bəzi mallar gömrükdə qeydiyyata salınmır. Qeydiyyata salanları isə gömrük dəyəri aşağı salınır. İbadoğlu qeyd edib ki, bu gün büdcəyə gömrük ödənişləri 3 milyardı keçib. Vaxt var idi ki, heç 1 milyardı keçmirdi.  Bütün bu rəqəmlər və faktlar, deputatın gözlənilməz çıxışı məhz K.Heydərovun zəiflədildiyi dövrə təsadüf edir. Nazirin “vurulması” prosesinin çoxdan başladığını nəzərə alsaq, onun üçün “tikilən torba” hazırdı. K.Heydərov təkcə gömrükdə oğurlanan vəsaitlərə görə cavab verməyəcək, belə iddialar səslənir ki, o, həbs edilən sabiq deputat Hüseyn Abdullayevlə əlaqələrinin də hesabatını verməli olacaq. Bəzi xəbərlərdə “Quska”dan “fövqəlnazir” əleyhinə ifadə alındığı, 2013-cü ildən müxalifətin maliyyələşdirilməsiüçün Heydərovun keçmiş deputat vasitəsi ilə pullar ötürdüyü iddiaları var. Bu tezislər bir vaxtlar “torbasını tikərək” həbs edilməsində az-çox payı olan keçmiş nazir Fərhad Əliyev ssenarisinin K.Heydərov üçün hazırlandığını deməyə əsas yaradır. * V.Əhmədovun çıxışı həm də o zamana təsadüf edir ki FHN şefinin Maltadakı “Pilatus” bankını möhürləyiblər, rəhbərini çirkli pullar yumaqda ittiham edirlər.  Bir sözlə, Fərhad Əliyevi, Heydər Babayevi, Ziya Məmmədovu, İsmət Abbasovu məğlub etmiş Kəmaləddin Heydərov da onların aqibətini yaşamaqdadır.  Hakim elitanın daşlaşmış, kök atmış məmur oliqarxiyasına açdığı savaşın növbəti raundunda K.Heydərov “zəif bənd” olaraq yola salınmaqdadır.  Onun “Qafqaz” otellərinin ad dəyişməsi, “Gilan” holdinqin əksər müəssisələrinin “Paşa” holdinqin nəzarətinə keçməsi, ardınca “Qəbələ” klubunun tənəzzülü, oğluna məxsus obyektlərin bağlanması, habelə gömrüyü tədricə itirməyə başlaması, 27 milyard ittihamı, “Quska” ilə əlaqələri iddiaları, vaxtilə maliyyələşdirdiyi media qrupların bağlanması, zəifləməsi fövqəlgücün süqut etməkdə olduğunu göstərməkdədir. Hər halda müşahidələr və proseslərin gedişatı belə qənaət yaradır.* İndi hər şeyi təhvil-təslim etməyə başlamış qocaman nazir qatarın çoxdan getdiyini anlamaqdadır. Hakim elita illərlə sərvətlər toplamış, bücdə talamış iri ranqlı məmurlarla haqq-hesab çürütməyi qarşısına prinspial maliyyə məsələsi kimi qoyub. Ziya Məmmədovun da vəzifədən çıxarılarkən tərki-silah edilməsi, Fərhad Əliyevin də biznesini təhvil verməsi, Fazil Məmmədov və digərlərinin də əlindəkini verməsi, indi də Eldar Mahmudov-Cahangir Hacıyev qudalarının oğurladığı və ölkədən çıxardığı milyardların geri qaytarılması üçün bədxərc Zamirə əməliyyatının başladılması göstərir ki, Kəmaləddin Heydərovdan da tələb eynidir: mənimsənilən və daşınmaz əmlaka, biznesə yatırılan maliyyəni qaytar, cinayət işi açılmasın, həbsxana qapıları sənə göstərilməsin. Bu hakimiyyətdaxili prosesin ən lokal nümunəsi isə K.Heydərov, E.Mahmudov, Z.Məmmədov qədər milyarder olmasa da, öz miqyasında külli miqdarda büdcə vəsaitləri mənimsəmiş keçmiş Bakı Lift İdarəsi direktoru Qüdrət Şükürovu göstərmək olar. Hətta deputat Fəzail Ağamalı təklif etmişdi ki, onun 10 milyona satışa çıxardığı hamamı aukisona qoyulsun. Deməli, iqtidarı sabotaj edənlər, büdcə talanını gizli şəkildə həyata keçirənlər və qeyri-rəsmi gəlirləri ən yüksək eşelondan gizlətməyə çalışanların cəzalandırılması prosesi getməkdədir. * İlk baxışda K.Heydərov isə digərlərindən fərqli olaraq, iqtidara kifayət qədər sadiq nazir olub, sona qədər sədaqətlə xidmət edib deyə bilərik. Onun “vurulması” isə Putinlə Ərdoğanın barışdırılmasında vasitəçi olduğunu Türkiyənin baş naziri Binəli Yıldırımın dilə gətirməsiydi. Hakimiyyət onun Rusiya və Türkiyə siyasi rəhbərlikləri ilə əlaqələrini qəbul etmək istəmədi. Bu, başqa problemlər yarada bilərdi. Necə ki, Ziya Məmmədovun oğlu ilə dost olan Donald Trampın ABŞ prezidenti seçilməsi Məmmədovları dingillətmişdi, dərhal “başını kəsdilər”. Həmçinin, onun keçmiş baş nazir müavini Abbas Abbasovla əlaqələrinə görə bağışlamadılar. İndi də FHN rəhbərinin “Quska” ilə münasibətləri barədə iddialar onun vəziyyətini dolaşığa salıb. Odur ki, istərsə alpinistlərin tapılmamasında, istərsə dənizdə qayıqçıların itkin düşüb ölüsünün çıxarılmasında FHN-ə yönəlik tənqidlər də K.Heydərovun “vurulması”nın kiçik detalları idi. İndi isə proses böyüyüb, 27 milyardlıq ortada bir ittiham var!!!
Aslan Nasir Anaxeber.info üçün…

Əvvəlki yazı

Abel Məhərrəmovun seyf əhvalatı və “Mona Liza”da yazılan elmi əsərlərin – Şok dosyesi…

Sonrakı yazı

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.