08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Jurnalistin “həyəcanlandırdığı”qadınlar məhkəmədə danışdılar – Dünyanın dağılacağından da sarsılıbıar

30 Yanvar 2019, 19:33
Uncategorized
A A
Jurnalistin “həyəcanlandırdığı”qadınlar məhkəmədə danışdılar – Dünyanın dağılacağından da sarsılıbıar
«Axşamlar criminal.az-a girirəm, baxım görüm nə var, nə yox. Sözün açığı, qorxuram, ay müharibələr olacaq, aləm qarışar bir-birinə… Həyatda tək bir qızım var. Onsuz da o qədər şəhid vermişik ki… İki nəvəm var, yuxarı siniflərdə oxuyurlar, çox vaxt dərslərini internetlə yazırlar. İstəmirəm uşaqların başı belə şeylərlə dolsun. Xahiş etmişəm, bu kanal yığışdırılsın, başqa heç nə…», – 59 yaşlı Məlahət Məmmədovanın məhkəmədə dedikləridir.
Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakini olan M.Məmmədova «Şüvəlan» ASC-də kadrlar şöbəsinin müdiridir.
O, qızı ilə birlikdə criminal.az saytının baş redaktoru, jurnalist Anar Məmmədova qarşı şikayətçi olub. Jurnalistə də bu saytda yayımlanmış, Gəncədə icra başçısının güllələnməsi və daha sonra orada baş verənlər haqda iki yazıya görə dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb.
M.Məmmədova və qızı Samirə Canıyevanın prokurorluğa şikayətində yazılıb ki, onlar criminal.az-da Gəncə hadisələri haqda bu iki yazını oxuyandan sonra həyəcan keçiriblər, təşvişə düşüblər və s. Amma yanvarın 29-da məhkəmədə dindirilən ana-balanın heç biri konkret hansı yazıdan söhbət getdiyini deyə bilmədi.
BUNA DA BAX: Jurnalist Anar Məmmədov: ‘Peşəmə sadiqliyimə görə məhkəmə qarşısındayam’
«Sakitlik istəyirəm»
Məsələn, prokuror Orxan Kəngərli şahid M.Məmmədovadan soruşub ki, criminal.az-da Gəncənin icra başçısına qarşı sui-qəsdlə bağlı hansı informasiyanı oxuyub? O isə belə cavab verib:
«Onun iş yerində güllələnməsi. Mən nə Orduxan tanıyıram, nə də başqa adam. Onların bu hərəkətləri amansızdır, lazımsız bir şeydir. Hələ bir onu güllələyib, bunu güllələyib. Məni kiminsə yerinə gətirib qoyacaqlar? Yaşayırıq də.. Mən heç nə istəmirəm, sakitlik istəyirəm…».
Vəkil Elçin Sadıqov şahid xanımdan soruşub ki, Orduxanın (bloqer Orduxan Temirxandan söhbət gedir-red.) məsələyə nə dəxili var, onu həyəcanlandıran yazılarda bu adamın çağırışlardı var idimi?
«Yox. Elə bil ki, girirəm kanallara da… Saytlara girirəm, Orduxan cavan oğlandır, saçını arxadan bağlayıb, gəzir şəhərdə. «Mən filan şəhərdəyəm, ay camaat, oyanın, mitinq edək, filankəsə qarşı, beşmankəsə qarşı». Girib bu şeyləri görürsən, adam istər-istəməz pis olur. Kimə qarşı? Dövlətimizə qarşı? Prezidentimizə qarşı? Yaxşı, bu prezident çıxdı, yerinə gələn kim olacaq? Başlayaq indi onun barəsində danışaq? Pis baxıram bu işlərə», – M.Məmmədova sualı belə cavablayıb.
Onun qızı S.Canıyeva konkret nədən qorxub-həyəcanlandığını deməyib. Hətta etiraf edib ki, özü o saytdan heç nə oxumayıb: «Oxumuşdum deyəndə ki, məlumatlıyam. Evdə də söhbətlər gedir ki, dava düşür, qırğın düşür. O, bununla atışır, bu onunla atışır. Bu, onu vurur, o, bunu güllələyir. Nə bilim, bu kimi məlumatlar… Tam olaraq, dəqiqliyi ilə bilmirəm. Məlumatlı deyiləm. Amma bu şeylər məni narahat edir. Gəlirəm evə, görürəm anamın qanı qaradır, oturub, halsızdır. Gəlib dərman vermişəm. Nəsə oxuyub. Deyirəm, ay ana, fikir vermə, bəlkə yalan söhbətdir, bax belə…».
 
Məlahət Məmmədova və Samirə Canıyeva
S.Canıyeva bildirib ki, 26 saylı xəstəxanada işləyir, özü də çox qorxaq adamdır. Bir neçə il öncə 21 dekabrda dünyanın dağılacağı haqda şayiələr yayılanda da qorxmuşdu:
«21 dekabr hadisəsi oldu, ay dünya dağılacaq, nə bilim nə. Bununla da əlaqədar bizə zənglər olurdu. Xəstələr bizə xəstəxanaya zəng vururdu ki, belə bir şey doğrudan olacaq? Onsuz da biz gərginik, özüm də çox qorxacaq adamam. İstəyirəm sakitçilik olsun…».
Məhkəmə fevralın 8-də davam edəcək.
Xatırlatma
Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.
İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminalaz.com-a girişə məhdudiyyət qoyulmuşdu. Dekabrın 12-də A.Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb.
A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, A.Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər. A.Məmmədov ittihamları rədd edir.
Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.
Əvvəlki yazı

“Nar”-ın “Qutu” təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

Sonrakı yazı

Nardaranda XÜSUSİ ƏMƏLİYYAT – FOTO

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.