Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Jurnalistyeyən bizim “Bokassa” – Əhməd İsmayılovun yeni media qanunu başıqapazlı mətbuat yaradır…

2021-12-13
in Cəmiyyət
A A
0
Jurnalistyeyən bizim “Bokassa” – Əhməd İsmayılovun yeni media qanunu başıqapazlı mətbuat yaradır…
0
SHARES
98
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

 

 

Mərkəzi Afrika Respublikasının dünyada adamyeyən kimi tanınan məşhur prezidenti olub – Bokassa. Şayiələr gəzirdi ki, diktator rəqiblərinin ətini yeyirmiş. O, devriləndən sonra mühakimə olunur. Hakim qarşısına çıxan Bokassa etiraf edir ki, qurbanlarının cəsədlərini soyuducuda saxlayırmış, amma yemək məqsədi olmayıb. Sadəcə simvolik məna daşıyır, məsələn, qara ciyər ona uğur gətirirmiş.
Ötən həftənin sonu Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin müddəaları ilə tanış olanda nədənsə Bokassa ağıla gəldi. Sanki Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və tərəfdarları da mətbuat haqda qanunları Bokassa kimi meyit-meyit, cəsəd-cəsəd, tikə-tikə bölərək soyuduculara doldurublar. Buna olan-qalan müstəqil medianın dəfn olunması haqda qanun layihəsi də demək olar. Amma MİA rəhbərinin mediayeyən layihəsini bəh-bəhlə elə tərifləyənlər, şəninə mədh yağdıranlar var ki, adamın gözləri yaşarır. Axı özləri də yaxşı bilir ki, azad mətbuatın başına şabaş səpib meyiti üstündə yallı gedirlər. Reportyor.info bildirir ki, yeni qanun layihəsi qarımış qızın, ya, da küpəgirən qarının bəzədilib, başına fata qoyulub ərə verilməsinə bənzəyir – qız evində, yəni Ə. İsmayılov cəbhəsində toydur, oğlan evinin – azad mətbuatın xəbəri yox…
Bura qədər epitetlər, bənzətmələr kifayət edər, gəlin, indi “Media haqqında” yeni qanun layihəsində əsas bəndlərə diqqət edək. Əvvəla, Media reyestri yaradılması nəzərdə tutulur. Burada qeydiyyatdan keçənlərə vahid jurnalist vəsiqəsi təqdim olunacaq. Sanki əmlak komitəsinin reyestr xidmətidir, jurnalist sayılıb-sayılmaması üçün Çıxarış (kupça) almalısan. Axı MİA necə ayırd edə bilər ki, kimə vahid vəsiqə vermək olar kimə yox… İkincisi, azad media anlayışında nəyə görə hansısa qurum jurnalistə pasport verməlidir?! Hətta Afrikada belə yanaşma yoxdur, azad Qərb mediasında isə buna ancaq gülərlər. Deputat Qüdrət Həsənquliyev deyir ki, vahid jurnalist vəsiqəsi almayan da jurnalistdir, sadəcə belələrinə müsahibə verməyəcəm. Təfəkkürə baxın! Bu nə qəbilə yanaşmasıdır?! Yəni media reyestri azadlığı məhdudlaşdıran faktordur, azadlığa doğru heç bir irəliləyişə çağırmır.
Keçirik bəndlərə, qanun layihəsində demək olar ki, bütün nazirlərin, məmurların maraqları ehtiva olunub. Məsələn, “ekstrasenslər və falçılarla bağlı yazmaq qadağan edilir”. Xatırlayarsınız, keçmiş komitə rəhbəri, hazırda PA-da vəzifə tutan Kərəm Həsənov və bu işlə məşğul olan daha bir neçə nazir haqda xəbərlər var idi. Falçıya 2 milyon verən də K. Həsənovun yaxını idi.
Və ya jurnalistlərə verilən tərif birmənalı olaraq, bu kontingenti ələ salmaq, onu aşağılamaqdır ki, bunu bütün sistem istəyir.
Və ya maddə 20.2-də yazılır ki, şikayətçinin məktubunu redaksiya dərc etməyə məcbur deyil və dərc edilsə belə konteksdən çıxarılmamalıdır. Halbuki məqsəd aydındır, şikayət məktublarının dərcini önləməkdir.
Maddə 21.1.1: “Barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa”. İndi jurnalist hansısa cinayət hadisəsini və ya maraq kəsb edən bir olayı çəkibsə, bunun üçün cinayəti törədən şəxsdən icazə almalıdır? Burada da məqsəd öz qanunsuz işlərini ört-basdır etmək, medianı təzyiq altında saxlamaq, çəkilişi yayanda isə məhkəmə predmeti yaratmaqdır. Belə qanun olmaz, belə qadağa mətbuatı inkişaf etdirə bilməz. Jurnalist baş verən özbaşınalıq haqda videonu çəkib qarşı tərəfdən icazə alırsa, aydın məsələdir ki, günahı olan şəxs yayımına razılıq verməyəcək. Bu qədər bəsit maddələr hüquqşünas Əhməd İsmayılovun ağlına haradan gəlib?
Bir sözlə, “Media haqqında” yeni qanun layihəsi mürtəce olmaqla yanaşı, müti media yaratmaq, ələbaxan jurnalistika formalaşdırmaq, başıqapazlı KİV-ə nail olmaqdan başqa bir nəsnə deyil. Qəzamız mübarək!!!

