Bu gün Bakının Zığ şosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə jurnalistlərin ağacəkmə aksiyası keçirilib.
“Bu yaz özün bir təbiət yarat” adlı kampaniya çərçivəsində baş tutan aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, onun müavinləri və ETSN-nin rəhbər şəxsləri ilə birlikdə 100-ə yaxın media nümayəndəsi iştirak ediblər.
Kampaniya çərçivəsində 3 hektardan çox ərazidə 2 mindən çox ağac əkilib. Əkilən ağacların əksəri meyvə – yapon əzgili, feyxoa, nar, ərik ağaclarıdır. Bağa ““Yaşil Qələm” – Jurnalistlər bağı” adı verilib.
Tədbirin sonunda ekologiya və təbii sərvətlər nazir Muxtar Babayev jurnalistləri ərazidə qurulmuş çadırda çay süfrəsinə dəvət edib. Nazir jurnalistlərlə söhbət edib, onların təkliflərini dinləyib.