08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Jurnalistin məhkəməsinə şahid gəlməyib

08 Fevral 2019, 19:35
Seçmə
A A
Jurnalistin məhkəməsinə şahid gəlməyib

Anar Məmmədov

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Şahid Gülnar Muradova növbəti dəfə prosesə gəlmədiyi üçün onun barəsində məcburi gətirmə qərarı qəbul olunub.

Vəkili Elçin Sadıqov ekspert Bəxtiyar Əliyevin əlavə şahid kimi məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıb. Vəkil hesab edir ki, onun verdiyi ekspert rəyində anlaşılmayan ifadələr var. Hakim vəsatəti təmin edib.

Hakim Eldar Mikayılov məhkəmə zalında olanlara foto və video çəkilişlərin aparılması üçün icazə verilmədiyini xatırladaraq xəbərdarlıq edib. Belə ki, ötən iclasda zərəçəkmişlərin fotoları çəkilərək sosial şəbəkələrdə yayılıb.

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.

2018-ci il iyulun 9-da Baş Prokurorluq internetdə həmin ilin yayında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı “yalan məlumatların” və “qanunsuz çağırışların” yayılması haqqında cinayət işi açıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

Sonradan Məmmədova qarşı CM-in 281.1 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa jurnalisti 7 ildən çox həbs gözləyir.

Anar Məmmədov ittihamları qəbul etmir:

“Nə dövlət əleyhinə çağırışlarda iştirak etmişəm, nə də vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma hesab olunacaq əməl törətmişəm. Yazdığım, eyni zamanda başqa saytlara istinadla yaydığım məqalələrdə ittihamda deyildiyi kimi hakimiyyətin zorla ələ keçirilməsinə və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, dövlət əleyhinə açıq çağırışlarla, habelə dövləti və dövlət hakimiyyət orqanlarını nüfuzdan və dövlətin apardığı siyasətə kölgə salmağa yönələn və ya dövlət hakimiyyəti orqanlarına təzyiq göstərmək məqsədim olmayıb. Sadəcə çoxsaylı digər mənbələrdən əldə etdiyim informasiyalar əsasında gələcəkdə mümkün olan hadisələrin təhlilini dərc etmişəm.”

O hesab edir ki, vəzifə saxtakarlığı və vəzifədən sui-istifadə etmə ittihamları da əsassızdır və bu, ifadə azadlığına müdaxilə sayılmalıdır.

“İttiham edilməyimin kökündə duran əsl səbəb bütövlükdə jurnalistika fəaliyyətimdir, çünki korrupsiyanı, vətəndaşların hüquqlarının pozulmasını kəskin tənqid edən məqalələr dərc etmişəm. Bu gün mənim statusum təqsirləndirilən şəxs olsa da, əminəm ki, vaxt gələcək mənə qarşı qanunsuzluq özü araşdırma predmeti olacaq”, Məmmədov bundan öncəki məhkəmə iclasındakı sərbəst ifadəsində bildirib.

O deyib ki, məhkəmə qarşısında dayanması peşəsinə sadiq qalıb obyektivlikdən kənar çıxmadığına görədir.

Əvvəlki yazı

Nazir Tovuzda yeni mədəniyyət müəssisələrinin inşası ilə tanış oldu

Sonrakı yazı

Un, ət, şəkər bahalaşıb

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.