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Hikmət Mirzəyevin evi qarət olunub? – DİN-dən iddialara CAVAB

Next Post

Hansı hallarda ağrıkəsici qəbul etmək təhlükəlidir?

Next Post
Hansı hallarda ağrıkəsici qəbul etmək təhlükəlidir?

Hansı hallarda ağrıkəsici qəbul etmək təhlükəlidir?

Avropa Liqasında pley-off cütlükləri bəlli olur

Avropa Liqasında pley-off cütlükləri bəlli olur

Dubay hökuməti kağızdan imtina etdi

Dubay hökuməti kağızdan imtina etdi

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

2022-08-11
Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

2022-08-11
İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər – VİDEO

İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər – VİDEO

2022-08-11
Prezident və birinci xanımın Türkiyə səfəri başa çatdı

Prezident və birinci xanımın Türkiyə səfəri başa çatdı

2022-08-10
Ermənilər yalnız bu halda Şuşaya gələ biləcəklər

Ermənilər yalnız bu halda Şuşaya gələ biləcəklər

2022-08-10
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

2022-08-10
“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

2022-08-10
Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanıldı

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanıldı

2022-08-10
“Açar fiqur” tutuldu: Heydərovun qorxusu, Quliyevin təşvişi… – Çevrə böyüyür

“Açar fiqur” tutuldu: Heydərovun qorxusu, Quliyevin təşvişi… – Çevrə böyüyür

2022-08-09
Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda hava yağmursuz olacaq

2022-08-09
Prezident Türkiyəyə işgüzar səfərə getdi

Prezident Türkiyəyə işgüzar səfərə getdi

2022-08-09
Baş redaktor Prezidentə müraciə etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

Baş redaktor Prezidentə müraciə etdi: “Ailəmin ölkəyə qayıtmasına kömək edin!”

2022-08-09
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi

Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi

2022-08-09
Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurladılar – Dəhşətli qətlin ÜSTÜ AÇILIR

Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurladılar – Dəhşətli qətlin ÜSTÜ AÇILIR

2022-08-09
Üç azərbaycanlı Ermənistana turist kimi gedib

Üç azərbaycanlı Ermənistana turist kimi gedib

2022-08-09
Payızda karantin tətbiq oluna bilər – TƏBİB rəsmisi

Payızda karantin tətbiq oluna bilər – TƏBİB rəsmisi

2022-08-09
Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi

Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi

2022-08-08
Əbülfəz Məlikov nədə ittiham olunur? – Maddələr açıqlandı

Əbülfəz Məlikov nədə ittiham olunur? – Maddələr açıqlandı

2022-08-08
Prezident bu idmançılara 20 min manat mükavat ayırdı – SƏRƏNCAM

Prezident bu idmançılara 20 min manat mükavat ayırdı – SƏRƏNCAM

2022-08-08
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub

2022-08-08

Seçmə

  • Bütün
  • SEÇMƏ
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”
Araşdırma

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”

2022-08-10
Səfər Mehdiyev polisi təhqir etdi – Video
Manşet

Səfər Mehdiyev polisi təhqir etdi – Video

2022-08-08
“Ermənilər Laçını və Zabuxu boşaldırlar” – Deputat
SEÇMƏ

“Ermənilər Laçını və Zabuxu boşaldırlar” – Deputat

2022-08-08
Ordumuzun mövqeləri atəşə tutulub – Ermənistana XƏBƏRDARLIQ
Manşet

Ordumuzun mövqeləri atəşə tutulub – Ermənistana XƏBƏRDARLIQ

2022-08-08
Vaqif Abdullayev üçün istintaqın “əcəl zəngi” – villalar, maşınlar, ferma..
Banner

Vaqif Abdullayev üçün istintaqın “əcəl zəngi” – villalar, maşınlar, ferma..

2022-08-08
“İTV də uzun illərdir çalışan bir göstəbəyi mən tanıyıram, hara desən işləyər…”
Cəmiyyət

“İTV də uzun illərdir çalışan bir göstəbəyi mən tanıyıram, hara desən işləyər…”

2022-08-08
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

2022-08-11
Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

Ermənilər üçün yeni yol hazırdı: Laçın dəhlizinə əlvida – Foto

2022-08-11

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.