08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kəmaləddin Heydərovun bu dəfə Almanyada biznesi üzə çıxdı

01 Fevral 2019, 03:43
Seçmə, Banner
A A
Kəmaləddin Heydərovun bu dəfə Almanyada biznesi üzə çıxdı

Kəmaləddin Heydərovun İngiltərədəki çoxsaylı şirkətləri ilə bağlı sənədlərin kiçik bir qisminin ardınca bu dəfə Almanyadakı biznesi ifşa olundu! Avropada yaşayan Jurnalist Cavanşir Həsənli yazır ki, İngiltərədən fərqli olaraq, cənab Heydərov Almaniyadakı şirkətlərin təsis olunmasında oğlanlarının birbaşa iştirakını təmin edə biıməyib. Buna səbəb İngiltərədən fərqli olaraq, Almaniyanın xarici kapitalın mənbəyilə bağlı məsələyə daha daha həssas yanaşmasıdır. Yəni beynəlxalq səviyyədə ən müxtəlif hesabatlarda, xarici mətbuatda Heydərov kimi monopolist, korrulsioner imic qazanmış birisinin öz ailə üzvlərinin hansısa birinin axına bu ölkədə kapital qoymaq sadəcə mümkün deyil.
Bəs Kəmaləddin Heydərov o pulları Almaniyaya necə yatıra bilib? Çox sadə…
2003-cü ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Londonda oxuduğu İqtisadi və siyasi elmlər məktəbində (London School of Economics and Political Science) bakalavr təhsili alan İran əsilli Almaniya vətəndaşı Şahin Namati-Nasab ilə tanış olur, dostluq münasibətləri qurur. O zaman FHN hələ yaradılmamışdı, Kəmaləddin Heydərov Gömrük Komitəsinə rəhbərlik edirdi. 2006-cı ildə arasının fövqəladə hallar naziri təyin olunmasının ardlnca London Azərbaycan Cəmiyyətini yaradan Tale Heydərov Şahin Namati-Nasabı da cəmiyyətə cəlb edir. 2008-ci ildə Avropa Azərbaycan Cəmiyyəti adlanan qurumun Almaniya şöbəsinin işi Şahin Namati-Nasaba həvalə edilir. 2010-cu ildə Avropa Azərbaycan Cəmiyyəti Almaniya 25 min avro nizamnamə kapitalı ilə Şahin Namati-Nasabın adına qeydiyyatdan keçirlir. Şirkət Charlottenburg (Berlin) ədliyyəsində HRB 135324 B saylı şəhadətnamə alıb və ofisi Berlinin mərkəzindəki Bellevuestr. 1 ünvanında yerləşir.


Heydərovların Almaniyadakı şirkətləri də məhz Şahin Namati-Nasabla Tale Heydərovun Londondakı məktəbdən başlayan dostluğu üzərində qurulur.
Heydərovların təqdimatı ilə Şahin Namati-Nasab Azərbaycan hakimiyyətinin sevimlisinə çevrilir, Azərbaycanı səfirliyi ilə sıx münasibətlər qurur, tədbirlərə dəvət olunur. Qarabağ və Xocalı ilə bağlı tədbirlərə qatılır, 2018-ci ilin iyulunda KARABAKH COLLECTION GMBH adlı moda şirkəti açır.
Gerçəkdən…25 min avro nizamnamə kapitalı ilə
Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyata alınmış şirkətin nizamnaməsində fəaliyyət sahəsi moda kolleksiyalarının yaradılması, pazarlanması ve dağıtılması, Almaniya və digər ölkələrdə moda ve tekstil sənayesi üzrə ticarət və vasitəçilik kimi təsnif olunur. Şirkətin qeydiyyat ünvanı Berlin Bellevuestr. 1,
Avropa Azərbaycan Cəmiyyəti Almaniya Gmbh-nin ofisidir.
Şahin Namati-Nasabın adına rəsmiləşdirilmiş daha bir şirkət CONSTRUCTION MANAGEMENT SUPERVISION GMBH-dir.


Şirkət 2014-cü il aprelin 6-da Essen şəhər ədliyyəsində qeydiyyatdan keçirilib və HRB 25363 saylı lisenziya alıb. İnşaat, təmir, tikinti-layihə, daşınmaz əmlak idarəçiliyi, eləcə də iqtisadicə siyasi (!) konsultasiya xidmətləri ilə məşğuldur.
Aktivləri 1.5 miyon avro, 2017-ci il maliyyə hesabatına görə gəlirləri 634 min avro göstərilir.
Kəmaləddin Heydərov Almaniyada təsis etdiyi şirkətlərin bir qismini də Şahin Namati-Nasabın atası Davud Namati-Nasabın adına rəsmiləşdirib.
69 yaşlı Davud Namati-Nasabı Heydərovlarla tanışlığa qədər kitab və jurnalların topdan və pərakəndə satışı ilə məşğul olan TMC TURQUOISE MEDIA COMPANY GMBH-nin sahibi olub. Şirkət Essen şəhərindəki Lindenhalle 75 ünvanında yerləşib.
20 oktyabr 2009-cu ildə Heydərovlar Gilan Holdinqə bağlı UEI şirkətlər qrupunun bir qolunu Almaniyada qeydiyyatdan keçirir. 25 min avro nizamnamə kapitalı ilə İran əsilli Almaniya vətəndaşı Davud Namati-Nasabın adına rəsmiləşdirilən yeni şirkət United Enterprises International GmbH (qeydiyyat nömrəsi HRB 62003) adlanır.
Əvvəllər Heydərovlarln şirkətlərinin böyük qisminin cəmləşdiyi Düsseldorf Graf-Adolf-Platz 15 ünvanında yerləşən şirkət sonradan Essendəki Lindenallee 75 ünvanındakı dördmərtəbəli binada fəaliyyət göstərib. Şirkət turizm xidmətləri və komission fəaliyyətilə məşğul olub.

Ötən il oktyabrın 22-də şirkətin direktoru Davud Namati-Nasabın Düsseldorf ədliyyəsinə müraciəti əsasında UEI United Enterprises International GmbH-nin adı dəyişdirilir və
Oaktree NEW Gmbh yeni nizamnaməyə əsasən daşlmmaz əmlakın, mülklərin, torpaqların alqı-satqı və idarə olunması ilə məşğuldur.
Düsseldorf maliyyə idarəsinə 31 mart 2017-ci ildə təqdim olunan illik hesabata görə şirkətin aktivləri 990 min avro, ehtuyat sərmayələri isə 1,670 milyon avro təşkil edib.
Bu Heydərovların Davud Namati-Nasabın adına rəsmiləşdirdikləri yeganə şirkət deyil. United Enterprises International GmbH-nin qeydiyyatlndan cəmi iki ay sonra bir gün ərzində, yəni 10 noyabr 2009-cu ildə Heydərovlar Almaniyada daha 3 şirkəti – UEI Kaspian Sea Caviar GmbH, UEI CAY GMBH və UEI JUICES GMBH-ni qeydiyyatdan keçirirlər. Bundan bir həftə sonra noyabrın 17-də Heydərovların 4-cü şirkəti UEI AZERBAIJAN CARPETS GMBH təsis olunur.

UEI Kaspian Sea Caviar GmbH şirkəti də Davud Namati-Nasabın adına təsus olunur və Düsseldorf ədliyyəsində 25 min avro nizamnamə kapitalı ilə HRB 62155 saylı lisenziya alır. Şirkət ilk əvvəl Graf-Adolf-Platz 15, daha sonra Essendə, Lindenallee 75 ünvanında fəaliyyət göstərib. Fəaliyyət sahəsi xüsusi kateqoriyadan ərzaq məhsullarının (adından göründüyü kimi qara kürü və xüsusi növdən olan nərə, beluqa kimi nadir növ balıq məhsullarının) ixrac-idxalı, topdan və pərakəndə satışını həyata keçirmək olub. Hətta bu məqsədlə o zaman Düsseldorf şəhərində Königstrasse küçəsində ixtisaslaşmış mağaza açılmışdı. Maliyyə sənədlərinə əsasın cəmi aktivləri 450 min avro təşkil edib. Şirkət 2017ci ilin noyabrın 10-da ləğv edilib.

UEI JUICES GMBH
Rəsmi təsisçi: Davud Namati-Nasab.
Nizamnamə kapitalı: 25 min avro.
Fəaliyyət sferası: Əsasən meyvə şirələrinin (Jalə məhsulları) idxal və ixracı, topdan və pərakəndə satışı.
Qeydiyyat ünvanı: öncə Düsseldorf Graf-Adolf-Platz 15, daha sonra Essen Lindenallee 75.
Şəhadətnamə nömrəsi: HRB 62147, Düsseldorf ədliyyə idarəsi.
396 min avro ehtiyat sərmayəsi olub.
Şirkət 22 iyun 2017-ci ildə ləğv olunub.

UEI CAY GMBH
Rəsmi təsisçi: Davud Namati-Nasab.
Nizamnamə kapitalı: 25 min avro.
Fəaliyyət sferası: Əsasən çay və çay məhsullarının idxal və ixracı, topdan və pərakəndə satışı.
Qeydiyyat ünvanı: öncə Düsseldorf Graf-Adolf-Platz 15, daha sonra Essen Lindenallee 75.
Şəhadətnamə nömrəsi: HRB 62146, Düsseldorf ədliyyə idarəsi.
Aktivləri 100 min avroya yaxın, ehtiyat sərmayəsi isə 547 min avro təşkil edib.
4 noyabr 2016-cı ildə şirkət ləğv olunub.

UEI AZERBAIJAN CARPETS GMBH
Rəsmi təsisçi: Davud Namati-Nasab.
Nizamnamə kapitalı: 25 min avro.
Fəaliyyət sferası: Əsasən xalça və kilimlərin, döşəmə örtüklərinin idxal və ixracı, topdan və pərakəndə satışı.
Qeydiyyat ünvanı: öncə Düsseldorf Graf-Adolf-Platz 15, daha sonra Essen Lindenallee 75.
Şəhadətnamə nömrəsi: HRB 62157, Düsseldorf ədliyyə idarəsi.
Ehtiyat sərmayəsi 308 min avro təşkil edib.
9 noyabr noyabr 2017-ci ildə şirkət ləğv olunub.

REPORTYOR.info

 

Əvvəlki yazı

İlham Əliyevdən uşaq və yeniyetmələrlə bağlı MÜHÜM SƏRƏNCAM – 11 468 300 manat ayrıldı

Sonrakı yazı

Hafiz Hacıyevdən Gədəbəyin təhsil şefi haqda şok açıqlama – Video

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.